Məhkəmə qərarları › İş №2(009)-680/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-680/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-680/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyərinin Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilməmiş 50 manat hissəsinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2342/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda tələb edilən “maddi ziyanın ödənilməsi” ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. İddiaçının həmin icraat zamanı iddia tələbinin dəyişdirilməsi-iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququ olmuşdur. Tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, eyni məsələyə təkrar baxılmasını istisna edir. Belə ki, bu hal hüquqi müəyyənlik prinsipinə ziddir. Hazırki iddianın məbləği fərqli olsa da, zərərin vurulduğu predmet və iddianın əsası, eləcə də tərəflər eynilik təşkil edir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2342/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin təsviri və saslandırıcı hissəsindən görünür ki, iş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 ədəd “Attenti" markalı elektron nəzarət qurğusu komplektinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun elektrik adapteri, proqram lisenziyası) dəyəri 2277,40 manat təşkil etmiş, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 2227,40 manat məbləğində dəymiş ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin mobil nəzarət qurğusunu yararsız hala salması nəticəsində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıması və bu səbəbdən vurulmuş ziyanın əvəzi kimi ondan tutulmaslı olması ilə yanaşı, həm də MPM-nin 218.3-cü maddəsinə istinad edərək məhz iddia tələbi həddində 2227,40 manat məbləğində pulun tutulmasını əsaslı hesab etmişdir. Qeyd edilməlidir ki, ümumi formalaşan hüquqi mövqeyə görə də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, eyni iddiaçının eyni cavabdehə qarşı eyni əsas və predmetlə bağlı irəli sürdüyü tələbə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə, MPM-nə 2 saylı əlavəyə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar