Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-683/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli ilkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, su axıtma nəticəsində Cavabdeh 985 manat məbləğində maddi zərərin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ailə üzvləri (əri və digər şəxslər) ilə birlikdə həmin evdə yaşamaqla, daim qanunvericilik çərçivəsində sosial-birgə yaşayış qaydalarına riayət etmişdir. Lakin üst qonşusu onun mənzilinə su axıdması nəticəsində xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi-nəzərindən bugünə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Səbail rayonu 58 MKİS-nin bələdçisi Cəfərov Yusifin, Səbail rayonu 9-cu polis bölməsinin sahə rəisi polis kapitanı Hüseynov Eminin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 21-ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində külli miqdarda iddiaçıya ziyan dəyməsinin aşkar edilməsi barədə ünvanına xx.xx.2023-cü tarixdə akt tərtib olunub. Aktda qeyd olunan maddi ziyanla bağlı məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını və ona dəyən ziyan 985 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi əsassız olduğundan, əks olunanlar həqiqətə uyğun olmadığından rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ziyan vurulması barədəki ərizəsini Səbail rayonu 58 saylı MKİS-nin mühəndisi, sahə bələdçisı Yusif Səfərovun və Səbail PPİ-nin 9-cu Polis Bəlməsinin sahə rəisi,polis kapitanı Emin Hüseynovun iştirakı ilə 17.11,2023-cü il tarixdə tərtib edilmiş Aktla əsaslandırmışdır. Bundan sonra cavabdeh ərizəsində qanunvericilik aktlarının müxtəlif maddələrini sadalayaraq ərizəsinin 2-ci səhifəsinin 6-cı abzasında göstərmişdir ki, “Bütün bu sadaladıqlanmızla, bir daha sübuta yetirilir ki, cavabdehin bu kimi qanunazidd əməlləri, səhlənkarlığı, onun mənzilindən iddiaçının mənzilinə axıdılan su nəticəsində sonuncuya ümumilikdə 985 (doqquz yüz səksən beş) manat dəyərində maddi ziya dəymişdir. İddiaçının ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı suyun mənzilinin hansı hissəsinə axması, su axması nəticəsində hansı əmlaklarının hansı hissəsinə, hansı məbləğdə ziyan dəyməsini göstərməmişdir. İddiaçinin əsas kimi gətirdiyi və Səbail rayon 58 saylı MKİS-nin mühəndisi Nəsimi Məsmalıyevin, sahə bələdçisi Yusif Cəfərovun yə Səbail RPl-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru Emin Hüseynov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli AKT-da isə göstərilir ki, ”2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən 9 saylı mənzilə su axır. Axma nəticəsində 9 saylı mənzilin mətbəx və sanuzel hissəsində tavana ziyan dəymişdir”. Aktı tərtib etmiş mühəndis tavanın hansı hissəsinin hansı materialının xarab olduğunu göstərməmişdir. Aktı tərtib edən şəxslər mənzilin kimə aid olmasını araşdırmadan əsassız olaraq onun Cavabdeh mülkiyyətində olduğunu göstərmişlər. Halbuki həmin mənzil Cavabdeh mərhum əri, xx.xx.2021-ci il tanxdə X4 Cümhuriyyətində vəfat etmiş X2 mülkiyyətində qalmaqla ləğv edilmiş "xxxx" ASC-də girovda olmaqla üzərində özgəninkiləşdırilməsınə dair qadağa vardır və cavabdeh həmin mənzillə bağlı hüquqmüəyyənedici sənədləri ala bilmədiyindən, vərəsə kimi də qeydə alınmamışdır. Bundan başqa, İddiaçı məxsus mənzil Bakı şəhəri, Mehdi Hüseyn küçəsi ilə N.Nərinanov küçələrinin birləşməsindən təxminən 60-80 metr N.Nərimanovun heykəlinə tərəfdə olmaqla yamacda yerləşən binanın yamaca tərəf olan hissəsində torpağın üst qatından 2 metrdən də çox aşağıda yerləşir. Ön tərəfdən isə R.İmanovun mənzilinin alt hissəsində olmaqla yerin üst səviyyəsindədir. İddiaçının mənzili havalanmır, rütubətlidir, daim onun mənzili nəmişlikdir, məhz bu səbəbdən də, iddiaçı ailəsi ilə birlikdə uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Bundan başqa, iddiaçının əri Məhərrəmov Rafiq suyun axması ilə bağlı cavabdehin ərinə məxsus olan mənzilin hamam otağını suyun oradan axa biləcəyi ehtimalı ilə özünün usta olduğunu bildirib, təmir edəcəyini bildirib, Cavabdeh təmir zamanı istifadə edəcəyi tikinti materiallarını almaq bəhanəsi ilə 100 manat pul alıb, həmin mənzilin hamam otağının döşəməsindəki metlaqları və divarını sökmüş, suyun həmin hissədəki borulardan axmadığını görüb işi atıb getmiş və həmin vaxt aldığı tikinti materiallarını da özü ilə aparmışdır. Faktiki olaraq Cavabdeh mərhum ərinin hüququ varisi kimi də tanınmamışdır. Bu barədə Bakı şəhəri 28 saylı Notariat ofisindən alınmış xx.xx.2023-cü il tarixli 525 saylı arayışın surətini də təqdim edir. Ona görə də, iddia əsl olmayan cavabdehə qarşı yönəldildiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılar görə iddia təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 51 saylı evin, 9 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 58 saylı MKİS-nin mühəndisi Məsmalıyev Nəsimi, sahə bələdçisı Yusif Səfərov və Səbail PPİ-nin 9-cu Polis Bəlməsinin sahə rəisi, polis kapitanı Emin Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 51, mənzil 9 İddiaçı məxsusdur.Sözü gedən ünvanın üzərində 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən 9 saylı mənzilə su axır. Axma nəticəsində 9 saylı mənzilin mətbəx və sanuzel hissəsində tavana ziyan dəymişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin -16-16/2-10/2673 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan 9 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 2-ci mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdılığı və nəticədə 9 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 21 saylı mənzilin qapısı bağlı olduğundan, 9 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 21 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1543,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki,iddiaçının üst qonşunun mənzilindən mütəmadi axan su nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Lakin qonşuluq nöqteyi nəzərindən bugünə qədər o, cavabdehə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, cavabdehə vurulmuş ziyanla bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Səbail rayonu,58 MKİS-nin bələdçisi Cəfərov Yusifin, Səbail rayonu 9-cu polis bölməsinin sahə rəisi polis kapitanı Hüseynov Eminin iştirakı ilə mənzilə daxil olaraq mənzilə üst qonşudan, yəni 21-ci mənzildən uzun müddət su axmasının və həmin su axma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2673 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 1543,0 manat məbləğində müəyyən olunur. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə və iddiaçının tələb etdiyi məbləğlə razılaşaraq bu qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 51 saylı evin 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün Cavabdeh 985 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin keçirdiyi ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 985 manat manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 985 (doqquz yüz səksən beş) manat maddi ziyan tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-683/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-683/2024
16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver