Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-70/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səbail Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti, Səbail Bələdiyyəsi və X19 cəlb edilməklə Cavabdeh qarşı torpaq sahəsindən istifadənin qanunsuz hesab edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, mübahisə predmeti barəsində müstəil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə mülki açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti, Səbail Bələdiyyəsi və X19 işə cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon lcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səlyan şossesi, Bibiheybət qəsəbəsində yerləşən «köhnə bağ» sahələri olan ərazidən ona 18 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırki vaxtadək onun qanuni istifadəsindədir. Torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr təşkil edir. Həmin torpaq sahəsi yan va arxa tərəflər 8-15 mişar daşı hündürlüyündə daşla hasarlanmış vəziyyətdə olmuşdur. O, qeyd edilən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almaq məqsədi ilə torpaq sahəsinin ön tərəfini təxminən bir həftə əvvəl 5 mişar daşı hündürlüyündə daşla hasarlatmış və xx.xx.2019-cu il tarixdə, saat 10.00 radələrində torpaq sahəsinin hasarının hörülməsini davam etdirmək üçün torpaq sahəsinə getdikdə, həmin torpaq sahəsinin hasarının hördürdüyü ön tərəfində 5 baş hündürlüyündə olan hasarın 40 metr uzunluğunda söküldüyünü aşkar etmişdir. Sökülən mişar daşları yerində olmaqla torpaq sahəsinə atılmış və o, bu barədə ərizə ilə polisə müraciət etmişdir. Sonradan həmin hadisə ilə bağlı polisə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, mülki hüquq pozuntusunu törədən şəxs cavabdeh olmuşdur. Həmin hasarın sökülməsi nəticəsində ona 730 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda cavabdeh ona məxsus torpaq sahəsində olan hasarı qanunsuz sökməkdən əlavə, həmin torpaq sahəsinə müdaxilə edir və guya ki, həmin torpağı adını deyə bilmədiyi şəxsdən aldığını idda edir. Hesab edir ki, cavabdehin onun torpaq sahəsindən hər hansı qaydada istifadə etməsinə qadağa qoyulmalı və ona vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Cavabdehin qanunsuz hərəkətləri eyni zamanda Səbail rayon RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısının xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə də öz təsdiqini tapmışdır. Ona görə də, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X19 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli xx xxxxxx 2004-cü il tarixli sərəncamı ilə ona məxsus olan Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 nömrəli xx xxxxxx 2004-cü il tarixli sərəncamı ilə Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş X16 verilmişdir. Bu günədək X3 və istifadəsindədir. Lakin bu günlərdə ona məlum olmuşdur ki, cavabdeh İddiaçı qeyri-qanuni olaraq ona məxsus olan torpaq sahəsinə daxil olaraq orada qanunsuz olaraq tikinti aparmışdır. Bununla da ona qanuni torpaq sahəsinə giriş çıxışına maneçilik törədir. Cavabdehin sözü gedən torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 İddiaçı iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilməməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 iddia tələbini müdafiə edərək onun təmin edilməsini, Səlyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən İddiaçı çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və eləcə də bildirdi ki, İddiaçı torpaq sahəsinin 1800 kv.m. torpaq sahəsinin ona Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə ayrıldığınl bildirir. Halbuki 1997-ci ilin sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bununla yanaşı, İddiaçı torpaq sahəsinə cizgini 2018-ci ildə almışdır və cizgidə torpaq sahəsinin 18 sot olduğu göstərilmişdir. İddiaçı iddia tələbi əsassız olduğundan hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səbail Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X12 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi, eləcə də, izah etdi ki, İddiaçı torpaq sahəsi ayrılması barədə Səbail rayon İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamında «Köhnə bağ» sahələri kimi göstərilən ərazi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X17 Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılan torpaq sahəsi bir-birindən fərqli istiqamətlərdə yerləşir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamından görünür ki, Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən «Köhnə bağ» sahələrinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlamış 3/10-N-55-091 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün göndərilir. İş materiallarında olan Bakı şəhəri İHB-nın Mənzil-X4 rəisi K.Məmmədov tərəfindən İddiaçı ünvanlanmış N-06 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə onun adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Səlyan şossesi, 32 saylı ünvan olmuşdur və bu fakt onun tərəfindən təqdim edilmiş arxiv sənədlərində də öz əksini tapmışdır. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı F.Tarverdiyevin xx xxxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, vətəndaş X11 şikayət ərizəsi əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan və cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail X1 ünvanlanmış SB-SA-5/07 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, AR Dövlət Arxivinin Bakı filialı tərəfindən surəti təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 500 saylı sərəncamı Səbail Bələdiyyəsinə aid deyil. İş materiallarında olan Bakı şəhəri İHB-nın Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Rüfət Əhmədzadə tərəfindən Cavabdeh ünvanlanmış 0-14 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxiteltura Komitəsi yanında Bakı şəhər memarlıq və Şəhərsalma Baş İdarəsindən 03-Bİ/591 nömrəli, 3010.2019-cu il tarixli məktub Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş, məktub sonuncu tərəfindən 3/10-1307 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla aidiyyəti olaraq Bibiheybət qəsəbə nümayəndəliyinə daxil olmuş və nümayənədlik tərəfindən baxılmışdır. Bildirilir ki, Salyan 12 və 32 ünvanlarında yerləşən torpaq sahələri Səbail rayon Bibiheybət qəsəbəsi icra nümayəndəliyinin xidməti ərazisinə aid deyil. Bakı şəhəri İH Başçısının xx.xx.2000-ci il tarixli 910 saylı sərəncamı ilə dəniz kənarından 130 metr məsafədə saxlanması şərti ilə Səbail Bələdiyyəsinə təhvil verilib və ümumi torpaq sahəsi 262,7285 ha müəyyən edilmişdir. Bunları nəzərə alaraq, hal-hazırda Salyan 12 və 32 ünvanları X8 Bələdiyyəsinə mülkiyyətində və istifadəsindədir. İş materiallarında olan Səbail Bələdiyyəsinin 1441 №-li, xx xxxxxx 2004-cü il tarixli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət X14 adına rəsmiləşdirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 20 0920 30 3558 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid İddiaçı adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon İcra Hakiimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz (Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş sxem adi peyk görüntüsüdür 3-5 m xəta verə bilər və sxem hər hansı bir miqyasda tərtib edilməmişdir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti başcısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən «köhnə bağ» sahələri ərazisində X2na ayrılmış torpaq sahəsi yerini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat olmaması və Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməməsi səbəbindən cavabdehə Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən X2na Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən «köhnə bağ» sahələri ərazisində ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarıdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/1661 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon icra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz. (Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş sxem adi peyk görüntüsüdür, 3-5 m xəta verə bilər və sxem hər hansı bir miqyasda tərtib edilməmişdir). Yuxanda qeyd edilənləri nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində X2na ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elekrton kadastr bazasında məlumat olmaması və Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı, hər hansı sxem və plan mülki işə əlavə edilməməsi səbəbindən, cavabdehə Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ilə Səbail rayon icra Hakimiyyəti başçının 11,04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən X2na Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ayrılmış torpaq sahəsinin üstüstə düşüb-düşməməsinı müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsi torpaqları olduğu müəyyən edilmişdir. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan vurğulanmalıdır ki, hər hansı dəymiş ziyanın ödənilməsi məsələsi həll edilərkən ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mülki işdə X2 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ona ayrılmış 18 sot torpaq sahəsində tikilmiş hasarın Cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması və həmin torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1661 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat yoxdur. Səbail rayon icra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı, hər hansı sxem və plan mülki işə əlavə edilməmişdir. Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş, torpaq sahəsinin yerləşməsini göstərən sxem Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının əlavəsi ola bilməz. (Mülki işin 8-ci səhifəsinə əlavə edilmiş sxem adi peyk görüntüsüdür, 3-5 m xəta verə bilər və sxem hər hansı bir miqyasda tərtib edilməmişdir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində X2na ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, X2na ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmadığından, iddiaçıya münasibətdə hər hansı hüququn pozulduğunun müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ona məxsus torpaq sahəsində tikilmiş hasarın Cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 730 manat məbləğində pulun tutulması və həmin torpaq sahəsindən cavabdehin hər hansı formada istifadə etməsinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, X2nun Cavabdeh qarşı torpaq sahəsindən istifadənin qanunsuz hesab edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Mübahisə predmeti barəsində müstəil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə etmənin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə məhkəmə aşağıdakıları qeyd edir. Dövlətin ən ali məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsidir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir (Azərbaycan Respublikası Konstitusiyasının 12, 26-cı mad.). Konstitusiyon təminatlar sırasında hüquq və azadlıların məhkəmə təminatının mühüm əhəmiyyəti vardır. Bununla əlaqədar, qanunverici Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən etmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə nəhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-nin 2.2-ci mad.). Beləliklə, prosessual qanunun yuxarıda şərh olunan normalarına əsasən mülki məhkəmə icraatı vətəndaşların hüquq, azadlıqlarının və qanuni maraqlarının müdafiəsini və mühafizəsini təmin etməlidir, belə ki, məhkəmələrin tərbiyəvi funksiyası məhz bundadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin ayrılmasını təsdiq edən və müqavilənin ayrılmaz hissəsi olan sənədlərdən biri torpaq sahəsinin digər qonşu sahələrlə münasibətdə yerləşməsini müəyyən edən plansxemidir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, fiziki şəxslərdə torpaqdan istifadə hüququ yalnız Torpaq Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara və şərtlərə əməl olunması nəticəsində yaranır ki, qanunverici onlardan istisnaya yol vermir. İstənilən hüquqla torpaq sahəsinin əldə olunması zamanı həmin qaydalara əməl olunmaması, eləcə də torpaqdan istifadə edənin yuxarıda sadalanan sənədlərdən birinin olmaması, torpaq sahəsinə münasibətdə onun üçün hüquqlar yaratmır, ona görə də, dövlət belə maraqların müdafiəsinə təminat vermir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü mad.). Təqdim olunmuş sənədlərə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X17 mübahisəli Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən istifadə hüququ Səbail Bələdiyyəsinin 1441 №-li, xx xxxxxx 2004cü il tarixli sərəncamına əsasən verilmişdir. Həmin sərəncama torpaq sahəsinin yerləşdiyi ərazinin plan-sxemi əlavə edilmişdir. Həmin sənədlərin olması mübahisəli torpaq sahəsinin 3-cü şəxs X14 istifadəsinə müəyyən olunmuş qaydada verildiyini təsdiq edir, deməli, onun istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən müdafiə olunan əmlak hüququ kateqoriyasına aiddir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh X10 3-cü şəxs X14 istifadəsində olan torpaq sahəsinə daxil olaraq orada qanunsuz olaraq tikinti aparmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbinə öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi həmin torpaq sahəsi ona Səbail rayon icra Hakimiyyəti başçının 11,04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ayrılmış torpaq sahəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1661 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, mübahisələndirilən, naturada koordinatları müəyyən edilmiş əraziyə aid X5 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə elekrton kadastr bazasında məlumat olmaması və Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı, hər hansı sxem və plan mülki işə əlavə edilməməsi səbəbindən, X17 Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ilə Səbail rayon icra Hakimiyyəti başçının 11,04.1997-ci il tarixli 506 saylı sərəncamına əsasən X6 Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şosesi, 32 ünvanda yerləşən “köhnə bağ” sahələri ərazisində ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışında müəyyən olundu ki, X19 ona Bakı şəhəri Səbail Bələdiyyəsinin 1441 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair zəruri sənədlər paketinə malikdir ki, bu da onun həmin torpaq sahəsinə sahibliyinin qanuniliyi təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 3cü şəxs A.Ə.Əsədovun tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hımin Məcəllənin 77.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilməsin. Mübahisə predmeti barəsində müstəil tələb irəli sürən 3-cü şəxs X14 iddiası təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 1141 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə X17 ayrılmış Bakı şəhəri, Səbail şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsindən cavabdeh İddiaçı istifadə etməsi qanunsuz hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat cavabdeh İddiaçı tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı:Kapital Bank ASC-nin «Xətai» filialı, B/h: AZ23AİİB **********3701778, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh İddiaçı tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-70/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-70/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver