Məhkəmə qərarları › İş №2(009)-71/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-71/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-71/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, cavabdeh X3 vəkili və etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində Cavabdeh3 İB cəlb olunmaqla cavabdehlər X4 və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində Cavabdeh3 İB cəlb olunmaqla cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayədə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, 17 saylı evdə cavabdehlər X4 və Cavabdeh2 təqsiri üzündən baş vermiş partlayış nəticəsində onların əmlakına dəymiş 11.663 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə onlar şifahi razılaşma əsasında Cavabdeh1 ilə onun bacısı Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail r-nu, 2-ci Səlyan döngəsi, 17 nömrəli fərdi yaşayış evində kirayə pulu ödəməklə yaşamağa başlamışlar. xx xxxxxx 2016-cı il tarixdə səhər saat 09:30 radələrində evdən çıxmış və saat 18:00 radələrində evə qayıtdıqda qonşuların qapıya toplaşdığını, evdə partlayış hadisəsinin baş verdiyini, nəticədə evin dam örtüyünün bir hissəsinin dağıdıb yerə töküldüyünü, partlayış zamanı yaranan alovun təsirindən evdə olan əşyaların yararsız hala düşdüyünü görüblər. Evdə yaşadıqları ilk gündən mətbəx otaginda yerləşən dörd gözlü qaz sobası, paltaryuyan maşının üstündə yerləşdiyindən hər dəfə paltaryuyan maşın isə düşdükdə sobanın arxa hissəsində birləşən qaz borusu nasaz vəziyyətdə düşürdü və qaz sızması əmələ gəlirdi. Bu barədə, o, dəfələrlə Cavabdeh1 məlumat verməsinə baxmayaraq, o, hər dəfə qaz sobasını düzəltməyə söz verirdi, lakin sözünə əməl etmirdi. Partlayış nəticəsində onlara 11663 manat məbləğində ziyan vurulmuşdur ki, bu da cavabdehlərin təqsiri üzündən baş vermişdir. Cavabdeh1 partlayış barədə hec bir yerə məlumat verməməyi xahiş edərək, onlara dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Lakin dörd gün keçdikdən sora yəni xx.xx.2016-cı il tarixdə, o, evdə partlayışın baş verməsi barədə ərizə ilə FHN-nin Səbail rayon şöbəsinə müraciət etmişdir. Onların əmlakına dəyən zərərin siyahısı aşağıdakılardır: 1. Divan, Ruminiya istehsalı, işlənmiş 100 manat məbləğində; 2. Kreslo Ruminiya istehsalı, işlənmiş 100 manat; 3. Mikrodalğa Samsung, işlənmiş 480 manat; 4. Duhovka elektrik Türkiyyə istehsalı, təzə, 105 manat; 5. Soyuducu Çinar, işlənmiş,100 manat dəyərində; 6. Elektrik qızdırıcı, Türkiyyə istehsalı, işlənmiş, 25 manat; 7. Radiator qızdırıcı yağnan, Almaniya Sazz, işlənmiş 180 manat; 8. Elektrik döşəyi, Türkiyyə istehsalı,işlənmiş 30 manat; 9. Yorğan qu tükündən, ABŞ istehsalı, işlənmiş 2 yataqlı 181 manat; 10. Saat suvenir, işlənmiş, 60 manat; 11. Tava Tefal böyük,Türkiyə istehsalı, işlənmiş 35 manat; 12. Pled odeyal, Türkiyyə istehsal, işlənmiş 20 manat; 13. Xalça 2x3 əlnən toxunma Azərbaycan istehsalı işlənmiş 150 manat; 14. Palto qara qadın üçün Zara, təzə 230 manat; 15. Palto ağ qadın üçün Paul Bear, təzə 90 manat;

16. Kurtka dəri əvəz edən ABŞ istehsalı, qeyilmiş 70 manat; 17. Kofta qara qadın üçün Zara, təzə 69 manat; 18. Don rənqli Zara, qeyilmiş 89 manat, 19. Donqara Zara 2 dəfə geyilmiş 69 manat; 20. Don sarı Berşka qeyilmiş 45 manat; 21. Pencək boz Sisley, geyilmiş 10 manat; 22. Kofta qara qadın uzun Zara, geyilmiş 45; 23. Dəsmal ümümi altı, ABŞ + Türkiyyə istehsalı, işlənmiş 50 manat; 24. Xırda qab-qacaq, Çin, Türkiyyə istehsalı, işlənmiş 70 manat; 25. X11 kişi, İtaliya istehsalı, geyilmiş 550 manat; 26. Kostyum kişi üçün, Türkiyyə istehsalı,təzə, 60 manat; 27. Kurtka kişi Daniel Hetcher, Almaniya istehsalı, geyilmiş 220 manat; 28. Ayaqqabı qadın üçün, Türkiyyə istehsalı, geyilmiş 25 manat; 29. Köynəklər kişi üçün, dörd ədəd, Türkiyyə istehsalı, geyilmiş 48 manat; 30. Yubka qara uzun qadın üçün, ABŞ istehsalı geyilmiş 65 manat; 31. Yubka qadın göy qara, Koton, geyilmiş 25 manat; 32. Serviz Valensiya 24 Karat qızıl dəsti, çemodan İtaliya istehsalı təzə4990manat;33. Aepenhoff 22 ədəd qazan dəsti, bir dəsti çemodan, Almaniya istehsalı,təzə, 1945 manat; 34. Qaşıq və çənqəl dəsti Hoffmayer bir dəsti çemodan Almaniya istehsalı, təzə 200 manat; 35. Bucaq dəsti Hoffmayer bir dəsti çemodan, Almaniya istehsalı, təzə 220 manat; 36. Kurtka kişi üçün qara rəng, Çin istehsalı, geyilmiş 35 manat; 37. Sumka soyuducu və buz qabları, Çin istehsalı, təzə 23 manat; 38. Sviter qadın üçün, Stradivarius, geyilmiş 45 manat; 39. Don qadın üçün Berşka, geyilmiş 45 manat; 40. Krossovkalar, bir Adidas Original, geyilmiş 130 manat; 41. Cürbəcür kosmetika, Mac, Lancome və s. Koreya istehsalı,təzə və işlədilmiş 180, 42. Təyziq ölçən aparat, Citizen, Yaponiya istehsalı, işlənmiş, 54 manat; 43. Dərmanlar bir tumboçka çox saylı miqdarda, təzə və işlədilmiş, 300 manat; cəmi 11663 manat. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ünvanlayaraq, dəymiş maddi zərərə görə 3.637 manat və mənəvi zərərlə bağlı 5.000 manat, ümumilikdə 8.637 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması və məhkəmə xərcləri cavabdehlərdən tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə belə əsaslandırılmışdır ki, məhkəməyə daxil olmuş iddia ərizəsində göstərdilən xüsusatlarla hazırda bir sıra hallarla əlaqədar dəyişdiklər olduğundan, maddi zərərlə iddianın həcminin azaldılması və cavabdehlərin əsassız iddiaları ilə, onları iki ildən çox müddətdə məhkəmədə süründürməçiliyə salmaları ilə, məsuliyyəsizlik üzündən, həmçinin bilərəkdən onlara texniki cəhətdən təhlükəli və qəzalı vəziyyətdə olan evi heç bir müqavilə bağlanmadan verdiklərinə görə baş vermiş yanğın nəticəsində güclü stress və qorxu hissləri keçirdikləri dəymiş mənəvi zərərlə bağlı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Ona görə də, hazırki ərizəyə əlavə edilmiş AR Ali Məhkəməsinin qərarının surətini əlavə etməklə iş üçün preyudisial əhəmiyyət kəsb edən məkəmə aktlarının mövcud olmalarını məhkəmənin nəzərinə çatdırmaq istəyir. Belə ki, AR Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-7753/2019 saylı qərarında hazırda cavabdehlər lakin o zaman iddiaçılar olmuş Cavabdeh1 və Cavabdeh2 onlara qarşı qaldırdıqları əsassız iddia tələbləri ilə bağlı aşağıdakı məhkəmə aktlarının qəbul edilməsi sadalanmışdır: 1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(009)- 111/2017 saylı qətnaməsi. 2. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1858/2018 saylı qətnaməsi. 3. AR Ali Məhkəməsinin MK-nın xx xxxx 2018cxi il tarixli, 2(102)-4379/2018 saylı qəran. 4.Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il, 2(103)-9533/2018 saylı qətnaməsi. 5. AR Ali Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli, 2(102)-2321/2019 saylı qərarı. 6. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli,2103)-8413/2019 saylı qətnaməsi. 7. AR Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-7753/2019 saylı qanuni qüvvəsini almış qərarı. İlkin iddia ərizəsində dəymiş maddi zərərə cavabdehlərdən 11.663 manat pul araq iddiaçılara verilməsi tələbi qoyulsa da, həmin zərərin dəyməsinin hansı mütəxəssis hesabatı və ya ekspert rəyi ilə təsdiq edilmələri barədə sübutları ərizəyə əlavə edə bilmədiklərindən, hazırda AR FHN-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli qərarında müəyyən edilmiş ekspert rəyinə istinad edərək iddia tələbinin maddi zərərlə bağlı hissəsini azaltmaq məcburiyyətindədirlər. Belə ki, sözügüdən qərarda qeyd edilmişdir ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2016-cı il tarixli, 7886 nömrəli əmtəəşünaslıq ekspertizası rəyinə əsasən, xx xxxxxx 2016-cı il tarixdə, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsində yerləşən, vətəndaş Cavabdeh2 məxsus 17 nömrəli fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsi nəticəsində əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən İddiaçı1 37 adda malların nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 3.637 manat müəyyən edilir, 6 adda malın isə əmtəə keyfiyyət göstəriciləri və sairə məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. AR FHN-nin X2 Cavad Hüseyn oğlu izahat verərkən “Fərdi yaşayış evinin qaz cihazlarına və qaz dərinə qaz idarəsinin nəzarətçisi tərəfindən həmişə baxış keçirilmiş, həmin hadisədən təxminən 3-4 il bundan əvvəl qazın nəzarətçisi evə texniki baxış keçirərkən, hamam otağında qənaətli su qızdırıcısının nəfəslik borusunun və hamamın qapısında dəlik olmadığını bildirmiş, barədə akt tərtib etdiyini və həmin günü nöqsanların aradan qaİdırdığını bildirmişdir” qeyd etsə də, nöqsanların aradan qaldırılması barədə o nəinki ibtidai araşdırma aparan orqana, habelə sonradan məhkəməyə heç bir sübutlar təqdim etməmişdir. Belə ki, AR FHN-nin Əməliyyat- İstintaq İdarəsinin qəbul etdiyi xx xxxx 2016-cı il tarixi qərarının “Müəyyən etdim” hissəsinin 3-cü səhifəsinin 7- abzasına nəzər yetirilsə “Beləliklə, araşdırma zamanı müəyyən ediİmişdir ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı xətlərin keçmədiyini, eləcə də, evdə maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinə çöldən çəkilərək gətirilmiş, 15 mm-lik polad materialdan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava işığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir” şahidi olarıq. Amma ən əsası odur ki, iddiaçılar onlara kirayə verdikləri evin özbaşına tikili olması və heç bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbu edilməsi haqqında sərəncam olmamasını əvvəldən bilməklə yanaşı, həmin evə dair heç bir dövlət reyestrindən onun qeydiyyata alınması barədə mülkiyyət hüququnu təssdiq edən sənəd olmadan onlara kirayə vermələri onların əməllərində cinayətin əlamətlərinin olmasına da dəlalət edir. Belə ki, AR Ali Məhkəməsinin MK-nın qanuni qüvvəsini almış 12.2019-cu il tarixli qərarının hüquqi məsələlər hissəsində qeyd edilmişdir ki, AR ƏMDK-sı yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayon, 2-ci Səlyan döngəsi 17 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Habelə hazırda cavabdehlər qismində işə cəlb edilmiş, lakin əvvəllər iddiaçılar olmuş şəxslərin iddia tələbləri ilə bağlı məhkəmələrdə müəyyən edilmiş faktlarla bağlı hallar müəyyən edildiyindən hazırkı mülki işlə əlaqədar onlar AR MPM-nin 82.3-cü maddəsinə əsasən mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsi mümkünsüzdür. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, gəlməməyin səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 vəkili və etibarnamə üzrə nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehlər tərəfindən kirayəyə verilmiş ev ay yarım faktiki iddiaçının sahibliyində olub. Cavabdeh3 İB əraziyə gəlib, hər hansı nasazlıq aşkarlamayıb. Baş verən hadisə zamanı, ev iddiaçıların sahibliyində olub. Məlum zərər Cavabdeh1 dəymişdir. Həmçinin tərəflər arasında sözü gedən halın baş verəcəyi halda öhdəliyin müəyyənləşdirilməsi ilə bağlı müqavilə də olmayıb. X6 tərəfindən verilmiş rəydə də bu barədə məlumat və qeyd göstərilməyib. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir: İş materiallarında olan Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Rəvan Dəmirovun cinayət işinin başlanmasının rədd edilməsi haqıında xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsində yerləşən, vətəndaş Cavabdeh2 məxsus 17 nömrəli fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarla müəyyən edilmişdir ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı qaz xətlərinin keçmədiyini, eləcə də, maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinəçöldən çəkilərək gətirilmiş, 15 mmlik polad metaldan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Hadisə zamanı heç kəs xəsarət almamış, hadisə ağır nəticələrə səbəb olmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8413/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 111/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar X4 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən cavabdehlərin delikt üzrə təqsirli hərəkətlərinə və ya tərəflər arasında müqavilə öhdəliklərinin olmasına dair əsaslı şübhələrdən kənar sübutların (bunlara dair müvafiq vəsatətlərin) təqdim edilməsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7753/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8413/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar xx xxxxxx 2015-ci il tarixdə şifahi razılaşma əsasında Cavabdeh1 ilə onun bacısı Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi, 17 nömrəli fərdi yaşayış evində kirayə pulu ödəməklə yaşamağa başlamışlar. xx xxxxxx 2016-cı il tarixdə evdə qaz sızması nəticəsində baş vermiş partlayış hadisəsinin təsirindən evdə olan əşyalar yararsız hala düşüblər. İddiaçılar həmin partlayışın cavabdehlərin təqsiri üzündən baş verdiyini iddia edərək onlara dəymiş 3637 manat maddi zərərin və mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğin, ümumilikdə 8.637 manat pulun tutulması barədə tələb irəli sürmüşlər. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçılar xx xxxxxx 2015-ci il tarixdə şifahi razılaşma əsasında cavabdehlərə məxsus Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi, 17 nömrəli fərdi yaşayış evində kirayə pulu ödəməklə yaşamağa başlamışlar. xx xxxxxx 2016-cı il tarixdə evdə qaz sızması nəticəsində partlayış baş vermişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Rəvan Dəmirovun cinayət işinin başlanmasının rədd edilməsi haqıında xx xxxx 2016-cı il tarixli qərardan görünür ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı qaz xətlərinin keçmədiyini, eləcə də, maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinəçöldən çəkilərək gətirilmiş, 15 mm-lik polad metaldan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Hadisə zamanı heç kəs xəsarət almamış, hadisə ağır nəticələrə səbəb olmamışdır. Hadisə yeri, partlayış hadisəsindən sonra təmizləndiyi üçün baxış zamanı həmin hissədən qaz sobası, eləcə də, qaz borusu ilə qaz sobasını əlaqələndirən boru aşkar edilmədiyindən baş vermiş partlayışla nəticələnən yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələbləri kimlər tərəfindən pozulması barədə tədqiqatın aparılması mümkün olmamışdır. İddiaçılar həmin partlayışın cavabdehlərin təqsiri üzündən baş verdiyini iddia edərək onlara dəymiş 3637 manat maddi zərərin və mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğin, ümumilikdə 8.637 manat pulun tutulması barədə tələb irəli sürmüşlər. Bununla yanaşı, iddiaçılar tərəfindən cavabdehlərin delikt üzrə təqsirli hərəkətlərinə və ya tərəflər arasında müqavilə öhdəliklərinin olmasına dair hər hansı sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X12 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X12 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehləri hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsinin tələbin “maddi və mənəvi zərərin ödənilməsi”hissəsi ilə birbaşa bağlı olduğunu, tələbin sözügedən hissəsinin isə təmin olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində Cavabdeh3 İB cəlb olunmaqla cavabdehlər X4 və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar