Məhkəmə qərarları › İş №2(009)-713/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-713/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-713/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «ziyan tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10,470 manat məbləğində dəymiş ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən “xxxx” MMC-nin təsisçisi olaraq şirkətə və digər şəxslərə məxsus olan avtomobilləri gündəlik və aylıq icarəyə verməklə məşğul olur. Boz metallik rəngli “Hyundai Elantra” marklı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili 18.09.2020-ci il tarixdə 146 saylı icarə müqaviləsi əsasında Cavabdeh iki günlük icarəyə vermişdir. Avtomobil icarəyə verilən zaman təmiz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. Həmin gün cavabdeh icarəyə götürdüyü avtomobil ilə Xaçmaz rayonu, Nabran qəsəbəsinə getmişlər. Gedərkən avtomobili X1 idarə etmişdir. X5 sürücülük vəsiqəsi olmadan avtomobilim idarə etmiş və rəfiqəsi ilə Qusar rayonuna səyahət etmişlər. İddiaçının əldə etdiyi məlumata əsasən X7 rayonundan Xaçmaz rayonuna qayıdarkən 21.09.2020-ci il tarixdə hərəkətdə olduğu zaman idarəetməni itirmiş və avtomobili yolun sağına çıxararaq aşırmışdır. Avtomobil ciddi şəkildə əzildiyindən ona külli miqdarda ziyan dəymişdir. Cavabdehdən dəymiş ziyan tələb olunsa da, o hər dəfə bundan müxtəlif yollarla imtina etmişdir. Buna görə də iddiaçı hesab edir ki, 10,470 manat dəymiş ziyanın əvəzi cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan: 18.09.2020-ci il tarixli “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 146 nömrəli İcarə müqaviləsindən görünür ki, bu müqavilə ilə icarəyə verən boz metallik rəngli “Hyundai Elantra” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili “icarəyə götürən”in müvəqqəti istifadəsinə vermişdir. Müqavilənin 4.5.2-ci bəndinə əsasən “icarəyə götürən” müqavilə müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. hallar üçün cavabdehlik daşıyır. Müqavilənin 4.5.3-cü bəndinə əsasən “icarəyə götürən” avtomobili saz və işlək vəziyyətdə “icarəyə verən”ə qaytarmalıdır. 15.10.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, 21.09.2020-ci il tarixdə saat 01:55 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Qusar rayonu ərazisindən keçən 188-ci km-də X2 idarə etdiyi “Hyundai Elantra” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman idarə etməni itirib yoldan çıxaraq aşmışdır. “xxxx” MMC tərəfindən verimiş 15.04.2021-ci il tarixli rəydə “Hyundai Elantra” marklı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobildə zədələnmiş detallar və həmin detallara aid görüləcək işlərinin dəyərinin 8,570 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “Hyundai Elantra” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşmüş və razılaşmaya əsasən cavabdeh sözügedən avtomobili işlək və saz vəziyyətdə qaytarmalı olmasına baxmayaraq, üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində cavabdeh iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür." 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1096.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)." 1096.2-ci maddəsinə əsasən, "Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır." 1097.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir." İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 150 (yüz əlli) manat xxxx tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu və 15.04.2021-ci il tarixli ekspertizanın rəyi üçün ekspertiza xərcini təşkil edən 150 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hyundai Elantra” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 8,570 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi olmaqla ümumilikdə 8,585 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı oğlluna ödənilsin. “xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə Cavabdeh tutulub “xxxx” MMC-nin hesabına (hesab: VÖEN **********; hesab N Azn: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar