Məhkəmə qərarları › İş №2(009)-72/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-72/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-72/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X5 oglunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh5 vəkili, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 43880.13 manat əsas, 4909.04 manat faiz olmaqla cəmi 48789.17 manat borcun, Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 24386.78 manat əsas, 1593.64 manat faiz olmaqla cəmi 25980.12 manat borcun, Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 41353.96 manat əsas, 5994.68 manat faiz olmaqla cəmi 47348.64 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh6 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 10348,13 manat əsas, 669.24 manat faiz olmaqla cəmi 11017.37 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair hər bir ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı olmaqla 123.08 manat dövlət rüsumunun 42.60 manat xidmət haqqının cavabdehlərdən tutulması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh5 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh3 arasında bağlanmış 5288 nömrəli 27.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh4 arasında bağlanmış 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 5568 nömrəli 23.09.2011-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla İsmayılov Rafuf ibrahim oğlu arasında 324 saylı, 23.09.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən X2 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh5 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə dair 07.06.2011-ci iil tarixli ipoteka müqaviləsi, 5288 nömrəli 27.05.2011-ci il tarixli kredit müqaviləsinə dair 27.05.2011-ci il tarixli ipoteka müqaviləsi, 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə dair ipoteka müqaviləsi, 5568 nömrəli 23.09.2011-ci il tarixli kredit müqaviləsinə dair 23.09.2011-ci tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Cavabdehlər kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlər: Cavabdeh2 17.06.2021-ci il tarixinə Banka 43880.13 manat əsas, 4909.04 manat faiz olmaqla cəmi 48789.17 manat, Cavabdeh3 17.06.2021-ci il tarixinə Banka 24386.78 manat əsas, 1593.64 manat faiz olmaqla cəmi 25980.12 manat, Cavabdeh4 07.07.2021-ci il tarixinə Banka 41353.96 manat əsas, 5994.68 manat faiz olmaqla cəmi 47348.64 manat, X1 17.06.2021-ci il tarixinə Banka 10348.13 manat əsas, 669.24 manat faiz olmaqla cəmi 11017.37 manat borcu mövcuddur. Kredit müqaviləsinin 12.1-ci maddəsinə əsasən Borcalan Müqavilənin tələbləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair bizim tərəfimizdən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də, borcun təminatı kimi Cavabdeh5 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. 19 yanvar 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 iddiaçı ‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə 43880.13 manat əsas, 2320.64 manat faiz olmaqla cəmi 46200.77 manat borcun, Cavabdeh3 iddiaçı "xxxx" ASC- nin xeyrinə 21775.48 manat əsas, 225.03 manat faiz olmaqla cəmi 22000.51 manat borcun, Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 41353.96 manat əsas, 8613.76 manat faiz olmaqla cəmi 49967.72 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair hər bir ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı olmaqla 123.08 manat dövlət rüsumunun 42.60 manat xidmət haqqının cavabdehlərdən tutulması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh5 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 fevral 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 iddiaçı ‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə 43880.13 manat əsas, 2832.58 manat faiz olmaqla cəmi 46712.71 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair hər bir ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh5 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 vəkili, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiyini, faizləri qəbul etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh3 arasında bağlanmış 5288 nömrəli 27.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan"xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh4 arasında bağlanmış 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 5568 nömrəli 23.09.2011-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla İsmayılov Rafuf ibrahim oğlu arasında 324 saylı, 23.09.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən X2 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh5 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə dair 07.06.2011-ci il tarixli ipoteka müqaviləsi, 5288 nömrəli 27.05.2011-ci il tarixli kredit müqaviləsinə dair 27.05.2011-ci il tarixli ipoteka müqaviləsi, 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə dair ipoteka müqaviləsi, 5568 nömrəli 23.09.2011-ci il tarixli kredit müqaviləsinə dair 23.09.2011-ci tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli, **********21 nömrəli Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-ə ünvanlanmış məktubdan görünür ki, ünvan 3 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 04.06.2011-ci il tarixli, ********** nömrəli çıxarışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh5 qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 25, mənzil 6 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AZ-İİ 114808 saylı, 18.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 08 avqust 2020-ci ildə ölmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı, 19.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair 2(009)-72/2022 saylı mülki iş üzrə Cavabdeh4 (08.08.2020-ci ildə ölmüşdür) aid hissədə tələbin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh4 arasında bağlanmış 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh5 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5299 nömrəli 07.06.2011-ci il tarixli kredit müqaviləsinə dair 07.06.2011-ci il tarixli ipoteka müqaviləsi, 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə dair ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Cavabdeh2 banka 43880.13 manat əsas, 2832.58 manat faiz olmaqla, cəmi 46712.71 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, borc tələbi hissəsində iddia əsaslıdır və ona görə də, təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdeh Sultanova Sevda Əhəd qızına məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 25 ünvannda yerləşən 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipotekaqoyana qaytarılır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarında olan 28.12.2021-ci il tarixli, ƏEM 131-1254/21M nömrəli Əmlak Ekspert Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin 28 dekabr 2021-ci il tarixinə: bazar dəyəri 386 000,0 manat, likvid dəyəri 367 000,0 manat müəyyən edilmişdir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə qərardadı əsasında aparılmış ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 367 000,0 manat müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun cavabdehlədən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında 07.06.2011-ci il tarixli və 24.05.2011-ci il tarixli kredit müqavilələri üzrə cavabdehlərə məxsus digər əmlakın girov və ya ipoteka ilə yüklü edilməsinə dair hər hansı bir razılaşma olmadığından, pul öhdəliyin icrasının təmin edilməsi üsulu kimi tələbin cavabdehlərin digər əmlakına yönəldilməsi tətbiq olunmamalıdır. Bundan başqa cavabdehlərə məxsus digər əmlakın nədən ibarət olmasını, onun hüquqi vəziyyəti barədə sübutlar təqdim edilmədiyindən tələbin həmin əmlaka yönəldilməsinin mümkünlüyünü müəyyən etmədən iddianın bu hissədə təmin edilməsi mümkün deyildir. Bu məsələnin həlli məhkəmə qətnaməsinin icrası qaydasında «İcra haqqında» Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq müvafiq icra məmurları qurumunun müraciətinə əsasən Azərbaycan Respublikası Mülki Presessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq mümkündür. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 43880,13 manat məbləğində əsas borc, 2832,58 manat məbləğində faiz borcu olmaqla, cəmi 46712,71 manat borc, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalı, tutma ipotekaya qoyulmuş Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilə yönəldilməli, ipoteka mənzilin ilkin satış qiyməti 367000 manat müəyyən edilməli və mənzil açıq hərracdan satılmalı, ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilin satışından əldə olunan pul vəsaitindən Cavabdeh2 "xxxx" ASC-yə olan borcu ödənildikdən sonra, mərhum Cavabdeh4 ilə "xxxx" ASC arasında bağlanmış 5278 nömrəli 24.05.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana verilmiş 100000 manat məbləğində kreditin təminatı kimi yuxarıda qeyd olunan mənzilə dair 24.05.2011-ci il tarixli ipoteka müqaviləsi bağlandığından və mərhum Cavabdeh4 banka olan borcu cəmi 50.009,14 (əlli min doqquz manat on dörd qəpik) manat təşkil etdiyindən, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin yedə qalan məbləğindən 50.009,14 (əlli min doqquz manat on dörd qəpik) manat hissəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin depozit hesabına qoyulmalı, qalan məbləğ ipoteka qoyan Cavabdeh5 qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 25 ünvanda yerləşən 6 saylı mənzil satıldıqdan 1 (bir) ay sonra boşaldılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, eyni zamanda, bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu, 10,65 manat xidmət haqqı və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 43880,13 (qırx üç min səkkiz yüz səksən manat on üç qəpik) manat məbləğində əsas borc, 2832,58 (iki min səkkiz yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 46712,71 (qırx altı min yeddi yüz on iki manat yetmiş bir qəpik) manat borc, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 10,65 (on manat altmış beş qəpik) manat xidmət haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun. Tutma ipotekaya qoyulmuş Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilə yönəldilsin. İpoteka mənzilin ilkin satış qiyməti 367000 (üç yüz altmış yeddi min) manat müəyyən edilsin və açıq hərracdan satılsın. İpotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilin satışından əldə olunan pul vəsaitindən Cavabdeh2 "xxxx" ASCyə olan borcu ödənildikdən sonra, yerdə qalan məbləğin 50.009,14 (əlli min doqquz manat on dörd qəpik) manat hissəsi "xxxx" ASC-nin depozit hesabına qoyulsun, qalan məbləğ ipoteka qoyan Cavabdeh5 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 25 ünvanda yerləşən 6 saylı mənzil satıldıqdan 1 (bir) ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-nin aşağıdakı hesabına köçürülsün: (VÖEN:**********, Hesab N AZN:AZ30GUNA********************, Bank:GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD:505594; SWİFT:GUNAAZ22). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar