Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-721/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Səfərova X2 Dünya Akif qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır və həmin mülki iş (2(005)-1518/2021) Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin bir-biri ilə əlaqəli olan Nərimanov Rayon Məhkəməsinin icraatında olan digər mülki işlə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 izahat verərək ərizənin təmin olunmasına, mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, bir-biri ilə əlaqəli işə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün birgə baxılmalı, Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatında olan mülki iş daha öncə daxil olduğundan Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-721/2021 saylı mülki iş, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1518/2021 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəm tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 43,45, 263-264, 266- 268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə tələbinə dair 2(009)-721/2021 saylı mülki işin Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatında olan iddiaçı Cavabdeh1 İddiaçı qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair 2(005)-1518/2021 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhər Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verə bilərlər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-721/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-721/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver