Məhkəmə qərarları › İş №2(009)-728/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-728/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-728/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ə.M.Ağalarovun, Cavabdeh5 iştirakları ilə X3 Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh5 24 ay müddətinə 18.000 manat məbləğində kredit verilmiş və bununla bağlı X4 Təşkilatı “xxxx” MMC ilə Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli 005-NBK-0169-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 005-NBK-0169-19/a saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh5 BOKT “xxxx” QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh4, xx.xx.2019-cu il tarixli 005-NBK-0169-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, xx.xx.2019-cu il tarixli 005-NBK-0169/19b saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və xx.xx.2019-cu il 005-NBK-19/c saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən hal-hazırda Cavabdeh5 xx.xx.2021-ci il tarixə əsas borcu 1494,99 manat, faiz borcu 1808,27 manat, cərimə borcu 0,00 manat olmaqla, ümumi borcu 16773,26 manat təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh5 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2020-ci il tarixli 12295/20 saylı, xx.xx.2020-ci il tarixli 12293/20 saylı, xx.xx.2020-ci il tarixli 12294/20 saylı, xx.xx.2020-ci il tarixli 12292/20 saylı, xx.xx.2020-ci il tarixli 12716/20 saylı, xx.xx.2020-ci il tarixli 12717/20 saylı, xx.xx.2020-ci il tarixli 12714/20 saylı və pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Göründüyü kimi, cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT “xxxx” QSC-i müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2019-cu il tarixli 005-NBK-0169-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək əsas borc 14964,99 manat, faiz borcu 1808,27 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 16803,66 manat borcun X3 Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh5 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, pulu el şənliyi olan xınayaxdı mərasimlərinin təşkil edilməsi məqsədilə götürülmüş ,müvaifq xərclər çəkilmiş, lakin pandemiya ilə bağlı toylar olmadığı üçün həmin mərasimlər keçirilməmiş, bununla əlaqədar gəlir əldə edə bilmədiyi üçün götürdüyü borcu qaytara bilməmişdir. Bir il möhlət verilsə, eyni zamanda daşınmaz əmlakları var, onları satandan sonra borcu tam bağlayacaqdır. Cavabdeh həmçinin göstərmişdir ki, digər cavabdehlər zamin kimi müqavilə bağlamışlar, məhkəmə iclasında işlədiklərinə görə iştirak edə bilmirlər. Zaminlərdən Elnur onun qardaşı, Firəngiz xalası, Gülnar iş yoldaşı, Gülnarə isə qonşularıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə BOKT «xxxx» MMC ilə borcalan Cavabdeh5 arasında bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli 005-NBK-0169-19 saylı kredit müqaviləsinə əsasən BOKT «xxxx» MMC tərəfindən Cavabdeh5 24 ay müddətinə, illik 30%-lə 18.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “Borc verən” qismində BOKT «xxxx» MMC ilə “Borc alan” qismində Cavabdeh5 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0169-19 saylı zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Borc verən” qismində BOKT «xxxx» MMC ilə “Borc alan” qismində Cavabdeh5 və “Zamin” qismində Cavabdeh4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0169-19/a saylı zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Borc verən” qismində BOKT «xxxx» MMC ilə “Borc alan” qismində Cavabdeh5 və “Zamin” qismində Cavabdeh3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0169-19/b saylı zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Borc verən” qismində BOKT «xxxx» MMC ilə “Borc alan” qismində Cavabdeh5 və “Zamin” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0169-19/c saylı zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə BOKT “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə BOKT “xxxx” QSC-yə 14964,99 manat əsas, 1808,27 manat faiz, 0,00 manat cərimə, cəmi 16773,26 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 30%-lə 18000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 bank qarşısında zamin kimi çıxış etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh5 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 14964,99 manat əsas, 1808,27 manat faiz, cəmi 16773,26 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh5 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank vaxtından əvvəl yaranmış borcun (əsas və faiz) cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh5 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh5 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, həmçinin digər cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durduqlarından, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış 14964,99 manat əsas, 1808,27 manat faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh5 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduqlarından, iddia tələbi təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada X4 Təşkilatı «xxxx» QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 005-NBK-0169-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 14964,99 manat əsas borc, 1808,27 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 16803,66 (on altı min səkkiz yüz üç manat altmış altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar