Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-734/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 dekabr 2008-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləğini artıraraq, o, yetkinlik yaşına çatanadək, Cavabdeh qazancının və ya gəlirinin dörddə bir hissəsi miqdarında və bu mümkün olmayacağı təqdirdə «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 220 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsin 2(009)-2215/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X7 arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 22 may 2007-ci il tarixdə 517 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 12 dekabr 2008-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası-iddiaçı X3 yanında saxlanılması, yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 aprel 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 manat pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda ölkə üzrə yaşayış minimumu artırıldığından və eyni zamanda cavabdeh yüksək məbləğdə əmək haqqı aldığından hesab edir ki, cavabdeh tərəfindən ödənilməli aliment məbləği bu hallara uyğunlaşdırılmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair veriləcək iddiası üzrə Cavabdeh hal-hazırda təqaüdünün nə qədər təşkil etməsi barədə məlumat barədə müvafiq sorğular verilmiş, həmin qurumların müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cavab məktubları bu barədə məlumat verilməsindən imtina edilmişdir ki, bu barədə sübut təqdim edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin iclasının tərəfindən təqdim edilmiş sübutları nəzərə alaraq iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh Pənahi oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat pul məbləğində alimentin ödənilməsinə etirazı yoxdur. İddianın digər tələbləri ilə razı deyil. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1298/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinə əsasən onun təqaüdünün 50 faizi yönəldilib banka. Əlavə olaraq, bildirir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı iş üzrə Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 32 ünvaında yaşayayış qeydiyyatında olan və həmin ev bankda qirov olduğu üçün İddiaçı cavabdeh qismində cəlb olunub və “Ata Bank“ ASC-nə maliyyə öhdəlikləri var. Lakin banka ödənişlərin tam qismini o ödəyir. Məlumat üçün bildirir ki, ikinci qrup əlildir və səhhətində yaranmış bir sıra problemlər üzündən məhkəmə prosesində iştirak edə bilməyəcək. Onun iştirakı olmadan yekun qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh ilə X7 arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 22 may 2007-ci il tarixdə 517 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilmiş, 12 dekabr 2008-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılması,11 aprel 2016-cı il tarixdən başlayaraq 12 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-62/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 763YHFK №-li Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 73230,23 manat əsas, 27168,61 manat faiz, xx.xx.2015-ci il tarixli 839YHFK №-li Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 13158,89 manat əsas, 3284,20 manat faiz borcu olmaqla, cəmi 116.841,93 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi, ödəmə "xxxx" ASC ilə X9 (ipoteka qoyan) arasında bağlanmış İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi, həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinin açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin 15 (on beş) manat hissəsi, habelə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 42 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Təqdim olunmuş Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********118 nömrəli məktubdan görünür ki, onunla "xxxx" ASC ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 763YHFK nömrəli kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə qaytarmaq şərti ilə illik 18 faiz dərəcəsi ilə 100 000 (bir yüz min) manat, xx.xx.2015-ci il tarixli 839YHFK nömrəli kredit müqaviləsinə əsasən isə borcalana 48 ay müddətinə qaytarmaq şərti ilə illik 18 faiz dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kreditlər verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-62/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 763YFİFK nömrəli kredit müqaviləsi üzrə 73230,23 (yetmiş üç min iki yüz otuz manat 23 qəpik) manat əsas, 27168,61 (iyirmi yeddi min bir yüz altmış səkkiz manat 61 qəpik) manat faiz, xx.xx.2015-ci il tarixli 839YHFK nömrəli kredit müqaviləsi üzrə 13158,89 (on üç min bir yüz əlli səkkiz manat 89 qəpik) manat əsas, 3284,20 (üç min iki yüz səksən dörd manat 20 qəpik) manat faiz borcu, 117 (bir yüz on yeddi) manat dövlət rüsumu, cəmi 116.958,93 (bir yüz on altı min doqquz yüz əlli səkkiz manat 93 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bildirilir ki,borcalanın xx.xx.2023-cü il tarixinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-62/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 763YHFK nömrəli kredit müqaviləsi üzrə 56353,84 manat, xx.xx.2015-ci il tarixli 839YFİFK nömrəli kredit müqaviləsi üzrə 9143,09 (doqquz min bir yüz qırx üç manat 09 qəpik) manat və 117 (bir yüz on yeddi) manat dövlət rüsumu məbləğində qalıq borc öhdəliyi mövcuddur. “Elektron sistem”dən çıxarışdan görünür ki, Cavabdeh pensiya məbləği 2316,12 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı 12 dekabr 2008-ci il təvəllüdlü X8 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay qazancının və ya gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşağın yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh, 12 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-734/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-734/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver