Məhkəmə qərarları › İş №2(009)-741/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-741/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-741/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, X2 Cavabdeh qarşı “aliment artırılması və atasının xəstə uşağa görə əlavə xərclərə cəlb olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(016)-1216/2017 saylı qətnaməsini alimentin miqdarı hissəsində dəyişdirilməsi, xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat və xx.xx.2015-ci il təvəllüdlü X8 müalicəsinə ehtiyac qalmayanadək müalicə xərcinə görə hər ay üçün 100 manat sabit aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(016)-1216/2017 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, həmin nikahdan olmuş xx.xx.2015-ci il təvəllüdlü X8 boşanmadan sonra onun yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit alimentin tutulması və xx.xx.2015-ci il təvəllüdlü X8 üç yaşı tamam olanadək saxlanması üçün hər ay cavabdehdən 30 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, heç bir yerdə işləmir, evi olmadığından əlacsızlıqdan azyaşlı qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Əvvəki qətnamə xx.xx.2017-ci il tarixli, 2(016)-1216/2017 saylı qəbul olunduğu vaxtdan sonra ərzaq, su, nəqliyyat xərci və sair bahalaşmış, bu da gündəlik təlabat mallarının, geyim əşayalarının, dərman pereparatlarının qiymətlərinin qalxmasına səbəb olmuşdur ki, 100 manatla azyaşlı uşağı dolandırmaq mümkünsüzdür. Ona görə də, cavabdehdən qızlarının saxlanması üçün 175 manat sabit aliment tələb edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul edtməyərək bildirdi ki, iddianı qəbul etmir. İddia ərizəsi uydurma, heç bir faktla əsaslanmayan tələblər üzərində qurulmuşdur. Belə ki, bu günədək xx.xx.2015-ci il təvəllüdlü X8 bütün tələbatını o qarşılayır. Onun qızının heç bir xəstəliyi yoxdur. Qızının xəstəliyi ilə əlaqədar alınmış arayış özəl klinikadan müəyyən maraqlar ödənilməklə alınmışdır. Reseptlərin isə hansı xəstəxananın həkimi tərəfindən verildiyi məlum deyil. Əgər doğrudanda da uşağında iddiaçının göstərdiyi xəstəlik varsa, dövlət xəstəxanasında müayinə olunmalı və həkim komissiyası rəy verməlidir. O hər ay 270 manat əmək haqqı alır. Ailəlidir, yaxın günlərdə uşağı dünyaya gələcək. İddiaçı kirayədə yaşamır. xx.xx.2017-ci il tarixdə Ağsu rayon məhkəməsi bir uşağın saxlanması üçün 100 manat aliment təyin etmişdir. Bu miqdar bu gün də onun üçün çoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən ər və arvad (hər ikisi) uşaqlarını saxlayıb böyütməlidirlər. İddiaçı isə bütün öhdəlikləri onun üzərinə qoyur. O, İddiaçı iddia ərizəsində göstərilən tələbləri qəbul etmir, uşağın xəstəliyi dövlət xəstəxanasından verilən həkim rəyi ilə təsdiqini tapmalıdır. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 2(016)- 1216/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, xx xxx 2015-ci il tarixdə anadan olan X7 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutularaq Gülsurə Azay qızı (Bəkirova) Nəsirovaya verilməsi, xx xxx 2015-ci il tarixdə anadan olan X7 üç yaşı tamam olana kimi saxlanılması üçün hər ay Cavabdeh 30 manat məbləğində aliment tutularaq Gülsurə Azay qızı (Bəkirova) Nəsirovaya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 449285 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X12 xx xxx 2015-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1991-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1991-ci ildə anadan olmuş, ünvan 2 A ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbinin uşağın müalicəsi üçün hər ay 100 manat cavabdehin əlavə xərclərə cəlb olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli X5 arayışından görünür ki, X12 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək X5 Göyçay filialında 20 seans Loqopet qəbulunda olduğu qeyd olunur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddia ərizəsində uşağın “beynin assosiativ əlaqələrin geriliyi” diaqnozu ilə müəlicə aldığı göstərilsə də, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən bu hal cavabdehin - atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz, çünki həmin maddənin tələbinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iddiaçı bu kimixərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (məsələn: xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə ödənişli tibb müəssisəsinin müvafiq arayışını) məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, sübuta yetməyən tələb əsaslı hesab edilə və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X12 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(016)-1216/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq X11 Ayaz qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar