Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-746/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi P.N.Əzimovanın, Cavabdehin nümayəndəsi və vəkili R.F.Umudovun iştirakları ilə İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş X5 Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-991 saylı, 13.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında 04.11.2014-cü il tarixdə 618 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 12 ay müddətinə 360.000 manat məbləğində kredit verilmişdir. 05.11.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 otaqlı olan fərdi yaşayış evi 04.11.2014-cü il tarixdə No 02 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 360.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.3-cü bənd). “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. 17.05.2017-ci il tarixli, 2(009)- 342/2017 saylı Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 345.6190 manat əsas borc, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək əsas məbləğ 345.610 manata Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 179.148,38 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 04.06.2021-ci il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı təşkilat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərərək ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən dayanıqlı, mənfəətli maliyyə kredit institutuna çevrilməsi, aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlığın kreditləşdirilməsini həyata keçirməklə regionların iqtisadi inkişafına dəstək verməsi, maliyyə resurslarına çıxışı məhdud olan kiçik şəxsi təsərrüfata malik kənd əhalisinin vəsaitlərinə olan ehtiyacını qarşılanması, öz daxili imkanları hesabına regionlarda kreditə tələbatın minimuma endirilməsi, iqtisadi fəallığın və əhalinin rifahı halının yüksəldilməsinə və son nəticədə ölkədə yoxsulluğun azaldılmasına nail olunmasına köməklik göstərməsi istiqamətində işləri həyata keçirir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli , 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında 11.08.2015-ci il tarixli və 21.04.2015-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin icrasının təmin etmək məqsədilə İddiaçı QSC müvafiq maliyyə təşkilatları qarşısında borclanmışdır və həmin borclar iddiaçı təşkilat tərəfindən razılaşdırılmış kredit faizi hesablanmaqla qaytarılması öhdəliyi götürmüşdür. Həmin təşkilat tərəfindən yuxarıda sadalanan bütün işlərin icrasını maliyyə vəsaiti ilə həyata keçirilir, lakin zamanında ödənilməyən borclar nəticəsində təşkilat maliyyə çatışmamazlıqları ilə üzləşərək ziyana uğramışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 179.148,38 manat məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 469,15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 179.148,38 manat məbləğində əldən çıxmış fayda və zərərin, həmçinin İddiaçı QSC tərəfindən daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar Daşınar Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə ödənilmiş 13387,50 manat və 2409,75 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin ümumilikdə 195.414,78 manat məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bank uçot faiz dərəcəsi ilə hesablanmış 183.250,10 manat məbləğində əldən çıxmış fayda və 420.499 manat əsas borc üzrə qalıq məbləğinə Azərbaycan Respublikası Prezidentinin 07.08.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin və həmçinin İddiaçı QSC tərəfindən Daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar Daşınar Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə ödənilmiş 13.387,50 manat və 2409,75 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin, ödənilmiş 562,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 273.431,16 manat məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək və yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır, iddiaçının özünün maddi öhdəliklərindən yayınmaq və mülki hüquqlarından sui-istifadə xarakteri daşıyır. Belə ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında 04.11.2014-cü il tarixdə 618 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh illik 17% tətbiq edilməklə 12 ay müddətinə 360.000 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin ipoteka təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evi 04.11.2014-cü il tarixdə 02 nömrəli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmişdir. Müəyyən obyektiv səbəblərdən və yaranmış maddi çətinliklər üzündən Cavabdeh kredit öhdəliklərini icra edə bilməmiş, bank tərəfindən ipoteka predmetinə yönəltmə proseduru başlanılmış, bankın kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair Səbail rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla cəmi 420.499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamə üzrə Cavabdeh prosessual hüquqlarından sui-istifadə etməmiş, öhdəliklərinin icrasına vicdanla yanaşmış, mülki prosessual qanunvericilik imkan verdiyi halda Səbail rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməmiş, həmin qətnamənin qüvvədə minməsinə və ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun sürətlə aparılmasına şərait yaratmış, bununla da hərəkətləri ilə kredit öhdəliyini pul əsasında ödəmək iqtidarında olmasa da ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, əmlak ilə ödənilməsində maraqlı olduğunu göstərmişdir. Halbuki Cavabdeh həmin qətnamədə müəyyən edilmiş faizlər və dəbbə pulu məbləği razı olmamış, lakin öhdəliyinin əmlak hesabına ödənilməsi istiqamətində tutma yönəldilməsi prosedurunun davam etməsi üçün qətnaməni mübahisələndirməmişdir. Beləliklə, Cavabdeh apellyasiya şikayəti verməməsi və prosessual şərait yaratması nəticəsində Səbail rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsi qüvvəyə minmiş, onun əsasında icra sənədi verilmiş və həmin icra sənədi icra olunmasından ötrü Sabunçu rayon icra şöbəsinə göndərilmiş, icra şöbəsinin sifarişi əsasında "xxxx" MMC-də açıq hərracdan satışa çıxarılmış, ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satışı üçün hərracın keçirilməsi barədə sifariş verilmiş, 04.12.2017-ci il tarixə hərrac təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə yenidən satışı üçün hərracın keçirilməsi 22.01.2018-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev həracda satılmamışdır. Bundan sonra ev ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə 892.500 manata təkrar hərraca çıxarılmış, təkrar hərracın keçirilməsi 26.02.2018-ci il tarixə təyin edilmiş, lakin təkrar hərrac da baş tutmamış, mənzil hərracda satılmamışdır. Bundan sonra ipoteka predmeti olan qeyd edilən ev ilkin satış qiymətindən 25% aşağı qiymətlə ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş, lakin ipoteka saxlayan ipoteka predmeti olan qeyd olunan mənzili əldə etməmişdir. Borcunun əmlak hesabına da olsa ödənilməsinə maraqlı olan, lakin əmlakın bank tərəfindən əldə edilmədiyini və icra sənədi üzrə tələbin tələbkarın özünün hərəkətsizliyi nəticəsində icra olunmadığını görən Cavabdeh bankı əmlakın əldə edilməsi istiqamətində hərəkətə gətirmək, əks təqdirdə əmlakın ipotekasına “İpoteka haqqında” Qanunun 43.7-43.8-ci maddələrinin tələbləri üzrə xitam verilməsinə nail olub sərbəstləşən əmlakı özü sataraq bank qarşısında borcunu ödəmək məqsədilə ipotekaya xitam verilməsi tələbi ilə Nəsimi rayon Məhkəməsində iddia qaldırmış, Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə 20.08.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 618 No kredit müqaviləsinin təminatı kimi (kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 02 No-li alqı-satqı və ipoteka müqaviləsi) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin "xxxx" ASC qarşısında ipotekasına xitam verilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan bank apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6820/2019 saylı işi üzrə 25.07.2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlər "xxxx" ASC, İddiaçı QSC və “X7 Edilməsi Agentliyi” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərin təmin edilməməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.08.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər "xxxx" ASC, İddiaçı QSC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7283/2019 saylı işi üzrə 09.12.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(203)-6820/2019 nömrəli iş üzrə 25.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-249/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsinə əsasən isə bankın apellyasiya şikayəti təmin edilmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə 20.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Bununla yanaşı “X5 Agentliyi” tərəfindən Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı yaşayış evinin hərracda satılmasına dair 04.12.2017, 22.01.2018 və 26.02.2018-ci il tarixlərində keçirilən hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, iddia tələbi təmin edilməmişdir. Beləliklə bütün bu proseslər nəticəsində Cavabdeh əmlakın əldə edilməsində maraqlı olmayan və icra sənədinin icrasına etinasız yanaşan bankı hərəkətə gətirə bilmiş, nəticədə "xxxx" MMC-nin 09/04 saylı, 08.02.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən əmlak 669.375 manata bank tərəfində əldə edilmişdir. Qeyd olunduğu kimi, icra sənədi üzrə bankın tələbinin məbləği cəmi 420.499 manat olmuş, əmlak isə 669,375 manata əldə edilmiş, icra sənədində konkret olaraq ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilsə də, əmlakın dəyərinin kreditorun tələb həcmindən artıq olan hissəsi, yəni təxminən 249.000 manat məbləğ bu günə kimi Cavabdeh qaytarmamış, əksinə həmin öhdəlikdən yayınmaq üçün hüquqlardan sui-istifadə xarakterli hazırki iddia tələbini irəli sürmüşdür. İş materiallarından da göründüyü kimi, əmlakın əldə edilməsi ilə bağlı bank tərəfindən məhz qəti addımlar atıldıqdan sonra Cavabdeh qeyd olunan məhkəmə qərarlarını mülki prosessual qaydada mübahisələndirmək imkanlarına malik olduğu halda mübahisələndirməmişdir. Bu bir daha onun öhdəliyin icra ilə bağlı vicdanlı mövqedə dayandığını təsdiq edir. İşin hallarından göründüyü kimi, icra sənədi üzrə öhdəliklərin icrası məhz iddiaçının (kreditorun) özünün qərəzli hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olması nəticəsində yubanmışdır. Beləliklə, Cavabdeh məxsus əmlak dəfələrlə açıq hərracdan satışa çıxarılsa da, ipoteka saxlayan, yəni həmin icra işi üzrə tələbkar (bank) tərəfindən əldə edilməmiş, məhz ipoteka saxlayanın bankı hərəkətə gətirmək, onun əmlakı əldə etməsinə təşviq etmək, əks təqdirdə əmlakın ipoteka ilə yüklülüyünə xitam verərək onu müstəqil şəkildə satıb borcu ödəmək məqsədilə qaldırdığı iddia nəticəsində əmlak bank tərəfindən əldə edilmişdir. Bununla da icra sənədinin və kredit öhdəliklərinin icrası kreditorun özünün qərəzli hərəkətsizliyi nəticəsində mümkün olmamışdır. İcra sənədinin məzmunundan göründüyü kimi, icra sənədinin icra qaydası və icra üsulu icra sənədini vermiş məhkəmə tərəfindən icra sənədinin məzmununda bilavasitə göstərilmiş, borcludan tutulmalı olan kredit borcunun məhz ipoteka predmetlərinin açıq hərracdan realizəsi qaydasında ödənilməsi üsulu qət edilmişdir. Sözügedən icra sənədi həmin icra sənədində nəzərdə tutulmuş icra üsulu və icra qaydası üzrə borclu tərəfindən tam icra olunmuş, həmin icra sənədi üzrə tələbin icrası ilə bağlı bütün mümkün icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilmiş – icra sənədi üzrə tutmanın yönəldildiyi ipoteka predmetləri açıq hərracdan satışa çıxarılmış, açıq hərraclar keçirilmiş və əmlak tələbkarın özünün ləngitməsi nəticəsində gec də olsa əldə edilmiş, lakin bu günə kimi həmin icra sənədi üzrə tələbin onunla bağlı hissəsi, yəni əmlakın dəyərinin borc məbləğindən artıq hissəsi qaytarılmamışdır. Əmlakın istinad olunan hərrac protokolu əsasında bank tərəfindən əldə edilməsi ilə öhdəliyə xitam verilmişdir. İddia tələbinin 2409 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin ödənilməsi ilə bağlı hissəsi ilə əlaqədar bildirirlər ki, əmlakın hərracdan əldə edilməsi zamanı müvafiq verginin ödənilməsi borclunun deyil, məhz əmlakı əldə edən və alqı-satqı aparan şəxsin fiskal mülkiyyətidir. Bu zaman bank borclunun deyil, məhz özünün vergi öhdəliyini icra etdiyindən bununla bağlı ipoteka saxlayana qarşı hər hansı reqress tələbi irəli sürməsi əsassızdır. Göründüyü kimi vergi qanunvericiliyinin istinad olunan tələbinə əsasən bank ipoteka predmetini gələcəkdə təqdim edəcəyi (satacağı) halda onu əldə edərkən ödədiyi verginin əmlakın dəyərinin tələbi həcmində məbləğindən azad olunur. Hazırki vəziyyətdə isə bank bu vergi güzəştini əldə etməklə yanaşı paralel olaraq ödədiyi vergini ipoteka qoyandan tələb edir ki, bu da əsassız varlanma cəhdidir. Vergi qanunvericiliyinin aşkar tələbindən göründüyü kimi, konkret halda vergi öhdəliyi məhz ipoteka saxlayana aiddir. Ona görə də özünün vergi öhdəliyinin icrasının əvəzinin ipoteka qoyandan tutulmasına dair bankın tələbi tamamilə əsassızdır. Həmçinin iddia tələbinin İddiaçı QSC tərəfindən daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar "xxxx" MMC-yə ödənilmiş 13.887 manat məbləğin tutulması ilə bağlı bildirirlər ki, bu tələbin heç bir qanuni və müqavilə əsası mövcud deyildir. Belə ki, ipoteka predmeti olan əmlakın satışı ilə bağlı hərrac xidmətlərinin göstərilməsi ilə bağlı nə Cavabdeh, nə də bankın sözügedən hərrac mərkəzi ilə hər hansı bir tapşırıq müqaviləsi və ya qiymət razılaşması olmamış (hətta belə bir müqavilə olsa idi belə onun iştirakçısı olmayan üçüncü şəxs kimi Cavabdeh üçün hər hansı öhdəlik yarada bilməzdi), hərrac icra qurumunun sifarişi əsasında həyata keçirilmiş, hərrac mərkəzi qarşısında məhz icra qurumunun hərracların keçirilməsi ilə bağlı xidmət haqqlarının ödənilməsi öhdəliyi mövcud olmuşdur. İcra qurumu ilə hərrac mərkəzi arasında ehtimal olunan belə müqavilənin isə nə bank, nə də Cavabdeh iştirakçısı olmadığından hərrac mərkəzi qarşısında hər hansı ödəniş öhdəliyindən söhbət gedə bilməzdi. İpoteka haqqında qanunvericilikdə ipoteka predmetinin əldə olunması ilə əlaqədar hərrac təşkilatına hər hansı xidmət haqqının ödənilməsi və məbləği müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş X5 Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-991 saylı 13.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 04.11.2014-cü il tarixli, 618 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 04.11.2015-ci il tarixədək, illik faiz dərəcəsi 17% ödənilməsi şərti ilə 360.000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı 17.05.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu borcu olmaqla, cəmi 420.499 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutma həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin satıldıqdan sonra cavabdehlər Cavabdeh və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onlar evdən çıxarılmalı (ev iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, 20.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 618 No-li kredit müqaviləsinin təminatı kimi (kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcıipoteka qoyan Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 02 No-li alqı-satqı və ipoteka müqaviləsi) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin "xxxx" ASC qarşısında ipotekasına xitam verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7382/2019 saylı, 09.12.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı 20.08.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 618 No-li kredit müqaviləsinin təminatı kimi (kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 02 No-li alqı-satqı və ipoteka müqaviləsi) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin "xxxx" ASC qarşısında ipotekasına xitam verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" ASC, İddiaçı QSC və “X7 Edilməsi Agentliyi” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.08.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 09.12.2019-cu il tarixli qərarına əsasən cavabdeh İddiaçı QSC-nin və "xxxx" ASC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6820/2019 nömrəli iş üzrə 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-374/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair 04.12.2017, 22.01.2018 və 26.02.2018-ci il tarixlərində keçirilmiş hərracların etibarsız hesab edilməsi, hazırki iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-249/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər "xxxx" ASC, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və “X7 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayətləri təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə 20.08.2019-cu il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdehlər "xxxx" ASC, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi və İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə “X7 Edilməsi Agentliyi” MMC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ünvanlanmış 13.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, 11.01.2022-ci il tarixdə “Respublika Xammal və Əmtəə Birjası“ Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Cavabdeh kreditinin təminatı kimi girov qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin açıq hərracda satılmaması və həmin fərdi yaşayış evinin AR Mülki Məcəlləsinin 319.3.5-ci və 298.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7 və 43.8-ci maddələri rəhbər tutaraq "xxxx" ASC-yə təklif olunması barədə məktub ünvanlanmışdır (13.12.2018-ci il tarixli S-FK-991 nömrəli təhvil-təslim aktı ilə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir). Cavabdeh məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evi 16.12.2021-ci il tarixdə ilkin satış qiyməti 1.050.000 manat olmaqla birinci hərraca, 05.01.2022-ci il tarixdə isə ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 892.500 manata ikinci hərraca çıxarılmışdır. Fərdi yaşayış evi ikinci hərracda da satılmadığı üçün 892.500 manatdan 25% aşağı qiymətə, 669.375 manata ipoteka saxlayana təklif edilmişdir. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, surəti Sabunçu rayon İcra Şöbəsinə və “X7 Edilməsi Agentliyi” MMC-yə ünvanlanmış 24.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, 669.375 manat alınmasına razılıqları bildirmişlər. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh ünvanlanmış 14.02.2022-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Səbail rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsinin icrasını bu günədək icra etməmişdir, bununla da müqabilində Banka 04.11.2014-cü il tarixli 618 saylı kredit müqaviləsi üzrə 10.11.2016-cı ildən 14.02.2022-ci il tarixədək kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında icra etmədiyinə görə mərkəzi Bankın uçot faiz dərəcəsi ilə 179.148,38 manat əldən çıxmış fayda və dəymiş zərər hesablanmışdır. Göstərilənlərlə bağlı 10 gün müddətinə qeyd olunan borcu ilə bağlı ödənişin icra edilməsini xəbərdar edirlər. Əks təqdirdə, 04.11.2014-cü il tarixli 618 saylı kredit müqaviləsi üzrə 10.11.2016-cı ildən 14.02.2022-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 179.148,38 manat məbləğində əldən çıxmış faydanın və dəymiş zərərin tutulmasına dair iddia tələbi ilə tərəflərindən məhkəməyə müraciət olunacaqdır. İş üzrə İddiaçı QSC BOKT tərəfindən verilmiş 16.02.2022-ci il tarixli, 271 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən "xxxx" MMC-yə HF22 saylı, 07.02.2022-ci il tarixli sənədə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evinin 13.387,50 manat təkrar hərrac xərci köçürülmüşdür. İş üzrə İddiaçı QSC BOKT tərəfindən verilmiş 16.02.2022-ci il tarixli, 271 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən "xxxx" MMC-yə 2409,75 manat ƏDV köçürülmüşdür. İddiaçı QSC-yə 420.499 manat məbləğində kredit borcu olan Cavabdeh kreditinin təminatı kimi girov qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin İddiaçı QSC tərəfindən mülkiyyətə alınmasının zəruriliyini qeyd etmək istərdilər. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 14.02.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə 345.610 manat əsas borc, 74,889 manat faiz borcu, borcun qalığı cəmi 420,499 manat təşkil etmiş, 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək həmin 345.610 manat məbləğinə bank uçot faiz dərəcəsi ilə 179.148,38 manat məbləğində dəymiş zərər hesablanmışdır. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 11.04.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə 345.610 manat əsas borc, 74,889 manat faiz borcu, borcun qalığı cəmi 420,499 manat təşkil etmiş, 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək həmin 345.610 manat məbləğinə bank uçot faiz dərəcəsi ilə 183.250,10 manat məbləğində əldən çıxmış fayda, 13.12.2017-ci il tarixdən 11.04.2022-ci il tarixədək 73.820,94 manat dəymiş zərər hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin filialı ilə Cavabdeh arasında 04.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik 17% dərəcəsi olmaqla 12 ay müddətinə 360.000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC qeyd olunan kredit müqaviləsi üzrə yaranmış öhdəliklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh cəmi 420.499,00 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evə ilkin satış qiyməti 1.050.000 manat olmaqla yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra cavabdehlər Cavabdeh və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılmaları, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin borc üzrə tələb hüququ 13.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" ASC-dən “Aqrarkredit QSC-yə ötürülmüşdür. Qətnamənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmetinin hərracda satılmasına dair 04.12.2017-ci il, 22.01.2018-ci il və 26.02.2018-ci il tarixlərdə hərraclar keçirilmiş, bu barədə Sabunçu rayon icra şöbəsinə, "xxxx" ASC-yə, Cavabdeh və X2 bildirişlər göndərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, təkrar hərracın baş tutmamasından sonra Cavabdeh ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, 20.08.2018ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 04.11.2014-cü il tarixli 618 nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin "xxxx" ASC qarşısında ipotekasına xitam verilməsi, həmin evin ipoteka yüklülüyünün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı, 20.08.2018-ci il tarixli qətnaməsindən İddiaçı QSC, "xxxx" MMC və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6820/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ilə həmin şikayətlər təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC, "xxxx" MMC və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-7382/2019 saylı, 09.12.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6820/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 249/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı QSC-nin, "xxxx" MMC-nin və "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)- 3896/2018 saylı, 20.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh iddiası rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə bildiriş lazımi qaydada tələbkara çatdırılmaması səbəbi ilə İddiaçı QSC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-347/2020 saylı, 02.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddiası təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı 17.05.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC tərəfindən borclu Cavabdeh mülkiyyətində olan 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair 04.12.2017-ci il, 22.01.2018-ci il və 26.02.2018-ci il tarixlərində keçirilmiş hərracların etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan və məhkəmə mübahisələri yekunlaşdıqdan sonra Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı 17.05.2017-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin aparılması davam etdirilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev 1.050.000 manat ilkin satış qiyməti ilə "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və hərracın keçirilmə vaxtı 16.12.2021-ci il tarixə təyin edilmişdir. Lakin hərrac baş tutmamışdır. Sonradan həmin ev 15% aşağı, yəni 892.500 manat dəyərlə təkrar hərraca çıxarılmış və hərracın keçirilmə vaxtı 05.01.2022-ci il tarixə təyin edilmişdir. Lakin bu hərrac da baş tutmamışdır. İpoteka predmeti olan ev hərracda satılmadığından "xxxx" MMC-nin 11.01.2022-ci il tarixli məktubu ilə 25% aşağı dəyərlə, yəni 669.375 manata tələbkara təklif edilmiş, tələbkar İddiaçı QSC 24.01.2022-ci il tarixli 3-6/159 saylı məktubla həmin təklifə razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatının 08.02.2022-ci il tarixli 09/04 nömrəli hərracın yekunları barədə protokoluna və həmin tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev 669.375 manata borclunun borcunun əvəzində İddiaçı QSC-yə satılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, qətnaməyə əsasən İddiaçı QSC borclu Cavabdeh 248.876 manat pul qaytarmalıdır. Əlavə olaraq keçirilmiş hərracla əlaqədar olaraq İddiaçı QSC tərəfindən 13.387,50 manat məbləğində hərrac xərci və 2409,75 manat məbləğində əlavə dəyər vergisi olmaqla, cəmi 15.797,25 manat məbləğində xərc də ödənilmişdir. Lakin borclunun borcu üzrə tələb hüququnun 2017-ci ildə İddiaçı QSC-yə ötürülməsi, borclunun məhkəmə mübahisələri yaradaraq icradan yayınması nəzərə alaraq İddiaçı QSC-nin keçən müddət ərzində əldən çıxmış faydanın və dəymiş zərərin, ümumilikdə 273,431,16 manat məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı qaldırılan 273.431,16 manat məbləğində iddia tələbinin aşağıdakı şəkildə açıqlamasını vermişdir: 183.250,10 manat əldən çıxmış fayda – 10.11.2016-cı il tarixdən 11.04.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmışdır; 73.820,94 manat dəymiş zərər – "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması isə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli və İddiaçı QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07.08.2015ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə yerləşdirilmişdir. Təyin olunan komissiya məbləği hər il İddiaçı QSC-nin mənfəətin hesabına ödənilir. Qiymətli kağızların məbləği ABŞ dollarındadır və komissiya da bu valyutada ödənilir. Bu səbəbdən 13.12.2017-ci il tarixdən 11.04.2022-ci il tarixədək olan müddət üçün Cavabdeh 73.820,94 manat məbləğində dəymiş zərər hesablanmışdır; 13.387,50 manat məbləğində hərrac xərci və həmin xərclə bağlı ödənilmiş 2.409,75 manat məbləğində ƏDV – bu məbləğ Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Cavabdeh İddiaçı QSC-yə olan borcunun əvəzində İddiaçı QSC tərəfindən hərrac təşkilatına ödənilmiş xərcdir; 562,87 manat dövlət rüsumu – iddianın verilməsi üçün İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumudur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyi qərəzli surətdə və vaxtında icra etməmə səbəbindən 10.11.2016-cı il tarixdən 11.04.2022-ci il tarixədək olan müddət ərzində əldən çıxmış fayda kimi Mərkəzi Bankın uçot dərəcəsinə uyğun aparılmış hesabata əsasən 183.250,10 manat pul tələb edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “...Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-ci maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. MM-in 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni — tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 342/2017 saylı, 17.05.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdeh Cavabdeh tərəfindən həmin qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin hərracdan satılması proseduruna başlanılmış, ipoteka predmeti olan daşınmaz əmlak dəfələrlə açıq hərracdan satışa çıxarılsa da təkrar hərracın baş tutmaması və həmin əmlakın tələbkar tərəfindən əldə edilməməsi səbəbindən Cavabdeh qanunvericiliyin müəyyən etdiyi normasının tələbləri baxımından ipotekaya xitam verilməsi barədə tələblə məhkəməyə müraciət etmiş və məqsədi əmlakın ipoteka yüklülükdən azad edildikdən sonra onun sərbəst surətdə satıb borcu ödəmək olmuşdur. Cavabdehin qanunun ona verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət etməsi bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərininin icra olunmadığı halda borclu heç də hər bir halda Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamalıdır, burada təqsir mülki hüquq pozuntusunun zəruri elementidir və Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri kontekstində bu halda borclunun təqsiri müəyyən edilməlidir, təqsir mövcud deyildirsə hətta pul öhdəlikləri icra olunmamışsa belə hər hansı maliyyə sanksiyasından söhbət gedə bilməz. Hazırki vəziyyətdə isə pul öhdəlikləri icra sənədində müəyyən edilmiş qaydada və üsulla tam icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından göründüyü kimi kredit öhdəliklərinin naturada icrası borclunun risk dairəsinə daxil olmayan və kreditorun özünün risk dairəsinə daxil olan öhdəliklərdir (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracın baş tutmamasından sonra 30 gün ərzində predmeti əldə etmək, “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən tələbin yönəldildiyi predmeti əldə etmək). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi icra sənədi üzrə borclunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olmamışdır. Həmin Məcəllənin 448.2-ci və 448.4-cü maddələrinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 458-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Beləliklə sözügedən icra sənədinin icraatı ilə bağlı həyata keçirilmiş icra tədbirlərindən göründüyü kimi həmin icra sənədinin icrasının ləngiməsi cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusu səbəbindən baş verməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri və məhkəmə qərarlarının icrası ilə bağlı kredit öhdəliklərinin icrası zamanı borclunun mülki təqsirini müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat olmaqla Mərkəzi Bank uçot faiz dərəcəsi ilə hesablanmış 183.250,10 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. İcra haqqında qanunvericiliyin tələbindən göründüyü kimi tələbkar da icra sənədinin icra olunması istiqamətində borclu ilə birlikdə hərəkət etməli, tələbin icrası istiqamətində təşəbbüs göstərməli, tələb olunan prosessual hərəkətləri vaxtında icra etməlidir. Beləliklə qanunvericilik öhdəliklərin icrası ilə bağlı təkcə borclunu deyil, həm də tələbkarı (kreditoru) intizamlandırmışdır. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 11.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda-qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Belə ki, sözügedən icra sənədinin məzmunundan göründüyü kimi, icra sənədinin icra qaydası və icra üsulu icra sənədini vermiş məhkəmə tərəfindən icra sənədinin məzmununda bilavasitə göstərilmiş, borcludan tutulmalı olan kredit borcunun məhz ipoteka predmetlərinin açıq hərracdan realizəsi qaydasında ödənilməsi üsulu qət edilmişdir. Belə ki, sözügedən icra sənədi həmin icra sənədində nəzərdə tutulmuş icra üsulu və icra qaydası üzrə borclu tərəfindən tam icra olunmuş, həmin icra sənədi üzrə tələbin icrası ilə bağlı bütün mümkün icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilmiş - icra sənədi üzrə tutmanın yönəldildiyi ipoteka predmetləri açıq hərracdan satışa çıxarılmış, açıq hərraclar keçirilmiş və əmlak tələbkarın özünün ləngitməsi nəticəsində gec də olsa əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Əmlakın istinad olunan hərrac protokolu əsasında bank tərəfindən əldə edilməsi ilə öhdəliyə xitam verilmişdir. Məhkəmə iddia tələbinin 2409 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin cavabdehdən tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, əmlakın hərracdan əldə edilməsi zamanı müvafiq verginin ödənilməsi borclunun deyil, məhz əmlakı əldə edən və alqı-satqı aparan şəxsin fiskal mülkiyyətidir. Bu zaman bank borclunun deyil, məhz özünün vergi öhdəliyini icra etdiyindən bununla bağlı ipoteka saxlayana qarşı hər hansı reqress tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur. Həmin Məcəllənin 159.7-ci maddəsinə əsasən isə verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Göründüyü kimi vergi qanunvericiliyinin istinad olunan tələbinə əsasən bank ipoteka predmetini gələcəkdə təqdim edəcəyi (satacağı) halda onu əldə edərkən ödədiyi verginin əmlakın dəyərinin tələbi həcmində məbləğindən azad olunur. Hazırki vəziyyətdə isə bank bu vergi güzəştini əldə etməklə yanaşı paralel olaraq ödədiyi vergini ipoteka qoyandan tələb edir ki, bu da əsassız varlanma cəhdidir. Vergi qanunvericiliyinin aşkar tələbindən göründüyü kimi konkret halda vergi öhdəliyi məhz ipoteka saxlayana aiddir. Ona görə də özünün vergi öhdəliyinin icrasının əvəzinin ipoteka qoyandan tutulmasına dair bankın tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin İddiaçı QSC tərəfindən daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar "xxxx" MMC-yə ödənilmiş 13.387 manat məbləğin tutulması hissəsi üzrə qeyd edir ki, bu tələbin də heç bir qanuni və müqavilə əsası mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Belə ki, ipoteka predmeti olan əmlakın satışı ilə bağlı hərrac xidmətlərinin göstərilməsi ilə bağlı nə Cavabdeh, nə də bankın sözügedən hərrac mərkəzi ilə hər hansı bir tapşııq müqaviləsi və ya qiymət razılaşması olmamış (hətta belə müqavilə olsa idi belə onun iştirakçısı olmayan üçüncü şəxs kimi Cavabdeh üçün hər hansı öhdəlik yarada bilməzdi), hərrac icra qurumunun sifarişi əsasında həyata keçirilmiş, hərrac mərkəzi qarşısında məhz icra qurumunun hərracların keçirilməsi ilə bağlı xidmət haqqlarının ödənilməsi öhdəliyi mövcud olmuşdur. İcra qurumu ilə hərrac mərkəzi arasında ehtimal olunan belə müqavilənin isə nə bank, nə də Cavabdeh iştirakçısı olmadığından hərrac mərkəzi qarşısında hər hansı ödəniş öhdəliyindən söhbət gedə bilməzdi. İpoteka haqqında qanunvericilikdə ipoteka predmetinin əldə olunması ilə əlaqədar hərrac təşkilatına hər hansı xidmət haqqının ödənilməsi və məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Cavabdeh hərrac mərkəzi qarşısında nə qanuni, nə də müqavilə öhdəliyi olmadığından bankın da onun əvəzinə hər hansı öhdəliyi icra etməsindən və reqress tələbdən söhbət gedə bilməzdi. AR Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi bankın qeyd olunan tələbi qanuni və müqavilə əsası olmadığından faktiki olaraq əsassız varlanma cəhdidir. Bu səbəbdən məhkəmə həmin hissədə də tələbi əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Prezidentinin 07.08.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçının Mərkəzi Bank qarşısında olan öhdəliklərinə cavabdehlik daşıyan şəxs olmadığından, illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin cavabdehdən tutulması hissəsində iddia əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və bu səbəbdən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 562,87 manat tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı “Aqrarkredit“ QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 10.11.2016-cı il tarixdən 14.02.2022-ci il tarixədək əsas məbləğ 345.610 manat Mərkəzi Bank uçot faiz dərəcəsi ilə hesablanmış 183.250,10 manat məbləğində əldən çıxmış fayda və 420.499 manat əsas borc üzrə qalıq məbləğinə Azərbaycan Respublikası Prezidentinin 07.08.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4% olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4% komissiya ödəmək şərti ilə hesablanmış 73.820,94 manat zərərin və həmçinin İddiaçı QSC tərəfindən Daşınmaz əmlakın satışı üzrə keçirilmiş hərracla əlaqədar Daşınar Daşınmaz əmlakların satışı üzrə hərrac Mərkəzinə ödənilmiş 13.387,50 manat və 2409,75 manat məbləğində ödənilmiş əlavə dəyər vergisinin, ödənilmiş 562,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 273.431,16 manat məbləğinin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-746/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-746/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver