Məhkəmə qərarları › İş №2(009)-750/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-750/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-750/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması və müalicə xərci» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 12 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması və müalicə xərci» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq 300 manat sabit pul məbləğində müəyyən edilməsi, Həbibin müalicəsi üçün hər ay 250 manat pulun və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 2101/2018 saylı qətnaməsi ilə 22 iyun 2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 154 manat aliment və müalicəsi üçün isə 50 manat pul tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Hazırki vəziyyətdə tək qadın olaraq iddiaçı ailəni saxlamaqda və uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından aydın olur ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2101/2018 saylı qətnaməsinə əsasən 22 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı 154 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı iddiaçının himayəsindədir,cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2022-ci il tarixli Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2023-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-2101/18 saylı qətnaməsi əsasında cavabdehdən 22 iyun 2009-cu il təvəllüdlü X1 üçün tutulan alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda iddia tələbinin “müalicə və müayinə üçün pulun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2101/18 saylı qətnaməsindən göründüyü kimi, 6 saylı X5 Ambulator, X7 Kartasının çıxarışına əsasən 22 iyun 2009-cu il təvəllüdlü X6 bronxial astma xəstəliyindən əziyyət çəkir. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş Diaqnostika neticə hesabatından görünür ki, 22 iyun 2009-cu il təvəllüdlü X4 boyun lordozu və dorsal kifozun düzləşməsi, torakoservikal minimal skolioz müşahidə olunur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə 22 iyun 2009-cu il təvəllüdlü X3 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay əlavə olaraq X3 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 iyun 2009-cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-2101/18 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. 22 iyun 2009-cu təvəllüdlü X3 müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaiti X2 tutulub İddiaçı ödənilsin Ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar