Məhkəmə qərarları › İş №2(009)-775/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-775/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-775/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixə qədər dövr nəzərə alınmaqla 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində olan borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ondan 200.000 (iki yüz min) ABŞ dolları məbləğində iş görmək adı ilə borc pul alaraq bir il ərzində qaytarmağa söz vermişdir. Həmin vaxt cavabdehin qardaşı Cavabdeh2 də onunla olmuşdur. Belə ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ** AQ ***2770 saylı borc müqaviləsinə əsasən cavabdehlər ondan 200.000 (iki yüz min) ABŞ dolları məbləğində aldıqları borc pulu bərabər hissələrlə 4 dəfəyə qaytaracaqlarını öhdələrinə götürmüşlər. Sözü gedən müqavilənin 1-ci bəndində göstərilir: Cavabdeh1 ondan 13124000 (on üç milyon yüz iyirmi dörd min) rubl məbləğində pulu (X2 Bankının xx xxxxxx 2019-cu il tarixə olan məzənnəsi ilə hesablandıqda 200000 (iki yüz min) ABŞ dolları məbləğinə bərabərdir) xx xxxxxx 2020-ci il tarixinə kimi aşağıdakı qaydada bərabər hissələrlə, rüblük olaraq, hər hesabat rübü ayın 27-dən gec olmamaqla, ******* (üç milyon iki yüz səksən bir min) rubl məbləği (X2 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 50000 (əlli min) ABŞ dolları məbləğinə bərabərdir) qaytarmaq şərtilə borc almışdır. 1-ci ödəniş - xx xxx 2019-cu il tarixindən gec olmamaqla, 2-ci ödəniş - xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 3-cü ödəniş xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 4cü ödəniş - xx xxxxxx 2020-ci il tarixindən gec olmamaqla, müvafiq ödənişin qaytarıldığı tarixə X2 Bankının məzənnəsi ilə hesablanmaqla, müqavilənin 2-ci bəndinə əsasən o, bu müqavilənin 1-ci bəndində qeyd olunan pulları həmin müqavilə imzalanmamışdan əvvəl Cavabdeh1 vermişdir. 3-cü bəndə əsasən Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə kimi, bu müqavilənin 1-ci bəndində qeyd olunan ödəniş qrafikinə əsasən, rüblük olaraq, bərabər hissələrlə, qaytarıldığı tarixə X2 Bankının məzənnəsi ilə hesablanmaqla, 200000 (iki yüz min) ABŞ dollarına bərabər olan məbləğdə pulu ona qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdehlər ona söz vermişdir ki, aldıqları borcu müqavilədə göstərilən tarixdən də tez qaytaracaqlar, Lakin hal-hazırki vaxtadək borc qaytarılmamışdır. O, dəfələrlə cavabdehlərlə əlavə saxlayıb borcu qaytarmağı tələb etsə də, nəticəsiz olmuş və sonuncular borcu qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200.000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında notariat orqanında bağlanmış xx.xx.2019-cu il tarixli ** AQ ***2770 saylı borc müqaviləsinə əsasən 200.000 (iki yüz min) ABŞ dollarının ona qaytarılması 4 dəfə olmaqla, hər dəfə 50.000 (əlli min) ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. İddia məhkəməyə verilən tarixdə yalnız 3 dövr üçün ödəniş müddəti başa çatdığından cavabdehlərdən 150.000 (bir yüz əlli min) ABŞ dollarının qaytarılması tələb edilmişdir. Hal-hazırda cavabdehlər tərəfindən 4-cü ödənişin 50.000 (əlli min) ABŞ dollarının da ona qaytarılması müddəti bitmişdir. Beləliklə cavabdehlər ona 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul qaytarmalıdırlar. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200.000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclası zamanı Cavabdeh1 iddiaçıya 200.000 (iki yüz min) ABŞ dolları məbləğində borcunun olduğunu və qısa müddətdə qaytara bilmədiyini etiraf etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200.000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, o, iddiaçıya 200000 ABŞ dolları məbləğində pul qaytarmalıdır. Lakin onun bu borcu İddiaçılə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən yaranmamışdır. Həmin müqavilə sonradan formal olaraq bağlanmışdır. Belə ki, o və iddiaçı şərikli iş qurmaq qərarına gəlmiş, təxminən 2018-ci ilin oktyabr ayında iddiaçı ona iş qurmaq üçün pul vermişdir, lakin həmin iş baş tutmamış və onlar qazanc əldə edə bilməmişlər. Nəticədə o, iddiaçıya 200000 ABŞ məbləğində pul vəsaitini qaytarmalıdır. O, həmin pul məbləğini ödəməkdən yayınmır, lakin onun bu məbləği birdəfəyə qaytarmaq imkanı yoxdur. Pulu qaytara bilmədiyindən sonradan iddiaçının təkidi ilə xx.xx.2019-cu il tarixdə borc muqaviləsi bağlamışlar. Həmin borcun iddia ərizəsində göstərilən xx.xx.2019-cu il tarixli borc muqaviləsinə əsasən alınmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, onunla İddiaçı arasında hər hansı bir borc müqaviləsinin bağlanmadığını və iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmadığını göstərərək iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsinin tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər aşağıdakı şərtlər barədə müqavilə bağlamışlar: 1. Cavabdeh1, İddiaçı 13124000 (on üç milyon yüz iyirmi dörd min) rubl 00 qəpik məbləğində pulu, hansı ki, X2 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 200000 (iki yüz min) ABŞ dolları 00 sent məbləğinə bərabərdir, xx xxxxxx 2020-ci il tarixinə kimi aşağıdakı qaydada bərabər hissələrlə, rüblük olaraq, hər hesabat rübü ayının 27-dən gec olmamaqla, ******* (üç milyon iki yüz səksən bir min) rubl 00 qəpik məbləği, hansı ki, X2 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 50000 (əlli min) ABŞ dolları 00 sent məbləğinə bərabərdir, qaytarmaq şərtilə borc almış, 1-ci ödəniş - xx xxx 2019-cu il tarixindən gec olmamaqla, 2-ci ödəniş xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 3-cü ödəniş - xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 4-cü ödəniş - xx xxxxxx 2020-ci il tarixindən gec olmamaqla, müvafiq ödənişin qaytarıldığı tarixə X2 Bankının məzənnəsi ilə hesablanmaqla, 2. İddiaçı bu müqavilənin 1-ci bəndində qeyd olunan pulları həmin müqavilə imzalanmamışdan əvvəl Cavabdeh1 vermiş, 3. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə kimi, bu müqavilənin 1-ci bəndində qeyd olunan ödəniş qrafikinə əsasən, rüblük olaraq, bərabər ödənişlərlə, qaytarıldığı tarixə X2 Bankının məzənnəsi ilə hesablanmaqla, 200000 (iki yüz min) ABŞ dolları 00 sentə bərabər olan məbləğdə rublla olan pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüş, 4. Pulların qaytarılması pul vəsaitlərinin müvafiq məbləğinin borc verənə ötürüldüyü anda borc verənin bank hesabına həmin məbləğin daxil olduğu an, o cümlədən pul vəsaitlərinin müvafiq məbləğinin, borc verənin yaşayış yerinə göndərilən borc alanın yazılı ərizəsindən sonra borc verən tərəfindən təqdim ailəcək borc verənin bank hesabının açıldığı banka daxil olduğu an həyata keçirilməli, həmçinin tərəflərin razılığı ilə pulların qaytarılması nağd pul vəsaitləri formasında da həyata keçirilə bilər, bu hal borc verən tərəfindən borc alana verilən imzalı sənədlə təsdiq olunacaqdır. 5. Borc müqaviləsi Cavabdeh1 tərəfindən İddiaçı borc məbləği üçün faizlər ödənilmədən bağlanır. 6. Cavabdeh1 borc götürdüyü pulları qeyd olunan tarixdən əvvəl ödəyə, İddiaçı isə qəbul edə bilər. 7. Cavabdeh1 vaxtında borc götürdüyü pulları ödəməzsə, onda İddiaçı müqaviləni tutulma iddiası ilə təqdim edə bilər. 8. Borc məbləğinin qaytarılması gecikdirildikdə, Cavabdeh1 borc məbləğinin qaytarılmasının gecikdirilməsinə görə İddiaçı, Rusiya Federasiyası Mülki Məcəlləsinin 395-ci maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş miqdarda, borc məbləğinin ödənilməli olduğu gündən etibarən həmin məbləğ borc verənə qaytarılana kimi, Rusiya Federasiyası Mülki Məcəlləsinin 809-cu maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş faizlərin ödənişindən asılı olmayaraq, faizlə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçılə Cavabdeh1 arasında aparılmış “watsapp” yazışmalarının məzmunundan görünür ki, İddiaçı Cavabdeh1 israrla ondan aldığı pulu qaytarmasını tələb etmiş, Cavabdeh1 da ondan pul aldığını inkar etməyərək ona həmin pulu qaytarması üçün vaxt verməsini istəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçılə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsi bağlanmış və hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200.000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 aralarında bağlanmış borc müqaviləsinin formal olaraq bağlanmasına, 200000 ABŞ dolları məbləğində pul vəsaitinin şərikli iş qurmaq üçün iddiaçı tərəfindən həmin borc müqaviləsi bağlanmamışdan əvvəl ona verilməsinə, həmin işin baş tutmadığından qazanc əldə edə bilmədikləri üçün həmin pul məbləğini iddiaçıya qaytarmalı olduğuna istinad edərək, qeyd edilən 200000 ABŞ dolları məbləğində borcun iddia ərizəsində göstərilən xx.xx.2019-cu il tarixli borc muqaviləsinə əsasən alınmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 isə onunla İddiaçı arasında hər hansı bir borc müqaviləsinin bağlanmadığına, eləcə də iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmadığına istinad edərək iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (739.2) - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 izahatında iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin formal olaraq bağlanmasına, 200000 ABŞ dolları məbləğində pul vəsaitinin şərikli iş qurmaq üçün iddiaçı tərəfindən həmin borc müqaviləsi bağlanmamışdan əvvəl ona verilməsinə, həmin işin baş tutmadığından qazanc əldə edə bilmədikləri üçün həmin pul məbləğini iddiaçıya qaytarmalı olduğuna istinad edərək, qeyd edilən 200000 ABŞ dolları məbləğində borcun iddia ərizəsində göstərilən xx.xx.2019-cu il tarixli borc muqaviləsinə əsasən alınmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc muqaviləsi hazıradək onun tərəfindən mübahisələndirilməmiş və həmin müqavilə hazırda qüvvədədir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 iddianın rədd edilməsini xahiş etməsi ilə yanaşı, izahatında iddiaçıya 200000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmalı olduğunu, həmin pul məbləğini ödəməkdən yayınmadığını, lakin onun bu məbləği birdəfəyə qaytarmaq imkanının olmadığını göstərərək faktiki olaraq iddiaçıya 200000 ABŞ dolları məbləğində borcu olmasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 200000 ABŞ dolları məbləğində borcun ödənilməsini Cavabdeh1 münasibətdə tələb etməkdə haqlı olmuşdur. Odur ki, 200000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin həmçinin Cavabdeh2 qarşı irəli sürülməsinə münasibət bildirərək qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında bağlanmış müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq, iddiaçı ilə Cavabdeh2 arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətlərinin yaranmadığı qənaətinə gəlir və hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, iddia qismən təmin edildiyi üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 200.000 (iki yüz min) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsitutularaq İddiaçı ödənilməli, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 200.000 (iki yüz min) ABŞ dolları məbləğində borc pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsitutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar