Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-777/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 20030 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə təsərrüfat yaratmaqla birgə işləmiş və aralarında münasibət yaxşı olmuşdur. Cavabdeh 20.12.2018ci il tarixdə ondan 20.000 manat məbləğində borc pul götürmüş və bu barədə həmin tarixdə notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh Əliyeva X1 Ramin Vəli oğlundan 20.000 manat borc pul almasını və aldığı krediti 31.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü pulu öhdəsinə götürdüyü müddətdə qaytarmamışdır. O dəfələrə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaq istəməmiş və hətta həmin müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Sabuncu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş, eləcə də izahatında göstərmişdir ki, həqiqətən iddiaçı ilə cavabdehin ailəsinin biznes fəaliyyəti olmuşdur. Belə ki, torpaq sahəsində istixana quraşdırılmış, buna 60000 manat xərc çəkilmiş, həmin istixanadan məhsul almışlar və hazırda da işləyir. Sonradan torpağın analarına məxsus olmasını bəhanə gətirərək, iddiaçını ordan kənarlaşdırmışlar. 20000 manat isə bu biznes qurularkən cavabdehə şəxsən verilən pul olmuş, borc müqaviləsi şəklində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında 20.12.2018-ci il tarixdə bağlanan borc müqaviləsinə əsasən 20.000 manat məbləğində pulu iddiaçı ona ödəməyi, o isə, 31 dekabr 2020-ci il tarixədək həmin məbləği “borc verənə” hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, o, İddiaçı əvvəllər tanımamış, İddiaçı onun bacısı Əliyeva Səvale tanımış, bacısı ilə İddiaçı birgə biznes fəaliyyəti görmüş, anasına məxsus torpaqda istixana inşa etmişlər. Sonra həmin istixananı ona 30000 manata satmağı Ramin təklif etmiş, o, 10000 manat Raminə nağd şəkildə vermiş, 20000 manatın verilməsi isə notariusda müqavilə şəklində rəsmiləşdirilmiş, rəsmiləşdirilərkən 20000 manat nağd pul bacısının pulu olmuş, notariusun depozit hesabına qoyulmuş, sonra İddiaçı həmin pulu çıxardıb bacısına qaytarmışdır. Aralarında olan şifahi razılığa əsasən onun anasına məxsus torpaq sahəsində İddiaçı istixana qurmalı, daha sonra həmin istixanadan əldə olunacaq gəlirdən o, İddiaçı pulunu qaytarmalı olmuşdur. Bu məqsədlə, onunla İddiaçı arasında formal xarakterli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə, onlar arasında heç bir borc öhdəliyi olmamışdır. Həmin torpaq sahəsi sənədsiz olduğundan, onunla İddiaçı arasında alqı-satqı deyil, uydurma xarakter daşıyan borc (kredit) müqaviləsi bağlanmışdır. Daha sonra, o, istixananı işlədə bilməmiş, tərəflər arasında olan razılaşma pozulmuşdur. İddiaçı istixananın qurulmasına qoyduğu sərmayəni sübutlar təqdim etmək yolu məhkəmə qaydasında tələb edə bilər. Bu səbəbdən, tərəflər arasında bağlanmış 20.12.2018-ci il tarixli kredit müqaviləsi etibarsız hesab olunmalı idi. İstixananı aldıqdan bir neçə həftədən sonra o, İddiaçı istixananı qaytarmaq istədiyini və aralarında olan müqaviləni ləğv etmək istədiyini bildirmişdir. İddiaçı onun bu təklifini qəbul etməmiş, ona hədə-qorxu gəlmiş və onunla kobudcasına davranmışdır. Daha sonra, o, aralarında bağlanmış müqaviləyə xitam verildiyini zənn etmişdir. Belə ki, İddiaçı vəkili ona iddiaçının bacısının yoldaşı olduğunu, ona qarşı yanlış hərəkət etməyəcəyini demişdir. Lakin İddiaçı verdiyi vədlərin heç birinə əməl etməmişdir. Bu barədə onun yalnız 08.01.2021-ci il tarixli bildirişə əsasən məlumatı olmuşdur. Eyni zamanda qeyd edilən müqavilə bağlanarkən, İddiaçı onun savadsızlığından istifadə edərək müaviləni bağlamağa vadar etmişdir. Həmin müqavilə bağlanarkən, o, müqavilənin və imzaladığı sənədin məzmununu başa düşməmişdir. Ehtimal olunur ki, İddiaçı müqavilə bağlamazdan öncə, müqavilə bağlanan qurumun rəisini də ələ almışdır. O boşanmış və öz uşağını özü təkbaşına, min bir əzab əziyyətlə böyüdən bir xanım olaraq, İddiaçı onun vəziyyətini daha da, ağırlaşdıracaq şəkildə onu müqavilə bağlamasına vadar etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 nömrəli qətnaməsində qeyd olunur ki, 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı izahatında bildirmişdir ki, notariat ofisində 20.12.2018-ci il tarixli kredit müqaviləsinin bağlanması üçün notariusun bankda açılmış depozit hesabına pulu köçürməli olduğundan, iddiaçının bacısı X2 pul kartından 20 000 manat məbləğində pulu çıxarıb ona vermiş, kredit müqaviləsi bağlandıqdan sonra, o, həmin pulu iddiaçının bacısına geri qaytarmışdır. İddiaçı izahatından da göründüyü kimi, nəticədə 20 000 manat məbləğində pul Cavabdeh olmamışdır. Belə ki, müqaviləyə əsasən “Borcverən” (İddiaçı) 20 000 manat məbləğində pulu “Borc verənə” (Cavabdeh) notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir. Lakin İddiaçı izahatında da qeyd olunduğu kimi həmin pul məbləği Cavabdeh bacısı X2 tərəfindən İddiaçı verilmiş, kredit müqaviləsi bağlandıqdan sonra ona geri qaytarılmışdır. Qeyd olunan işlə bağlı, Bakı şəhəri 52 saylı notariat ofisinin 23.02.2021-ci il tarixli icra qeydinin kserosurətindən görünür ki, notarius tərəfindən icra qeydi verilmişdir və hal-hazırda Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icraatındadır. 26.02.20221-ci il tarixində icraata başlamaq haqqında icra məmurunun qərarı da vardır. Qeyd olunan iş Vasif adlı İcra məmurunun icraatındadır. Qeyd olunan iş, notarius tərəfindən icra qeydinin verilməsi və Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olmasını nəzərə alaraq, “borc tələbinə dair” iddia ərizəsinə xitam verilməsi labüddür. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş 20.12.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 20.000 manata məbləğində pulu notariusun banka açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. “Borc alan” Cavabdeh krediti 31.12.2020-ci il tarixədək İddiaçı hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisinin 23.02.2021-ci il tarixli icra qeydinin kserosurətindən görünür ki, tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 20.000 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(009)-1855/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(103)- 10208/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(009)-1855/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, baxılan iş üzrə icra sənədi sayılan 52 saylı notariat ofisinin 23.02.2021-ci il tarixli icra qeydi vardır ki, həmin icra qeydi üzrə borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə müddət üçün vaxtında ödənilməmiş 20.000 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. İş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat yoxdur. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hazırki tələblə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. İş materiallarında olan Səbail rayon İcra şöbəsinin icra məmuru V. Həsənlinin icra sənədinin qaytarılması haqqında 19.01.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8İ-1340 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinin 52 saylı Notariat Kontoruna qaytarılması qərara alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Vəkil sorğusuna 12.08.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı cavab məktubundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsi 22.07.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 20.12.2018-ci il tarixdə 31.12.2020-ci il tarixədək hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozaraq 31.12.2020-ci il tarixədək götürmüş pulu iddiaçıya ödəməmiş və bununla da müqavilənin şərtini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə 22.07.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə 20000 manat məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-777/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-777/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver