Məhkəmə qərarları › İş №2(009)-801/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-801/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-801/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasının əsası kimi DünyaGöz Xəstəxanasında çalışan türk aftolmoloq Dorukan Akıncı tərəfindən gözündə aparılan əməliyyatın nəticə verməməsini və görmə qabiliyyətini itirməsini göstərmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh MMC-ni göstərsə də, uğursuz əməliyyat üçün ödədiyi vəsaitin həm Cavabdeh MMC, həmdə həmin xəstəxanada çalışan və əməliyyatı icra etmiş türk aftolmoloq Dorukan Akıncıdan müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin əməliyyatı icra etmiş həkimi cavabdeh qismində iddia ərizəsində göstərməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına da riayət edilməmişdir. Belə ki, iddiaçı yalnız Türkiyə Sağlamlıq Bakanlığına uğursuz əməliyyatla bağlı müraciət etməsinə dair sübutları ərizəyə əlavə etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, əməliyyat Azərbaycan Respublikasında icra edildiyi üçün, Azərbaycanda fəaliyyət göstərən DüynaGöz xəstəxanası ölkədən xaricdə fəaliyyətinin və qiymətləndirmə öhdəliyi Azərbaycandan kənarda mövcud olmadığı üçün ona təzminat tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı müqavilə əsasında göz əməliyyatını icra edən DünyaGöz xəstəxanasına ödədiyi pulun geri qaytarılması ilə əlaqədar müraciət etməsi və onun müraciətinə hər hansı cavab verilməsi ilə bağlı sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən və iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.4, 151.1, 152.1.5, və 152.1.6 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar