Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-809/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, 20-Y-2-0-891-22 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 2000 manat kredit götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli, 3-Y-1-0- 56-22 nömrəli kredit müqaviləsinə əsasən "Yelo Bank” ASC-dən illik 20 faizlə 36 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il oktyabrın 3-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli, 20-Y-2- 0-891-22 nömrəli kredit müqaviləsi üzrə 1999.84 manat əsas borc, 218.35 manat faiz borcu, 1050,42 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-сü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 35.55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3304.16 manat borcu vardır. Cavabdeh Məmmep oğlunun xx.xx.2022-ci il tarixli 20-Y-2-0-891-22 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1050,42 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 525.21 manat məbləğində tələb olunur. 2024-cü il oktyabrın 3-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli, 3-Y-1-0-56-22 nömrəli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borc, 174,43 manat faiz borcu ve 346,94 manat cərimə borcu olmaqla, ümumilikdə сəmi 2370,75 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli 3-Y-1-0-56-22 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 346,94 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 173,47 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 20-Y-2-0-891-22 nömrəli kredit müqaviləsi üzrə 1999,84 manat əsas borc, 218,35 manat faiz borcu və 525,21 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 35.55 manat məbləğində elpeu çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2778,95 manat, xx.xx.2022-ci il tarixli, 3-Y-1-0-56-22 nömrəli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borc, 174,43 manat faiz borcu, 173,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2197,28 manat borcun və 69,76 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdehlər tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh oğluna illik 25% dərəcəsi olmaq şərti ilə, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh oğluna illik 20% dərəcəsi olmaq şərti ilə, 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1999,84 manat əsas borc, 218,35 manat faiz borcu, 1050,42 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-сü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 35,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3304,16 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 20-Y-2-0-891-22 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1050.42 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 525.21 manat məbləğində tələb olunur. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borc, 174,43 manat faiz borcu, 346,94 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2370,75 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 3-Y-1-0-56-22 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 346.94 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 173.47 manat məbləğində tələb olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən iddia tələbi cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1999,84 manat əsas borcun, 218,35 manat faiz borcunun, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-сü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 35,55 manat məbləğində əldən çıxmış faydanın, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borcun, 174,43 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və həmin hissələrdə təmin edilməlidir. Məhkəmə cavabdehdən kredit müqavilələri üzrə yaranmış cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hesablanmış cərimənin ödənilməmiş qalmış borca və hesablanmış faizə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu 150 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 70 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1999,84 manat əsas borc, 218,35 manat faiz borcu, 150 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-сü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 35,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2403,74 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borc, 174,43 manat faiz borcu və 70 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2093,81 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən təmin olunmuş tələbə mütənasib olaraq 65 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin qismən edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1999,84 manat əsas borc, 218,35 manat faiz borcu, 150 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-сü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 35,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, həmiçinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1849,38 manat əsas borc, 174,43 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 manat, ümumilikdə cəmi 4562,55 (dörd min beş yüz altımış iki manat, əlli beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-809/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-809/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver