Məhkəmə qərarları › İş №2(009)-811/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-811/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-811/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh MMC-yə ( X3 3-cü şəxs qismində göstərilməklə) qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 02 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh MMC-yə (X3 3-cü şəxs qismində göstərilməklə) qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1070 manat dəymiş zərərin əvəzinin və 31 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BMW X6 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. 24 yanvar 2024-cü iul tarixdə saat 14:20 radələrində ayıq sürücü xidməti göstərən Cavabdeh MMC-yə müraciət etmişdir. Orada ayıq sürücü işləyən, əvvəllər tanımadığı X3 şirkət tərəfindən təyin edilərək göndərildi və iddiaçı avtomaşını onun iştirakı ilə idarə etmək üçün sürücüyə verdi. Hərəkətdə olarkən sürücü yol hərəkəti haqqında qanunun tələbini pozaraq, yol-nəqliyyat hadisəsi törətmişdir, nəticədə avtomaşına ziyan dəymişdir. Sürücü barəsində TP seriyalı ******* nömrəli inzibat tənbeh vermə haqqında qərar qəbul edilərək, 40 manat məbləğində cərimə edilmişdir. “Avto klub” servis tərəfindən avtomaşına dəyən zərərin məbləği 1070 manat müəyyən edilmişdir. Cavabdehə 1070 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı müraciət edilsə də, imtina edilmişdir.. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Avto klub” servis tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktıdan görünür ki, BMW X6 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1070 manat təşkil edir. Cavabdeh MMC ilə X3 arasında bağlanmış “Ayıq sürücü sifarişləri” haqqında xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, MMC (Vasitəçi) Ə.Şahbazova (İcraçı) ayıq sürücü sifarişlərini təchiz etməyi, Ə.Şahbazov isə öz növbəsində təqdim edilmiş sifariş şərtlərini qəbul edərək, bu şərtlər əsasında müştərilər üçün sərnişin daşıma və ayıq sürücü xidmətlərini təqdim etməyi, bu xidmətlərin müqabilində ödənilmiş xidmətlərin dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada, müddətlərdə və şərtlərlə müştəridən qəbul edərək vasitəçiyə xidmət haqqı hissəsini təqdim etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ayıq sürücü xidmətindən istifadə etmək üçün cavabdeh şirkətə müraciət etmiş, cavabdeh isə X1 kimi təyin etmişdir. Ə.Şahbazov iddiaçıya məxsus avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və polisin qərarı ilə təqsirli hesab edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3450 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 2009-cu il buraxılışlı BMW X6 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 470 manat məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7174 №-li rəyinə əsasən, təkrar eskpert tədqiqatının nəticəsində iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktında 2009-cu il buraxılışlı BMW X6 minik markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 640 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 470 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş əmlakın ziyanı üçün birbaşa çəkilməli olan 640 manat pul vəsaiti Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə məhz bu məbləği əsas götürərkən onu da nəzərə alır ki, ekspertin istinad etdiyi və iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda "xxxx" MMC tərəfindən tərtib olunmuş aktdan fərqli olaraq avtomobilin arxa sağ diskinin təmiri və rənglənməsi nəzərə alınmamışdır. Halbuki iş materiallarında olan avtomobilin yol-nəqliyyat hadisəsindən sonrakı vəziyyətini əks etdirən fotoşəkildən görünür ki, avtomobilin arxa sağ diski də zərər görmüşdür. Beləliklə, 3-cü şəxs X3 Cavabdeh MMC-də müqavilə əsasında çalışdığından və hüquqi şəxsin tapşırığı ilə işlərin görülməsi zamanı yol-nəqliyyat hadisəsi törətdiyindən dəymiş zərər həmin hüquqi şəxs olan Cavabdeh MMC-yə aid edilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar 31 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 640 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ**********0000003944, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ******************** 4 S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar