Məhkəmə qərarları › İş №2(009)-815/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-815/2022

22.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-815/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndə və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikilinin sökülməsi və ərazinin tullantılardan təmizlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gedən yeganə yolun keçdiyi ümumi həyətin girişinin üzərindən, bütün həyət boyunca cavabdehlər tərəfindən bərkidilmiş paltar iplərinin sökülərək həyətdən yığışdırılması və bir daha bu cür halların təkrar edilməməsi öhdəliklərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin iştirak etdiyi mülki işlər bir-birilə əlaqədar olduğundan, bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və bu səbəbdən həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 169.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyriyaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş bir icraatda birləşdirilsin. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar