Məhkəmə qərarları › İş №2(009)-819/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-819/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-819/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləginin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyul 2005-ci il təvəllüdlü X6, 08 may 2007-ci il təvəllüdlü X9 və 24 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay hər uşağa görə 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya prossesi üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladlarının onun yanında saxlanılması və Cavabdeh 18 yanvar 2021-ci il tarixdən başlayaraq, 06 iyul 2005-ci il təvəllüdlü X6, 08 may 2007-ci il təvəllüdlü X9 və 24 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 2(009)-179/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 19 sentyabr 2004-cü il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X4 anaları X1 yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1981-ci ildə Rusiya Federasiyası, İrkutsk şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 14, mən.34 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 918461 nömrəli, 17 may 2007-ci il tarixli, AZ-İİİ 192888 nömrəli, 08 yanvar 2014-cü il tarixli və AZ-İ 617446, 12 iyul 2005-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından üç uşaqları var: xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X11. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 06 iyul 2005-ci il təvəllüdlü X11, 08 may 2007-ci il təvəllüdlü X12 və 24 dekabr 2013-cü il təvəllüdlü X10 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Məhkəmə iddia tələbinin “ümumilikdə 50 (əlli) manat rüsum xərcinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, xidmət haqqı olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-179/2021 saylı 18 yanvar 2021-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 06 iyul 2005-ci il təvəllüdlü X6, 08 may 2007-ci il təvəllüdlü X9 və 24 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və mediasiya ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-179/2021 saylı 18 yanvar 2021-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 06 iyul 2005ci il təvəllüdlü X6, 08 may 2007-ci il təvəllüdlü X9 və 24 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və mediasiya ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar