Məhkəmə qərarları › İş №2(009)-820/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-820/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-820/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********24970 olan “Samsung Galaxy A50” markalı telefon və İMEİ kodu **********71195 olan “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 482 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 600 manat (6 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********24970 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 110 manat olmaqla, ondan 100 manat ödənilməmiş məbləğ, 30 manat (1 manat x 30 günə) cərimə hesablanmalı olmasına baxmayaraq 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 490 manat (6 ay x 68 manat + 82 manat ilkin ödəniş) olan İMEİ kodu **********71195 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 372 manat olmaqla, ondan 339 manat ödənilməmiş məbləğ, 102 manat (0,68 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, 33 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 651 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung Galaxy A50” markalı telefon üçün 100 manat əsas borc, 10 manat cərimə, “Samsung Galaxy A20s” markalı telefon üçün 339 manat əsas borc, 33 manat cərimə, ümumilikdə 482 manat borc, 20 manat dövlət rüsumu, cəmi 502 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A50” markalı mobil telefonu 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 100 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 600 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A20s” markalı mobil telefonu 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 68 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 490 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 339 manat əsas, 33 manat cərimə, cəmi 372 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 600 manat olan “Samsung Galaxy A50” markalı mobil telefon və alqı-satqı qiyməti 490 manat olan “Samsung Galaxy A20s” markalı mobil telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 100 manat əsas borc, 10 manat cərimə, xx.xx.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 339 manat əsas borc, 33 manat cərimə, cəmi 372 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə yaranmış 100 manat borc, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə yaranmış 339 manat borc, 33 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 502 (beş yüz iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar