Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-848/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X.X.Xıdırzadənin iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% ödənilmək şərti ilə 30.000 manat məbləğində istehlak mallarının alınması üçün ayrılmışdır. xx.xx.2015-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2015-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. xx.xx.2016-cı il tarixli 2 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2016-cı il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. xx.xx.2016-cı il tarixli 3 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 4 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. xx.xx.2018-ci il tarixli 4 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 kredit müqaviləsi üzrə ödənişlər 5 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2018-ci il, sonuncu ödəniş isə xx.xx.2020-ci il tarixdən gec olmayaraq həyata keçirilir, eyni zamanda Borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 27.000 manat təşkil edir. Borcalan istifadə etdiyi kreditə kreditora illik 14% ödəyir. xx.xx.2020-ci il tarixli 5 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 6 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2020-ci il, sonuncu ödəniş isə xx.xx.2022-ci il tarixdən gec olmayaraq həyata keçirilir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 14% ödənilmək şərtilə 50.000 manat məbləğində kredit xətti istehlak mallarının alınması üçün ayrılmışdır. xx.xx.2017-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilir, eyni zamanda borcalan istifadə etdiyi kreditə görə kreditora illik 18% ödəyir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən cavabdehə 10 ay müddətinə, illik 29% ödənilmək şərti ilə 81.000 Avro məbləğində kredit xətti açılmışdır. xx.xx.2017-ci il tarixli 4 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən kredit xəttinin müddəti xx.xx.2018-ci il tarixli 5 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən istifadəçinin xeyrinə 71.000 Avro məbləğində kredit xəttinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılır. xx.xx.2019-cu il tarixli 6 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən istifadəçinin xeyrinə 71.000 Avro məbləğində kredit xəttinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18% ödənilmək şərtilə 6000 manat məbləğində vəsaiti kredit və kredit xətti ödənilməsi üçün ayrılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 14% ödənilmək şərtilə 57000 manat məbləğində vəsaiti kredit və kredit xətti ödənilməsi üçün ayrılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 (on beş) gün müddətinə, illik 7% ödənilmək şərtilə 25000 ABŞ dolları məbləğində vəsaiti müalicə məqsədləri üçün ayrılmışdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməmiş 25.626 manat əsas, 2760,39 manat faiz borcu olmaqla, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 28386,39 manat; xx.xx.2015-ci il tarixli, 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməmiş 0 manat əsas, 830,22 manat faiz, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 830,22 manat; xx.xx.2017-ci il tarixli, 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilə üzrə xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 70.997 Avro əsas, 8523 Avro faiz, 0 Avro manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 Avro faiz borcu olmaqla, cəmi 79520 Avro; xx.xx.2018-ci il tarixli, 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməmiş 1813,66 manat əsas. 110,47 manat faiz, 65,34 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu, cəmi 1989,47 manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka ödənilməmiş 55393 manat əsas, 4652,22 manat faiz, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 60.045,22 manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 25.000 ABŞ dolları əsas, 214 ABŞ dolları faiz, 2421 ABŞ dolları gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 861 ABŞ dolları faiz borcu olmaqla, cəmi 28.496 ABŞ dolları borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə 25.626 manat əsas, 2760,39 manat faiz borcu olmaqla, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 28.386,39 manat; xx.xx.2015-ci il tarixli, 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə 0 manat əsas, 830,22 manat faiz, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 830,22 manat; xx.xx.2017-ci il tarixli, 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilə üzrə 70.997 Avro əsas, 8523 Avro faiz, 0 Avro manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 Avro faiz borcu olmaqla, cəmi 79.520 Avro; xx.xx.2018-ci il tarixli, 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsi üzrə 1813,66 manat əsas. 110,47 manat faiz, 65,34 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu, cəmi 1.989,47 manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsi üzrə 55393 manat əsas, 4652,22 manat faiz, 0 manat gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 manat faiz borcu olmaqla, cəmi 60.045,22 manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsi üzrə 25.000 ABŞ dolları əsas, 214 ABŞ dolları faiz, 2421 ABŞ dolları gecikdirməyə görə cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 861 ABŞ dolları faiz borcu olmaqla, cəmi 28.496 ABŞ dolları məbləğində kredit borclarının və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 14% ödəmək şərtilə 30.000 manat məbləğində kredit verilmişdir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə 1 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır, birinci ödəniş xx.xx.2015-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə 2 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2016-cı il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə 3 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 4 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə 4 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır, Kreditor Borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 27.000 manat təşkil edir, Borcalan istifadə etdiyi kreditə kreditora illik 14% ödəyir, xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 kredit müqaviləsi üzrə ödənişlər 5 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2018-ci il, sonuncu ödəniş isə xx.xx.2020-ci il tarixdən gec olmayaraq həyata keçirilir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə 5 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır, Kreditor Borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 25.626 manat təşkil edir, Borcalan istifadə etdiyi kreditə kreditora illik 14% ödəyir, xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 kredit müqaviləsi üzrə ödənişlər 6 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx.xx.2020-ci il, sonuncu ödəniş isə xx.xx.2022-ci il tarixdən gec olmayaraq həyata keçirilir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 25.626 manat əsas, müqavilə müddəti üçün hesablanmış 2.760,39 manat faiz, cəmi 28.386.39 manat borcu var. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 14% ödəmək şərtilə 50.000 manat məbləğində kredit verilmişdir. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsinə 1 No-li Əlavə razılığına əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır, birinci ödəniş xx.xx.2017-ci il, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilir, eyni zamanda Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 18%ödəyir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə müqavilə müddəti üçün hesablanmış 830,22 manat faiz, cəmi 830,22 manat borcu var. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 10 ay müddətinə, illik 29% ödəmək şərtilə 81.000 Avro məbləğində kredit xətti açılmışdır. İş üzrə «Bank» qismində «xxxx» ASC ilə digər tərəfdən «İstifadəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 2 No-li Əlavə razılığına əsasən Bankla İstifadəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək açılan kredit xəttinin məbləği 81.000 Avro təşkil edir, İstifadəçi kredit kart vasitəsi ilə çıxarılmış nağd vəsaiti məbləğindən 1,00 % ölçüsündə komissiya ödəyir. İş üzrə «Bank» qismində «xxxx» ASC ilə digər tərəfdən «İstifadəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 3 No-li Əlavə razılığına əsasən İstifadəçi kredit kart vasitəsi ilə çıxarılmış nağd vəsaiti məbləğindən 1,00 % ölçüsündə komissiya ödəyir. İş üzrə «Bank» qismində «xxxx» ASC ilə digər tərəfdən «İstifadəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 4 No-li Əlavə razılığına əsasən Bankla İstifadəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən kredit xəttinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılır. İş üzrə «Bank» qismində «xxxx» ASC ilə digər tərəfdən «İstifadəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 5 No-li Əlavə razılığına əsasən Bankla İstifadəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən İstifadəçinin xeyrinə 71.000 Avro məbləğində kredit xəttinin müddətini xx.xx.2019-cu il tarixədək uzadılır. İş üzrə «Bank» qismində «xxxx» ASC ilə digər tərəfdən «İstifadəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 6 No-li Əlavə razılığına əsasən Bankla İstifadəçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100.LN.1104.260115.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən İstifadəçinin xeyrinə 71.000 Avro məbləğində kredit xəttinin müddətini xx.xx.2020-ci il tarixədək uzadılır. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 70.997 Avro əsas, müqavilə müddəti üçün hesablanmış 8523 Avro faiz, cəmi 79.520 Avro borcu var. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% ödəmək şərtilə 6.000 manat məbləğində kredit verilmişdir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1813,66 manat əsas, müqavilə müddəti üçün hesablanmış 110,47 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 65,34 manat cərimə, cəmi 1989,47 manat borcu var. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 14% ödəmək şərtilə 54.000 manat məbləğində kredit verilmişdir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 55393 manat əsas, müqavilə müddəti üçün hesablanmış 4652,22 manat faiz, cəmi 60045,22 manat borcu var. İş üzrə «Kreditor» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 15 gün müddətinə, illik 7% ödəmək şərtilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 25.000 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 214 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 2.421 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 861 ABŞ dolları borc, cəmi 28.496 ABŞ dolları borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müxtəlif vaxtlarda, müxtəlif şərtlərlə 6 kredit müqaviləsi bağlanılmış və həmin kredit müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 14% ödəmək şərtilə 30.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2020-ci il tarixə 25.626 manat əsas, 2760,39 manat faiz, cəmi 28.386,39 manat borcu yaranmışdır. xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 14% ödəmək şərtilə 50.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün xx.xx.2020ci il tarixə 830,22 manat faiz borcu yaranmışdır. xx xxxxxx 2017-ci il tarixli kredit kartların əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən bank tərəfindən cavabdehə 10 ay müddətinə, illik 29% ödəmək şərtilə 81.000 Avro məbləğində kredit xətti açılmışdır və həmin müqavilə üzrə cavabdehin öhdəlikləri lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2020-ci il tarixə 70.997 Avro əsas, 8523 Avro faiz, cəmi 79520 Avro borcu yaranmışdır. xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərtilə 6.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2020ci il tarixə 1813,66 manat əsas, 110,47 manat faiz, 65,34 manat cərimə, cəmi 1989,47 manat borcu yaranmışdır. xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 14% ödəmək şərtilə 57.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2020-ci il tarixə 55.393 manat əsas, 4652,22 manat faiz, cəmi 60.045,22 manat borcu yaranmışdır. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 15 gün müddətinə, illik 7% ödəmək şərtilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2020-ci il tarixə 25.000 ABŞ dolları əsas, 214 ABŞ dolları faiz, 2421 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 861 ABŞ dolları borc, cəmi 28.496 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqavilələri üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqavilələri üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqavilələri üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2421 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 125 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% faiz dərəcəsi olmaqla 861 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 861 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 25.626 manat əsas, 2760,39 manat faiz, cəmi 28.386,39 manat;xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu kimi 830,22 manat; xx.xx.2017-ci il tarixli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsi üzrə 70.997 Avro əsas, 8.523 Avro faiz, cəmi 79.520 Avro; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1813,66 manat əsas, 110,47 manat faiz, 65,34 manat cərimə, cəmi 1989,47 manat; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 55.393 manat əsas, 4652,22 manat faiz, cəmi 60.045,22 manat; xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 25.000 ABŞ dolları əsas, 214 ABŞ dolları faiz, 125 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesabı ilə 861 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və Avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 100.LN.1104.260115.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 25.626 manat əsas borc, 2.760,39 manat faiz borcu, cəmi 28.386,39 (iyirmi səkkiz min üç yüz səksən altı manat otuz doqquz qəpik) manat; xx.xx.2015-ci il tarixli 100.LN.1104.010715.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 830,22 manat faiz borcu, cəmi 830,22 (səkkiz yüz otuz manat iyirmi iki qəpik) manat; xx.xx.2017-ci il tarixli 100.PC.3104.130217.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 70.997 Avro əsas borc, 8523 Avro faiz borcu, cəmi 79.520 (yetmiş doqquz min beş yüz iyirmi) Avro məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, xx.xx.2018-ci il tarixli 100.LN.1102.010218.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 1.813,66 manat əsas borc, 110,47 manat faiz borcu, 65,34 manat cərimə, cəmi 1.989,47 (bir min doqquz yüz səksən doqquz manat qırx yeddi qəpik) manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.190619.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 55.393 manat əsas borc, 4652,22 manat faiz borcu, cəmi 60.045,22 (altmış min qırx beş manat iyirmi iki qəpik) manat; xx.xx.2019-cu il tarixli 100.LN.1104.161219.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 25.000 ABŞ dolları əsas borc, 214 ABŞ dolları faiz borcu, 125 ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 861 ABŞ dolları borcu, cəmi 26200 (iyirmi altı min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-848/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-848/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver