Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-853/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə X1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: X2, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AR MPM-nin 36-cı madəsinə əsasən iddiaçının seçim aidiyyətinə görə verilən tələblərin siyahısı göstərilmişdir. Hakim qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş tələb AR MPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş tələblər sırasına daxil olmadığı üçün, iddiaçılar hazırki tələblə seçim aidiyyəti üzrə öz qeydiyyatda olduqları yer üzrə məhkəməyə müraciət edə bilməzlər. İddia ərizəsindən də göründüyü kimi cavabdehin ünvanı Binəqədi rayonu, Mircəlal küçəsi, ev 127, mənzil 113 kimi göstərilmişdir. Belə olan halda iddia ərizəsi iddiaçıların qeydiyyatı üzrə deyil, cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməlidir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb konkret deyil. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi iddiaçılar iddia ərizəsində irəli sürdüyü tələbini göstərməlidir. Yəni bu tələb konkret olmalıdır. İddiaçılar isə iddia ərizəsində cavabdehin qanunazidd hərəkətləri nəticəsində yaranmış maneələrin aradan qaldırılması öhdəliyinin onun üzərinə qoyulması ilə bağlı tələb irəli sürsə də, həmin maneənin nədən ibarət olması, cavabdehin üzərinə hansı maneənin aradan qaldırılması öhdəliyin qoyulması konkret göstərməmişlər. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması və AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır . AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən nöqsanı aradan qaldırıb yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: X1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi iddiaçılara geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-853/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-853/2021
22.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver