Məhkəmə qərarları › İş №2(009)-855/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-855/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-855/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətində olan "Toyota Corolla" minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1230 manat məbləğində maddi zərərin, ona faktiki fəalliyyətsiz qaldığı 10 gün müddətdə dəymiş ziyana uyğun 500 manat və 37.3 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ona məxsus "Toyota Corolla" markalı, 77UJ277 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Nissan Maxima" markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə maddi ziyan vurmuşdur. Avtomobilə dəymiş ziyan çox olsa da cavabdeh tərəfindən 460 AZN ziyan müəyyən edilmişdir. Lakin bu məbləğlə razı deyil. Hazırda avtomobilinə müəyyən edilmiş ziyan aktına əsasən cəmi 1230 AZN ziyan dəymişdir. Eyni zamanda bildirir ki, hazırda taksi fəalliyyəti ilə məşğuldur. Hadisənin baş verməsi səbəbindən o, 10 gündən artıq bir müddətdə taksi fəalliyyəti ilə məşğul ola bilməmişdir. Bu isə ona əlavə xərclərə səbəb olmuşdur. Gündəlik 50 manatdan çox pul qazansa da bu qazancını cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində o, qazana bilməmişdir. Bunun nəticəsində də ona 500 manat ziyan dəymişdir. Bundan əlavə isə hazırda avtomobilin təmiri ilə bağlı cavabdeh avtomobili 10 gündən artıq müddətdə təmir edəcəyini bildirsə də bu özü də ona maddi ziyan verəcəkdir. Bundan əlavə isə bu müddətin 10 gün olacağı da ona məlum deyildir. Lakin avtomobilinə ziyan vuran şəxsin avtomobilin sığortalı olduğu hazırki iş üzrə cavabdeh "xxxx" ASC dəymiş ziyanı tam şəkildə ödəməkdən imtina edir. Hazırki mərhələdə onun tələb etdiyi məhz dəymiş olan ziyan və ziyanın bərpası üçün çəkilmiş həqiqi olan xərcdən ibarətdir. Qeyd olunanlara görə də o da maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Etirazın dəlilləri: iddia əsassız olduğu üçün təmin edilə bilməz. İş materiallarına əsasən, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Sığorta Şirkətində sığorta olunan ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil, iddiaçıya məxsus "Toyota Corolla" markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən nəqliyyat vasitəsinin təmirbərpa xərcləri 460 manat müəyyən olunmuşdur. İddiaçının sığortaçının müəyyən etdiyi zərər məbləği ilə razılaşmadığı təqdirdə qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi təklif edilmişdir. İddiaçı sığortaçının müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh "xxxx" Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. "İcbari sığortalar" haqqında AR Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya "Sığorta fəaliyyəti haqqında" AR Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Bundan sonra iddiaçı sığortaçı ilə razılaşdırmadan nəqliyyat vasitəsinin qiymətləndirməsini başqa bir müəssisədə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dəymiş zərərin qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməli və yaxud, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, tərəflər arasında qarşılıqlı razılaşma əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı idi. Hesab edirlər ki, nəqliyyat vasitəsi yuxarıda qeyd olunmuş qanunvericiliyin tələbləri nəzərə alınmadan başqa bir müəssisə tərəfindən qiymətləndirildiyinə görə həmin müəssisə tərəfindən tərtib olunmuş qüsur aktı sübut kimi qəbul edilməməlidir. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının təqdim etdiyi qüsur aktındakı məbləğ arasında əhəmiyyətli rəqəm fərqləri mövcuddur. Hesab edirlər ki, hazırkı iddia ilə iddiaçı cavabdehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. Hesab edirlər ki, iddiaçının dəyən zərərlə bağlı 2821 manat sığorta ödənişinin əlavə olaraq 1000 manat mənəvi ziyanın tələb etməsi əsassızdır. Belə ki, həm cavabdeh tərəfindən zərərin məbləği müəyyən edilsə də, iddiaçı zərər məbləği ilə razılaşmamış, zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. Bu halda isə iddiaçı zərər məbləği ilə razılaşmadığı üçün sığorta ödənişinin verilməsi mümkün olmamışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 06 noyabr 2024-cü il tarixli, PAT********** nömrəli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı məxsus sığorta dəyəri 5000 AZN olan Toyota Corolla minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış və faydalanan şəxs sığortalı müəyyən edilmişdir. - ORM MMC-nin qüsur aktından görünür ki, “Toyota Corolla” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 1230 AZN manat müəyyən edilmişdir. - Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı ünvanladığı 26 noyabr 2024-cü il tarixli, 1110 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, sahibinin mülki məsuliyyəti "xxxx" Sığorta şirkətində icbari sığortalanmış sizə məxsus "Toyota Corolla" markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2024-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı "Nissan Maxima" markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və mülkünüzə maddi zərər vurmuşdur. (İş № 232727) Bildiririk ki, Sizə məxsus olan avtomobilə dəymiş zərər mütəxəssislərimiz tərəfindən araşdırılmış və avtomobilinizə dəymiş zərər məbləği 460 AZN (dörd yüz altmış manat) müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti müəyyən edilmiş zərər məbləğini seçiminizə əsasən sizə ödəməyə və ya avtomobilinizin təmirini təşkil etməyə hazırdır. Avtomobilin təmiri ilə razı olduğunuz halda hazırkı məktubu aldıqdan 2 iş günü ərzində avtomobili Bakı şəh., Nizami rayon, F.Maqsudov 20 ünvanında yerləşən Avto Universal servis mərkəzinə təqdim etməyiniz xahiş olunur. (əlaqə üçün məsul şəxs: *** *** ** **). 2 Müəyyən edilmiş zərər məbləğinin Sizə ödənilməsi ilə razı olduğunuz halda bu məktubu aldıqdan iş günü ərzində "xxxx" Sığorta şirkətinin qaynar xətti ilə (012 940) əlaqə saxlayaraq, bizi məlumatlandırmanız xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, "xxxx" Sığorta Şirkəti Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. - 27 may 2025-ci il tarixli, CVN/M 53-146/25 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “X1 Hibrid” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) məbləği 1230 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan iddiaçıya məxsus “Toyota Corolla” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 09 noyabr 2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. İddiaçı tərəf sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləğinin 1230 manat olmasını iddia edir, cavabdeh şirkətin mütəxəssisləri tərəfindən avtomobilə dəymiş zərərin məbləği 460 AZN manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış iddiaçıya məxsus olan avtomobilin digər avtomobillə toqquşması nəticəsində avtomobilə zərər vurulması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə tələb olunan sığorta ödənişinin yüksək məbləğ olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göründüyü kimi qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(009)-855/2025 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2025-ci il tarixli, CVN/M 53-146/25 nömrəli rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “X1 Hibrid” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələrin (detalların) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) məbləği 1230 manat təşkil edir. Məhkəmə dəymiş zərərin 1230 (bir min iki yüz otuz) manat həcmində müəyyən olunmasına dair mütəxəssis rəyini, mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 1230 (bir min iki yüz otuz) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın “faktiki fəalliyyətsiz qaldığı 10 gün müddətdə dəymiş ziyana uyğun 500 manat” tələbinə dair hissəsi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddianın həmin hissədə təmin edilməsini mümkün hesab etmir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərci iş üzrə ödənilmiş 37.30 manat dövlət rüsumu və təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1230 (bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32,30 (otuz iki manat otuz qəpik) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bank VÖEN: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************; Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) köçürülməlidir. "xxxx" MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1230 (bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32,30 (otuz iki manat otuz qəpik) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bank VÖEN: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************; Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar