Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-863/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 2018-ci il tarixdə ailə həyatı quraraq faktiki nikaha girmişdir. Cavabdehlə faktiki nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X14 adlı uşaqları var. Səbail rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddia tələbi təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2019-cu il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh Rza oğlundan tutularaq ona ödənilməsi öhdəliyi yaranmışdır. Sözügedən məhkəmə qətnaməsi əsasında faktiki nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədir, onların gündəlik məişət xarakterli tələbatlarını o, təmin edir və onlara o, baxır, övladlarının bütün qayğısını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Övladları ilə qətiyyən maraqlanmır. Hal-hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. Həmçinin bildirmək istəyir ki, mərhum atası X18 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatmamazlıq” xəstəliyindən vəfat etmişdir. Ailədə iki əkiz övladlarından əlavə yaşlı anası da onun himayəsindədir. Övladlarının səhhəti ilə əlaqədar müalicəsi üçün Türkiyəyə getmək məcburiyyətində idi. Cavabdeh övladlarını xaricə aparmaqdan ötrü razılıq ərizəsi lazım idi. Əvvəlcədən razılaşdığına görə o, biletləri almışdır. Sonra nədənsə fikrini dəyişib razılıq vermədi və onun ucbatından övladlarının həm səhhətinə görə, həm də uçuş biletlərinə görə nə qədər maddi ziyana düşmüşdür. Bununla bağlı cavabdehin iş yerinə gedib tələbini deyərkən üzərinə katibəsi hücum etmişdir. Uzun dırnaqları ilə əlini, üz gözünü cırmaqlamışdır. Bununla kifayətlənməyərək hələ üstəlik kimi onu küçə söyüşləri ilə təhqir də etmişdir. O, əlbəttə ki, bu təhqiri qəbul etməyərək ona cavab verməli olmuşdur. O, kimdir ki, onu uşaqlarının atası ilə görüşməyə qoymur. Dərhal 102 Polis Bölməsinə zəng vuraraq ondan şikayət etmişdir. Bununla bağlı PB-də ondan 50 manat inzibati cərimə məbləği tutmuşlar. Sonradan məlum olmuşdur ki, Cavabdeh öz birinci yoldaşından əlavə katibəsi ilə də yaxın münasibətdədir. Bunu cavabdehin özü PB-də söyləyərək təsdiq edib. Cavabdeh ondan öncə də ailəli olub. Birgə nikahlarından iki övladları vardır. Hal-hazırda onunla birgə yaşayır. Bunu sübut olaraq birgə evdə, bayramlarda çəkilən foto şəkilləri ilə ərizəyə əlavə edərək təsdiq edir. Lakin yalandan nikahlarını pozublar və guya ki, övladlarına 310 manat aliment ödəyir. Cavabdeh onu bu məqsədlə edib ki, onun övladlarına alimenti az miqdarda ödəsin. Buna görə də o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, məhkəmə Səbail rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması ilə bağlı qətnamə qəbul etməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək pul qazanmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, övladları üçün hər ay 220 manat, cəmi 440 manat məbləğinə çatdırılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh uşaqları ilə maraqlanmır, onların əlavə tibbi və sair xərclərində iştirak etmir. Cavabdeh formal surətdə rəsmi nikahda olduğu həyat yoldaşından ayrılmışdır, ondan olan uşaqlara guya aliment verir, halbuki bu gün də bir yerdə yaşayırlar. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, 350 manat məbləğində əmək haqqı alır, rəsmi nikahda olduğu həyat yoldaşından boşanmış, həmin ailədən olan 2 uşağına da aliment ödəyir, hazırda kirayədə qalır. İddiaçı özü işləyir, övladı saxlamaq hər iki valideynin borcudur, onun maddi təminatı kifayət qədər deyil ki, iddiaçıdan olan uşaqları üçün tələb etdiyi 220 manat aliment ödəyə bilsin. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2019-cu ildə Bakı şəhərində və X7 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş üzrə şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə, X9 xx.xx.2019-cu il tarixdə anadan olmuşlar. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki,Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş uşaqların atası olmasının müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü uşaqların doğum qeydi kitabının “ata adı” qrafasında “Şükür”, “soyadı” qrafasında müvafiq olaraq “Hüseynov” və “Hüseynova” kimi qeydiyyatın aparılması, xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment hər ay alınaraq İddiaçı verilməsi, Cavabdeh Rza oğlundan ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(012)-2293/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-4104/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4104/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-7403/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış və İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 607 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları X1 yanında qalması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 mnat məbləğində pul tutularaq cavabdeh X2 verilməsi qət edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/9- 2023/00207 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması” mübahisəsi üzrə xx.xx.2023cü il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh Ramiz oğlu iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Atillaxan və xx.xx.2019-cu il təvəllüdlü Diana adlı uşaqların atası olması müəyyən edilmişdir və Cavabdeh Rza oğlundan uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa 160 manat, cəmi 320 manat aliment tutulmаsı qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı əkiz uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin rəsmi nikah münasibətində olduğu X4 ilə nikahı pozulmuş, həmin nikahdan olan 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 160 manatdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13). Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi nikah münasibətində olduğu ailəsində anadan olan digər 2 övladının saxlanılması üçün cəmi 340 manat sabit məbləğində aliment öhdəliyinin mövcud olmasını, gəlirləri barəsində əsaslı dəyişkənliyin olmamasını da nəzərə alaraq hesab edir ki, sabit pul şəklində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 190 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 190 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 4560 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 65,60 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynov) Atillaxan Şükür oğlunun və xx.xx.2019-cu il təvəllüdlü Hüseynli (Hüseynova) Diana Şükür qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-195/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 190 manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 190 manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 65,60 (altmış beş manat, altmış qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev