Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-866/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı «xxxx» ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh vərəsəsi X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 2100 manat məbləğində kredit verilmişdir. Lakin əldə olunmuş məlumata görə xx.xx.2018-ci ildə vəfat etmişdir. Ədliyyə Nazirliyinin elektron portalında vərəsəlik işlərinin açılıbaçılmaması barədə qeyd olunan ölüm halı ilə əlaqədar 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoru tərəfindən qeydiyyat aparıldığı qeyd olunmuşdur. Notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq ünvan 1ənzil 25 ünvanında qeydiyyatda olan X4 ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka ödənilməmiş qalan 1974.28 manat əsas borcu qalmışdır. Cavabdeh X4 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq mərhum Cavabdeh vərəsəsi X1 iddiaçı “xxxx” ASC-nin 1974,28 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X4 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, qızı Xəyalənin bankdan kredit götürülməsindən xəbəri olmamışdır. Qızı vəfat etdikdən sonra bankla əlaqə saxlanılmış, bankdan qızının ölüm şəhadətnaməsini istəmişlər, o ölüm şəhadətnaməsini banka vermişdir. Sonra evi axtarmışdır ki, bəlkə qızı pulu harasa qoyub. Ona haram pul lazım deyil. Lakin pulu tapmamışdır və qızı pulu nə məqsəd üçün götürməsindən və kimə verməsindən məlumatı yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Borcverən” qismində «xxxx» ASC ilə “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, BPM**********45 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 36 ay müddətinə olmaqla xx.xx.2021-cı il tarixədək qaytarmaq şərti ilə, illik 26% ödəmək şərti ilə 2100 manat məbləğində kredit vermişdir. İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1105 No ilə qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş Cavabdeh vərəsəsi X2 xx.xx.2018-ci il müraciəti əsasında Xidmətdə fəaliyyət göstərən notariat ofisində v/k-322/2018 nömrəli vərəsəlik işi açılmış, lakin miras qalmış hər hansı əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş üzrə “xxxx” ASC tərəfindən Cavabdeh vərəsəsi X3 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin kserosurətindən görünür ki, “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 2100 manat məbləğində kredit verilmişdir. Konstitusiya Məhkəməsinin x xxxx 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirlən hüquq normalarının məcmusudur. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu ödəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsində də qeyd edilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməy faktik başladıqda və bununla da mirası qəbul etdiyi şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yuxarıdakıları nəzərə alaraq diqqətinə çatdırırlar ki, vərəsələr borcu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu tərəfindən verilən məlumata əsasən Cavabdeh qzının ölümündən sonra vərəsəsi - X4 tərəfindən xx.xx.2018-ci il tarixdə mirasın qəbulu ilə əlaqədar sözügedən Notariat ofisinə müraciət etmiş və 2v/k-322/2018 nömrəli vərəsəlik işi açılmışdır. X5 müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Bildirirlər ki, BPM**********45 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 2020,93 manat məbləğində əsas kredit borcunu və əsas borca uyğun olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını N.Abdullayeva kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq 7 gün müddətində Banka olan 2020,93 manat məbləğində əsas kredit borcunu və əsas borca uyğun olaraq hesablanmış faiz borcunu ödəməsi tələb olunur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacaq. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcu 1974,28 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanlmış və həmin müqavilə üzrə Cavabdeh 36 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 2100 manat kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş 1974,28 manat öhdəliyi qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, kredit müqaviləsi üzrə borcu Cavabdeh xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra borclunun vərəsəsi olan X7 Qasımovadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və bununla bağlı vərəsəlik işi açılmışdır. İddiaçı hesab edir ki, Nəsibə Abdullayeva borclunun vərəsəsi kimi ondan miras qalmış əmlakı qəbul etdiyi üçün, kredit müqaviləsi üzrə öhdəlik də onun tərəfindən icra olunmalıdır. İş materiallarından görünür ki, kredit alan Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra Nəsibə Abdullayeva 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, notariat ofisində vərəsəlik işi açılmış, lakin N.Abdullayevaya miras qalmış hər hansı əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. “Elektron Məhkəmə” sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Nəsibə Abdullayeva miras qoyan Cavabdeh qanun üzrə vərəsəsi kimi qeydiyyata alınmışdır. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146 ,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Nəsibə Abdullayeva kredit alan və mərhum Cavabdeh vərəsəsi kimi ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etdiyi üçün və həmin müraciət üzrə vərəsəlik işi açıldığı üçün, bununla da Nəsibə Abdullayeva miras əmlakı qəbul etməyə öz iradəsini şəksiz nümayiş etdiyi üçün, bu hal onun Cavabdeh öhdəliklərinin də qəbul edilməsini göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Nəsibə Abdullayeva kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxsdir və iddiaçı hazırki tələblə Nəsibə Abdullayevaya qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Beləliklə cavabdeh Nəsibə Abdullayevanın kredit müqaviləsi üzrə borclu olan Cavabdeh öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğun üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab ediməli və təmin edilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat və bank xidmət haqqının əvəzi kimi 0,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Mərhum Cavabdeh vərəsəsi X1 «xxxx» ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli BPM- **********45 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 1974,28 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat xidmət haqqı, cəmi 2004,68 (iki min dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-866/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-866/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver