Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-872/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddia tələbi təmin edilmiş və xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməsi öhdəliyi yaranmışdıır. Həmçinin Səbail rayon Məhkəməsinin 2(009)-1698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2021-ci il təvəllüdlü oğlu X5 dair alimentin artırılması iddia tələbi təmin edilmiş, yəni X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləği və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 30 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq ona ödənilməsi öhdəliyi yaranmışdır. Övladların üçü də onun himayəsindədir, onların gündəlik məişət xarakterli tələbatlarını o, təmin edir və onlara o, baxır. Övladlarının bütün qayğısı və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hal-hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də hər üçünün maddi tələbatlarını ödəmək də tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün çox böyük çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladlarının gündəlik xərclərini təmin edə bilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq o, aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə Səbail rayon Məhkəməsinin 2(009)-1697/2022 və 2(009)-1698/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələrində göstərilmiş aliment məbləğlərinin artırılması ilə bağlı qətnamə qət etməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün minimumu da dəyişdirilmiş və 2024-cü ildə yetkinlik yaşına çatmayanlar (uşaqlar) üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları – xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər uşaq üçün hər ay 235 manat, eləcə də xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək Cavabdeh hər ay tutulan 30 manat aliment artırılaraq 50 manat sabit pul məbləğinə çatdırılması və həmin aliment məbləğinin, yəni ümumilikdə 755 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, birgə nikahdan 3 uşaqları var, həmçinin uşaqlardan ikisi xəstədir, müalicəyə ehtiyacı vardır. Cavabdeh ərəblərlə işləyir, kifayət qədər qazancı olur. Məhkəmə qətnamələri ilə tutulması müəyyən edilən aliment uşaqların aylıq tələbatını ödəmir, o, təkbaşına uşaqların maddi təminatının öhdəsindən gələ bilmir. Ona görə də məhkəməyə iddia vermişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, hər ay alimenti ödəyir, əlavə ödəməyə imkanı yoxdur. O, taksi fəaliyyəti göstərir, gündəlik qazancı 20-30 manatdır. Əgər tələb olunan həddə aliment tutulması müəyyən edilərsə o, ödəyə bilməyəcək, iddiaçı onu yenə də həbs etdirəcək. O, həbsdən dünən çıxmışdır, alimentə görə 300-400 manat borcu olduğu üçün iddiaçı onu həbs etdirmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1710/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 175 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsi,birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 180 manat olmaqla, cəmi 360 manat pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2021-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 30 manat məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 46,76 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/9/2024- 00232 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışına əsasən Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Zəhra, xx.xx.2014-cü il təvəllüdlü Zeynəb və azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məhəmməd adlı uşaqları var. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün iddiaçının xeyrinə hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün iddiaçının xeyrinə hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnamələri ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 235 manat sabit pul məbləği şəklində alimentin, həmçinin xx.xx.2021-ci il təvəllüdlü Məhəmməd adlı uşağın 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Səbail Rayon Məhkəməsinin 2(009)-1697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan (xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Zeynəb adlı uşaqlar) hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 180 manatdır. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-1698/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məhəmməd adlı uşağa görə müəyyən edilmiş alimentin məbləği 193 manatdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnamələrinin çıxarılmasından müəyyən müddət keçməsini, məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləğlərinin miqdarını, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, həmçinin Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsini, cavabdehin işləməməsini, rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutların mövcud olmamasını, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, iddia tələbi aliment məbləğinin artırılması hissəsində qismən təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər 3 uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək cavabdehdən hər ay tutulan 30 manat aliment artırılaraq 50 manat sabit pul məbləğində tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən 3 yaşlı uşağa qulluqla bağlı məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən alimentin artırılma zəruriliyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər 3 uşağa görə tutulmalı olan 200 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 7200 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 92 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1697/2022 saylı qətnaməsi ilə və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 1698/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər 3 uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər 3 uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 92 (doxsan iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev