Məhkəmə qərarları › İş №2(009)-878/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-878/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-878/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Şərur Rayon Məhkəməsinin 2(110)-360/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün 175 manat olmaqla, hər ay 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Onların nikahlarına 2018-ci ildə xitam verilmişdir. Onun cavabdehə qarşı aliment tələbi əsasında Şərur Rayon Məhkəməsinin 2(110)-360/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 100 manat olmaqla cəmi 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanılmasında əvvəllər də iştirak etmədiyi kimi indi də heç bir maddi və mənəvi qayğı göstərmir. Hər iki uşağın saxlanması, sağlamlığı, təhsili iəl bağlı bütün məsələlər iddiaçının öhdəsindədir və iddiaçı uşaqların bütün xərclərini təkbaşına ödəməkdə maddi çətinlik çəkir. Cavabdeh Bakı şəhərində yaşayır, avtomaşın təmiri ilə məşğuldur və iki övladı üçün ən azı yaşayış minimumu həddində aliment ödəmək üçün kifayət qədər maddi imkanı vardır. Belə ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği qanunla uşaqların yaşayışı üçün müəyyən olunmuş lazimi vəsaitin aşağı həddindən də azdır. Odur ki, iddiaçının azyaşlı övladlarının normal şəraitdə saxlanılması üçün alimentin məbləğinin artırılması məqsədəmüvafiqdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili X5 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(009)- 360/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 100 manat olmaqla cəmi 200 manat alimentin Cavabdeh iddiaçı Əhmədova Aynurə Rövşən qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İV 165219 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X6, xx xxxxxxx 2013-cü ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan AZ-İV 165220 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X7, xx xxx 2016-cı ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan AZ-İ 202959 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Əhmədova Aynurə Rövşən qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin noyabr ayının 21 günündə 88 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1993-cü ildə Nax.MR, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1980-cı ildə Naxçıvan MR, Şərur rayonu, Maxta kəndində andan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 iddiaçının himayəsindədir və uşaqların saxlanılması üçün artan tələbat Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-360/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar