Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-879/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, ərizəçi İddiaçı maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Ərizəçi İddiaçı maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı ərizə ilə məhkəməyəmüraciət edərək, onun hazırda yaşadığı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik olan qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizədən görünür ki, ərizəçi tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu haldı ərizə ilə müraciət etmiş, bununla da, iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Halbuki belə bir sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi İddiaçı maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-879/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-879/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver