Məhkəmə qərarları › İş №2(009)-887/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-887/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-887/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2014-cü il tarixə olan 134.12 ABŞ dolları əsas borc, 11 988.91 ABŞ dolları faiz borcu və 4 167.23 ABŞ dolları cərimə borcu olmaqla, cəımi 16 290.26 ABŞ dolları kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2007-cü il tarixli K-122/N/MF saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 36 faiz olmaqla 12 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 21 aprel 2014-cü il tarix üçün "xxxx" ASC-yə olan əsas borcu 134.12 ABŞ dolları əsas borcu, 11 988.91 ABŞ dolları faiz borcu və 4 167.23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16 290.26 ABŞ dolları təşkil edir. Bu günədək cavabdeh tərəfindən 20 fevral 2007-ci il tarixli K-122/N/MF saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2616/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh 134.12 ABŞ dolları əsas borc, 11 988.91 ABŞ dolları faiz borcu və 4167.23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16 290.26 ABŞ dolları kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh həmin qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnamə barədə məlumatı olmayıb, yalnız Səbail rayon İcra şöbəsinin məmuru tərəfindən ona məlumat verildikdən sonra o, Səbail rayon məhkəməsindən qiyabi qətnaməni xx.xx.2024-cü il tarixdə imza etməklə rəsmi qaydada almışdır. Bildirir ki, həmin qətnaməyə əsas olmuş məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Daimi yaşayış yerinə malik olmağına baxmayaraq, məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməmişdir. Ona heç bir rəsmi məlumat verilməmişdir. Nəticədə barəsində vəziyyətini ağırlaşdıran, müqavilə tələblərinə cavab verməyən, şişirdilmiş borc məbləğini özündə ehtiva edən qətnamə çıxarılmış və icra şöbəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Səbail rayon Məhkəməsinin 2(009)-2616/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2616/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2616/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə ərizə təqdim edərək iddia müddətinin ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli K-122/N/MF saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında borcalana illik 36 % olmaqla 12 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli K-122/N/MF 1 saylı kredit ödəmə cədvəlindən görünür ki, Cavabdeh borcun ödənilməsinə xx.xx.2007-ci il tarixdən başlamalı, hər ay 251.00 manat ödəməklə borcu xx.xx.2008-ci il tarixdə bitməli idi. İş materiallarında olan xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixinə qalıq borcu 134,12 ABŞ dolları məbləğində əsas borc, 11.988,91 ABŞ dolları məbləğində faiz borcu, 4.167,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 16.290,26 ABŞ dolları məbləğində borcu təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan və təqdim edilmiş arayışdan aydın olur ki, borcalan xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasında götürdüyü kredit borcundan cəmi 2722 ABŞ dolları ödəmiş, xx.xx.2014-cü il tarixə onun banka 134.12 ABŞ dolları əsas borcu, 11 988.91 ABŞ dolları faiz borcu və 4 167.23 ABŞ dolları cərimə borcu olmaqla, cəımi 16 290.26 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli K-122/N/MF nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 36% olmaqla, 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda borclu vaxtında ödəniş etməmiş, bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olundu ki, borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün mülki məsuliyyət daşımaqla cavabdehdir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 20 fevral 2007-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə iddia tələbinin qaldırılması müddəti xx.xx.2013cü il tarixdə bitmişdir. Cavabdeh 08 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, müqavilə öhdəliyi üzrə iddia müddəti keçdiyi üçün iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 03 iyun 2013-cü il tarixli qərarında izah etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddəslərinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsı ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafıəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.S.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli qərarında izah etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafıə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz huququnun pozulduğunu bildiyi və ya bilməli olduğü gündən başlanır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı bank öz hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu sonuncu ödənişin ödənildiyi vaxtdan bildiyi halda və ya bilməli olduğu halda, onun cavabdehdən yaranmış borc məbləğini xx.xx.2013-cü il tarixə qədər tələb etmək hüqüqu olmuş, lakin iddiaçı məhkəməyə xx.xx.2014-cü il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən 1 il sonra müraciət etmiş və nəticədə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və Cavabdeh tərəfındən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia tələbi rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar