Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-9/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının - Cavabdeh Aqşin oğluna (Əmanətlərin Sığortalanması Fondu iş üzrə 3-cü şəxs olan) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı - Cavabdeh Aqşin oğluna (Əmanətlərin Sığortalanması Fondu iş üzrə 3-cü şəxs olan) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "X1" ASC-nin xx xxxxxx 2014-cü il tarixli, KBQ14-1630 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 2 000 000 (iki milyon) AZN əsas, 96 833,34 (doxsan altı min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) AZN faiz olmaqla, ümumilikdə 2 096 833,34 (iki milyon doxsan altı min səkkiz yüz otuz üç manat otuz dörd qəpik) AZN kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Cavabdeh Aqşin oğluna mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3068-ci məhəllə, Əcəmi Naxçıvani küçəsi, 33C ünvanında mülkiyyətdə olan 0.24245 ha torpaq sahəsində yerləşən 2961.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin daşınmaz əmlakın "X1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "X1" ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək iş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının iddia tələbinin 2 000 000 (iki milyon) manat əsas, 40.007,60 (qırx min yeddi manat altmış qəpik) manat faiz olmaqla, ümumilikdə 2 040 007,60 (iki milyon qırx min yeddi manat altmış qəpik) manat məbləğində olduğunun nəzərə alınmasını xahiş etmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ərizə ilə məhkəməyə müraciət edərək, kredit borcu təminat qismində çıxış edən digər ipoteka predmetləri hesabına tam olaraq ödənildiyindən hazırkı mülki iş üzrə hər hansı tələblərinin qalmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 261-ci maddəsinə uyğun olaraq işə müvafiq qaydada baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçı kredit borcu təminat qismində çıxış edən digər ipoteka predmetləri hesabına tam olaraq ödənildiyindən hazırkı mülki iş üzrə hər hansı tələblərinin qalmadığını bildirməklə Azərbaycan Respublikası MPM-in 261-ci maddəsinə uyğun olaraq işə müvafiq qaydada baxılmasını xahiş etmişdir. Belə olan halda, ərizə iddiadan imtina kimi qəbul edilməlidir. İddiaçının öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının - Cavabdeh Aqşin oğluna (Əmanətlərin Sığortalanması Fondu iş üzrə 3-cü şəxs olan) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının - Cavabdeh Aqşin oğluna (Əmanətlərin Sığortalanması Fondu iş üzrə 3-cü şəxs olan) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-9/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-9/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver