Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-90/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızını sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı (X3), Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı (X3) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cəlb edilməklə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (X4) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu zərərə görə 250000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İçəri şəhər Hərb küçəsi 5 saylı ünvanda yerləşən 32.3 kv.m qeyri-yaşayış sahəsini 14 aprel 2014-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüş və xalça satışı ilə məşğul olmuşdur. Cavabdehin mülkiyyətində olan fərdi evdə 17 fevral 2021-ci il tarixdə su sızmasının nəticəsi olaraq qonşuluqda icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə su dolmuş və bu pandemiya dövründə baş verdiyindən bir müddət qeyri-yaşayış sahəsinə gəlməmiş və nəticədə 100 ədəddən çox xalça ümumi dəyəri 250 min manat olan əmlakı tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh vurduğu maddi ziyanı ödəyəcəyinə söz versə də, sonradan öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı (X3) iddianı müdafiə edərək bildirmişdir ki, məcbur olub ölkəni tərk edib İran İslam Respublikasına getmişdir. Dövlət Miqrasiya Xidməti yaşamaq icazəsini ləğv etmişdir. İşləri dayanmışdır. Ekspert xalçalara baxan zaman orada iştirak etmişdir. Ona məxsus olan əmlaklara iki dəfə ziyan dəymişdir. Birinci dəfə su icəri girəndə 9 nəfər müştəri, qonşu və muzeydən bir nəfər də orada olmuşdur. Bu zaman ona 38.000 ABŞ dolları məbləğində ziyan dəymiş, lakin qonşusuna hörmət etmiş, şikayət verməmişdir. Cavabdehə məxsus mənzildən su sızması nəticəsində ona məxsus əmlaka ziyan dəymişdir. İki binanın arasından su gəlib yığılır və orada olan bir novalçadan axır. Buna görə də həmin yer 4 dəfə təmir edilmişdir. Orada iki ədəd oyuq əvvəldən mövcuddur. Biri havalandırma üçün, digəri isə tüstü üçündür. Deyilənlərə əsasən ona dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, ekspertiza zamanı əlavə sənədlər tələb edilsə də qarşı tərəf onları təqdim edə bilməmişdir. Çünki ölkə xaricində olmuşdur. İddiaçı ölkə xaricində olsa da onun vəkili lazımı materialları təqdim edə bilərdi. Ekspertiza rəyindən göründüyü kimi iddiaçıya zərər cavabdeh tərəfindən dəyməmişdir. Cavabdeh məxsus ünvan 6şən mənzil aralıda yerləşir. İddiaçının əmlakları zirzəmidə-cavabdehə məxsus mənzildən 3 mərtəbə aşağıda yerləşir. Ekspert tərəfindən eksperiment aparılan zaman axıdılan suyun zirzəmiyə tökülməsi müşahidə olunmamışdır. Su zirzəmidə olan iki dəlikdən axır. Ekspert rəyindən də məlumdur ki, novalçadan su küçəyə axır, iddiaçının qeyd etdiyi yerə axıdılmır. Novalça Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun quraşdırılmışdır. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində olan dəliklər yaşayış sahəsinə dair 2018-ci il texniki pasport məlumatlarında öz əksini tapmamışdır. Bütün bu hallar təsdiq edir ki, zərər cavabdeh tərəfindən dəyməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən X15 ünvan 2 ünvanda yerləşən üçmərtəbəli binanın zirzəmisindəki ümumi sahəsi 32.3 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsindən 32.3 kv/m-ni (tam hissə) X1 icarəyə vermişdir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş FM seriyalı 019743 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsindəki 9 otaq 248 kv.metr yaşayış sahəsi, 569.9 kv.m ümumi sahəsindən ibarət 72 saylı fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş üzrə MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Cavabdeh Bakı şəhəri, Azərbaycan prospekti, ev 28, 67 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə DİN Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin xx.xx.2021ci il tarixli, 067-7790... nömrəli cavab məktubuna əsasən X2 müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materiala dair AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə Mənzil-kommunal və Təmir Xidmətinin xx.xx.2021-ci il tarixli, V-01/05/13 nömrəli cavab məktubuna əsasən Hosseinaklou Saiyada məxsus mağazaya su sızması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanan müraciətə Mənzil-kommunal və Təmir Xidmətində baxılmışdır. Mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və Mirzə Mənsur 72 ünvanının mülkiyyətçisinə xəbərdarlıq edilməklə müvafiq qaydada akt tərtib olunmuşdur. İş üzrə Mənzil-kommunal və Təmir Xidmətinin xx.xx.2021-ci il tarixli, V-01/05/10 nömrəli xəbərdarlıq məktubuna əsasən Cavabdeh onun evinə məxsus suyu tənzimləyən borudakı nasazlığı aradan qaldırmaq barədə xəbərdarlıq edilmişdir. İş üzrə Əmlak Ekspert Mərkəzinin eksperti X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏEM/S 77-928/21 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ünvanında atmosfer sularının dam örtüyündən axması üçün quraşdırılmış novalça sistemindən qonşuluqda yerləşən ünvanlara hər hansı zərər vurulması halının mövcud olmadığı müəyyən edilmişdir. İş üzrə Mənzil-kommunal və Təmir Xidmətinin Texniki Nəzarət Şöbəsinin müdiri Quliyev Bəxtiyar, mühəndisi Əsgərov Fuad və mütəxəssisi Abdullayev Elşən tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Hərb küçəsi ev 5 ünvanında yerləşən zirzəmidən xalça malları və digər antikvar məhsulların satışı üçün istifadə olunur. Baxış zamanı zirzəminin divarlarından su sızması hallarının baş verməsi müşahidə olunmuşdur. Su sızmasının haradan baş verməsini müəyyən etmək üçün zirzəmiyə bitişik olan Mirzə Mənsur küçəsi, ev 72 saylı binanın dam örtüyünə baxış keçirilmiş və binanın damına su buraxılaraq su tənzimləyən borudan suyun axması yoxlanmış və nəticədə su tənzimləyən borudan suyun kənarlaşdırılması baş verməmiş, tökülmüş su sözügedən zirzəminin divarından dükana axmağa başlamışdır. İş üzrə xx.xx.2018-ci il tarixli, ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X15 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32.3 kv/m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən bütün hissəni (32.3 kv/m) alıcı X11 mülkiyyətinə verir. İş üzrə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 02/831 №-li arayışa əsasən X12 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* №-li çıxarışa əsasən X11 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32.3 kv/m olan qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququ qeydiyyata alınıb. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2688 №-li ekspert rəyinə əsasən Cavabdeh məxsus ünvan 4 ünvanında atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış novalça sistemi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin dam örtüklərinə dair tələblərlə bağlı 61-ci maddəsinin 61.1 və 61.4 maddəsində nəzərdə tutulmuş qaydalarına uyğun olduğu müəyyən edilir. ünvan 5 ünvanında yerləşən bina ilə ünvan 6şən binaların arasında olan ara boşluğu faktiki olaraq xüsusi materialla bağlı vəziyyətdə olduğunu nəzərə alaraq atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış su təmizləyən borunun tutulması halda qonşuluqda yerləşən Bakı şəhəri, Səbail rayonu, Hərb küçəsi 5 ünvanında yerləşən mağazaya hər hansı bir zərərin vurulmasının mümkün olmadığı müəyyən edilir. ünvan 7 ünvanında yerləşən 32,3 kv metr qeyri-yaşayış sahəsinin üzərində əlavə üç mərtəbə yerləşdiyini nəzərə alaraq (zirzəmiyə) hər hansı atmos axıntıların axması mümkün deyil. Lakin ünvan 5 ünvanında yerləşən 32,3 kv metr qeyri-yaşayış sahəsinin divarında (Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 72 ünvanına) tərəf hissədə sarımtıl su sızma ləkələrinin olduğunu nəzərə alaraq, qeyriyaşayış sahəsinə (zirzəmiyə) hər hansı atmosfer axıntısı zamanı su sızmalarının olubolmamasını müəyyən etmək mümkün deyildir. ünvan 5 ünvanında yerləşən 32,3 kv metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş texniki pasportun məlumatlarında oyuğların (deşik, dəlik) öz əksini tapmadığı və texniki sənədlərdə nəzərdə tutulmadığı müəyyən edilir. ünvan 5 ünvanında yerləşən 32,3 kv metr qeyri-yaşayış sahəsinə (zirzəminin) divarında olan (deşik və ya dəlik) üzərində sərinkeş (vintelyator) quraşdırıldığını nəzərə alaraq qeyri-yaşayış sahəsinin havalandırması məqsədi ilə istifadə olunduğu müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3098 №-li ekspert rəyinə əsasən təqdim olunan əşyalar üst-üstə yığıldığından həmin əşyalara ayrılıqda baxış keçirərək tədqiqat aparmaq mümkün olmadı. Baxış keçirmək üçün lazımı şərait yaradılması və həmin əşyaların bəziləri barədə mütəxəssis arayışının tələb olunduğu barədə iddiaçıya məlumat verilsə də, heç bir məlumat təqdim olunmadığından rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mülki mübahisəyə münasibətdə iddia tələbinin əsasını delikt təşkil edir. Çünki tərəflərin arasında hər hansı müqavilə yoxdur. Mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətinin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması (hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır); 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi (Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur);
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması (Baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir);
4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən, mülki qanunvericilik normalarını pozan əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Başqa sözlə, qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin mövcud olmaması deliktə əsaslanan iddia tələbinin təmin edilməsinə əsas vermir. Məhkəmə işin hallarını bu şərtlər əsasında yoxlamış, həmin şərtlər mövcud olmadığına görə verilmiş tələb üzrə Cavabdehliyinin olmadığını müəyyən etmişdir. Belə ki, məhkəmə xx.xx.2021-ci il tarixdə həmin ünvanda yerində baxış keçirmiş, iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin zirzəmidə yerləşdiyi, zirzəminin dörd divarından yalnız sərinkeşin (vintelyator) ətrafında nəmişlik olduğunu, xalçaların əksəriyyətinin nəmişlikdən çürüdüyü müəyyən edilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən bina ilə ünvan 6şən binaların arasında olan ara boşluğu faktiki olaraq xüsusi materialla bağlı vəziyyətdə olduğunu nəzərə alaraq atmosfer sularının dam örtüyündən axıdılması üçün quraşdırılmış su təmizləyən boru tutulduğu halda qonşuluqda yerləşən Bakı şəhəri, Səbail rayonu, Hərb küçəsi 5 ünvanında yerləşən mağazaya hər hansı bir zərərin vurulması mümkün deyil. Məhkəmə qeyd edir ki, iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə su axıdılması cavabdehə məxsus olmuş evdən olması və həmin su axıdılması nəticəsində ziyanın vurulması təsdiq olunmadığından, iddiaçı həmin su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Məhkəmə MKİS-in işçiləri tərəfindən tərtib edilmiş aktla bağlı qeyd edir ki, həmin aktda ünvanda baxış keçirildiyi müəyyən edilsə də həmin aktın İddiaçı (X3) və Cavabdeh və ya onların nümayəndələrinin tanış edilməsinə dair bir qeyd müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, MKİS-in işçiləri tərəfindən tərtib edilmiş akt birtərəfli tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunmadığından iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti İddiaçı (X3) alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova