Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-901/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızının nümayəndəsi Mustafayev Vüqar Nurəddı̇ n oğlunun iştirakı ilə, İddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızının cavabdeh Əlı̇ yev Orxan Azad oğluna qarşı "alimentin artırılması və ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızı cavabdeh Əlı̇ yev Orxan Azad oğluna qarşı "alimentin artırılması və ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu Tuqayın saxlanılması üçün hər ay alimentin məbləği 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi, Cavabdeh bu günədək ödənilməmiş aliment məbləği və iddia ərizəsi verilən gündən hər ay 235 (iki yüz otuz beş) manatın alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsasları: Cavabdeh ilə 06 iyun 2009-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahdan Tuqay adlı oğlu doğulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli 2(009)-787/2013 saylı (sədrlik edən hakim X10) qətnaməsi ilə nikah pozulmuş və məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 09 iyun 2015-ci il tarixdə “Nikahın pozulması haqqında” AZ-İ №109242 saylı şəhadətnamə verilmişdir (iddia ərizəsinə əlavə olunur). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli 2(009)-787/2013 saylı (sədrlik edən hakim X8) qətnaməsi ilə aliment tələbi təmin edilərək uşağın saxlanılması üçün hər ay 100 (yüz) manat alınmaqla xeyrinə ödənilməsi qət edilmiş, lakin qanunvericiliyin tələbi pozularaq məhkəmə qərarı əsasında icra sənədi ərazi aidiyyəti üzrə müvafiq yerli icra qurumunun icraatına göndərilməyərək icraya yönəlməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmələr tərəfindən qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı əsasında verilmiş icra sənədi 1 (bir) ay ərzində icraya yönəlməlidir. Bu qətnamə isə icraya yönəlməyərək qüvvədə olan qanunvericilik pozulmuş və hazırda da pozulmaqda davam edir. İddiaçı nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, Cavabdeh iddiaçının ilə cavabdehin övladı Tuqayın saxlanılması üçün hər ay alimentin məbləğinin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini, Cavabdeh bu günədək ödənilməmiş aliment məbləği və hər ay 235 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mustafayev Vüqar Nurəddı̇ n oğlu, cavabdeh tərəfindən qətnamə üzrə müəyyən edilmiş 100 manatın ödənilmədiyini, iki dəfə 250, bir dəfə 235 manat ödənildiyini bildirərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Əlı̇ yev Orxan Azad oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2024 saylı 21 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızının cavabdeh Əlı̇ yev Orxan Azad oğluna qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə “Cavabdeh bu günədək ödənilməmiş aliment məbləğinin alınaraq ona ödənilməsi” hissəsində iş üzrə icraata mülki məhkəmə (iddia) icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 693233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X16 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Əlı̇ yev Orxan Azad oğlu, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 787/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında 06 iyun 2009-cu il tarixdə Bakı nikah evində bağlanaraq 1206 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 11 iyun 2011-ci il tarixdə anadan olmuş X16 X3 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh 19 fevral 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 (yüz) manatın alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 209142 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış nikahın ləğv edilməsi nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMM-də hüquqşünas vəzifəsində işləyir və əmək haqqı 411.14 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları xx.xx.2010-cu il təvəllüdlü X16 iddiaçının (anasının) himayəsindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 11 iyun 2011-ci il tarixdə anadan olmuş X16 X3 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh 19 fevral 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 (yüz) manatın alınaraq X4 verilməsi qət edilmişdir. Hazırda iddiaçı aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edir. Bundan başqa, hazırda cavabdeh Əlı̇ yev Orxan Azad oğlunun "xxxx" MMM-də hüquqşünas vəzifəsində işləməsi və əmək haqqının 411.14 manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən artırılan aliment məbləğinə mütənasib olaraq (235-100=135x12) 36,20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan tutularaq iddiaçı X2 ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan 100 (bir yüz) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızına ödənilməli, cavabdehdən 36,20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan tutularaq iddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-787/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan hər ay sabit pul məbləğində tutulan 100 (bir yüz) manat alimentin həcmi artırılaraq 235 (iki yüz otuz beş) manat müəyyən edilsin. xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızına ödənilsin. Cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan 36,20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh Əlı̇ yev Orxan Azad oğlundan tutularaq iddiaçı Mustafayeva Mehrı̇ ban Nürəddı̇ n qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-901/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-901/2024
21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver