Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-915/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin - Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 1131,63 (bir min yüz otuz bir manat altmış üç qəpik) manat ziyan məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1162,02 (bir min yüz altmış iki manat iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçındə sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2020ci il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 125 nömrəli marşurut xətti üzrə xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmişdir. Hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmişdir. Beləliklə, nəticədə həmin hadisələrin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC-Procity” markalı **-JU-*** və **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 4539,64 (dörd min beş yüz otuz doqquz manat altmış dörd qəpik) manat və 6478,39 (altı min dörd yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bu faktları müvafiq olaraq 5918 nömrəli xx.xx.2020-ci il tarixli və 6054 nömrəli xx.xx.2020-ci il tarixli zərər aktları da təsdiq edir. Sözügedən maddi zərərlərin ümumi məbləğindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən müvafiq sığorta müqavilələrində qeyd edilmiş azadolma məbləğləri üzrə yaranmış borcdan (İddiaçı MMC ilə “xxxx” ASC arasında Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə bağlanmış müvafiq sığorta müqaviləsinə əsasən şərtsiz azadolma məbləği 1000 manat təşkil edir), Əmək Məcəlləsinin 205-ci maddəsinə və müvafiq “Tam maddi məsuliyyət” haqqında müqavilənin müddəalarına əsasən ödədiyi məbləğ istisna edilməklə hazırkı tarixədək hər iki hadisə üzrə cavabdeh tərəfindən Cəmiyyətə ödənilməyən TP ******* saylı inzibati tənbeh qərarına görə Cəmiyyətin maliyyə şöbəsi tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində cərimə daxil olmaqla 1131,63 (bir min yüz otuz bir manat altmış üç qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflərindən xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu borcunun 10 gün ərzində ödənilməsi barədə tələb məktubu göndərilmiş, lakin borclu bu məktubu şəxsən qəbul etsə də orada qeyd edilmiş tələbə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 125 nömrəli marşurut xətti üzrə xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmişdir. Hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmişdir. Beləliklə, nəticədə həmin hadisələrin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC-Procity” markalı **-JU-*** və **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 4539,64 (dörd min beş yüz otuz doqquz manat altmış dörd qəpik) manat və 6478,39 (altı min dörd yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bu faktları müvafiq olaraq 5918 nömrəli xx.xx.2020-ci il tarixli və 6054 nömrəli xx.xx.2020-ci il tarixli zərər aktları da təsdiq edir. Sözügedən maddi zərərlərin ümumi məbləğindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən müvafiq sığorta müqavilələrində qeyd edilmiş azadolma məbləğləri üzrə yaranmış borcdan (İddiaçı MMC ilə “xxxx” ASC arasında Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə bağlanmış müvafiq sığorta müqaviləsinə əsasən şərtsiz azadolma məbləği 1000 manat təşkil edir), Əmək Məcəlləsinin 205-ci maddəsinə və müvafiq “Tam maddi məsuliyyət” haqqında müqavilənin müddəalarına əsasən ödədiyi məbləğ istisna edilməklə hazırkı tarixədək hər iki hadisə üzrə cavabdeh tərəfindən Cəmiyyətə ödənilməyən TP ******* saylı inzibati tənbeh qərarına görə Cəmiyyətin maliyyə şöbəsi tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində cərimə daxil olmaqla 1131,63 (bir min yüz otuz bir manat altmış üç qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflərindən xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu borcunun 10 gün ərzində ödənilməsi barədə tələb məktubu göndərilmiş, lakin borclu bu məktubu şəxsən qəbul etsə də orada qeyd edilmiş tələbə əməl etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1131,63 (bir min yüz otuz bir manat altmış üç qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti xərci Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1, 284-6.3 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1131,63 (bir min yüz otuz bir manat altmış üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və bank xidməti xərci 40 (qırx) qəpik Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına (VÖEN: **********, AZƏR-TÜRK BANK ASC-nin Mərkəzi filialı VÖEN: **********, M/h: AZ02NABZ********************, Kodu 501361, SWİFT BİK AZRTAZ22, İBAN-AZ88AZRT********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-915/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-915/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver