Məhkəmə qərarları › İş №2(009)-923/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-923/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-923/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9735,51 (doqquz min yeddi yüz otuz beş manat əlli bir qəpik) manat, faiz borcu üzrə 2504,82 (iki min beş yüz dörd manat səksən iki qəpik) manat olmaqla, cəmi 12240,33 (on iki min iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 248,08 (iki yüz qırx səkkiz manat səkkiz qəpik) manat və ödənilmiş 126,72 (bir yüz iyirmi altı manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumunun, o cümlədən müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ödənilmiş 50 (əlli) manatın İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “X7 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, ban-LGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1435 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 327G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X7 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, ban-LGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobil xx.xx.2013-cü il tarixdə, 327G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 097417 nömrəli «ipoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 15200 (on beş min iki yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 9735,51 (doqquz min yeddi yüz otuz beş manat əlli bir qəpik) manat, faiz borcu üzrə 2504,82 (iki min beş yüz dörd manat səksən iki qəpik) manat olmaqla, cəmi 12240,33 (on iki min iki yüz qırx manat otuz üç qəpik) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia müddətinə riayət edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 2430/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamasıda qeyd edilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.2). Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3). Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4076 saylı bildiriş məktubu göndərilsə də cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş, hazırki iş üzrə iddia müddəti ötürülərək iddia verildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı etiraz məktubuna münasibət ünvanlayaraq bildirmişlər ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia müddətinə riayət edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 2430/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 2430/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamasıda qeyd edilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.2). Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3). Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqlar maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4076 saylı bildiriş məktubu göndərilsə də cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib belə hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 327G nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 15200 (on beş min iki yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Sözü gedən Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Kredit vəsaitinin istifadə müddəti 16 avqust 2016-cı il tarixdə bitir (5.4 və 5.5 bəndi). İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 327G saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq “X7 5-minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, ban-LGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanından görünür ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. İş materiallarında olan 05 dekabr 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə bağlı İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh aid sənədlər S-AVK-1573 saylı, 05 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 327G nömrəli kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15200 (on beş min iki yüz) manat məbləğində kredit verilmişdir. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) ay olmuş və kredit vəsaitnin istifadə müddəti 16 avqust 2016-cı il tarixdə bitmişdir. (5.4 və 5.5 bəndi). "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 327G saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq “X7 5minik” markalı, **-FG-*** dövlət qeydiyyat nömrəli (buraxılış ili 2013, ban- LGWDBE172DC655471, rəngi-yaşıl metalik) avtomobil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə bağlı İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh aid sənədlər S-AVK-1435 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin – Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə (elektron məhkəmə informasiya sisteminə əsasən) xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmış, iddiaçı “X4 edilməsi Agentliyi” MMC ərizə ilə 12 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin restrukturizasiyası müqaviləsinin bağlanması ilə əlaqədar Cəmiyyətə müraciət etmədiyinə istinad edərək, iddianın baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(009)-2430/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair iddiaçı “X4 edilməsi Agentliyi” MMC-nin ərizəsi geri qaytarılmış və iddiaçıya (iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Daha sonra İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 məhkəməyə təqdim etdiyi ərizəsində İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 edilməsi Agentliyi” MMC-nin – cavabdehlər Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinin iddia müddəti keçdiyindən rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən kredit 36 ay müddətinə verilmiş, Müqavilənin 5.5-ci bəndinə əsasən kredit müqaviləsinin son müddəti 16 avqust 2016-cı il tarixə olmuş, yəni bağlanmış müqavilənin icra müddəti 16 avqust 2016-cı il tarixdə bitmiş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti 16 avqust 2019-cu il tarixdə başa çatmışdır. İş üzrə iddiaçı isə 14 avqust 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(009)-2430/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmış, daha sonra iddiaçı “X4 edilməsi Agentliyi” MMC ərizə ilə məhkəməyə 12 oktyabr 2021-ci il tarixdə müraciət edərək, iddianın baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(009)-2430/2019 saylı qərardadı ilə iddiaçı “X4 edilməsi Agentliyi” MMC-nin ərizəsi geri qaytarılmış və iddiaçıya (iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmuş, lakin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş üzrə iddiaçı məhkəmənin 12 oktyabr 2021-ci il tarixli qərardadı qəbul edildikdən 6 aya yaxın vaxt keçdikdən sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bunun səbəblərini məhkəmədə izah edə bilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4076 saylı bildiriş məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin cavabdehə xx.xx.2020-ci il tarixli 4076 saylı bildiriş məktubu göndərməsinə, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməməsinə baxmayaraq, iddiaçı bundan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra, yəni 12 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddiaçı “X4 edilməsi Agentliyi” MMC-nin ərizəsi geri qaytarılmış və iddiaçıya (iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Lakin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə (12 oktyabr 2021-ci il tarixli qərardad qəbul edildikdən 6 aya yaxın vaxt keçdikdən sonra) xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, eləcə də tərəflərin istinad etdiyi halları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia müddəti ötürülməklə iddia ərizəsi məhkəməyə verildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının – Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar