Məhkəmə qərarları › İş №2(009)-925/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-925/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-925/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması, tibbi əməliyyat və müalicə xərclərinin tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması, tibbi əməliyyat və müalicə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DGK-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 240/2xx-xx/004138 1000 №-li arayış əsasında onun aylıq əmək haqqı 5.250 (beş min iki yüz əlli) manat, yetəri qədər olduğundan, 01 aprel 2022-ci il tarixdən başlayaraq ondan tutulan alimentin həcmi artırılaraq 1/4-i (25%) məcburi qaydada hər ay tutulmasını, İ İ qrup əlil və əmək qabiliyyətinin olmadığını nəzərə alaraq 10.000 (on min) manat məbləğində birdəfəlik qaydada tibbi əməliyyat və müalicə üçün yardım alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 87 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmiş, daha sonra isə həmin məhkəmənin 27 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 140 manat müəyyən edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan 140 manat alimentin həcmi artırılaraq 189 manat məbləğində müəyyən edilmişdir. Sonra isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 498/2020 saylı qətnaməsinə əsasən cavabdeh X1 tutulan 189 manat alimentin həcmi artırılaraq 250 manat məbləğində müəyyən edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-554/2021, xx.xx.2021 -ci il tarixli qətnaməsi əsasında tutulan alimentin həcmi artırılaraq 300 manat məbləğində müəyyən edilmişdir. Lakin 2022-ci ildə kommunal xərclərin artırılması, ərzağın, dərmanların, çörəyin qiymətlərin bahalaşması, Cavabdeh aldığı 300 manat aliment və əmək pensiyası onun xərclərini ödəməyə çatmır. Cavabdeh DGK-də işləyir, aylıq maaşı yetərincədir. Həm də hal-hazırda səhhətində yaranmış problemlərlə əlaqədar hər iki diz qapaqlarının dəyişməsi üçün tibbi əməliyyat olunmalı və müalicə almalıdır. Bunun üçün apteklərdən müxtəlif inyeksiya, dərmanlar və ayaqlar üçün korsetlər də alınmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı “alimentin artırılması, tibbi əməliyyat və müalicə xərclərinin ödənilməsi” barədə tələbi əsassızdır. Beləki, iddiaçı onun anasıdır. Baxmayaraq ki,onlar bir mənzildə- Bünyad Sərdarov küçəsi ev 17, mənzil 22-də qeydiyyatdadırlar, 2007 -ci il tarixdən onlar ayrı yaşayırlar. Buna səbəb anasının xasiyyətinin cox çətin olması və 06 yanvar 2007-ci il tarixdə ailə qurduğu həyat yoldaşı X5 boşanmağı tələb etməsi olmuşdur. O, anasının tələbini yerinə yetirmədiyi üçün 2007-ci il tarixdə onları qeydiyyatda olduğu mənzildən qovmuşdur. Bir müddət onlar qaynatasının evində yaşamış, sonra həyat yoldaşı ilə kirayədə yaşamalı olmuşlar. Lakin anasının ondan və həyat yoldaşından əl çəkmədiyi üçün 2011-ci il təvəllüdlü qızı və həyat yoldaşının təhlükəsizliyini təmin etmək üçün qızını təhsil almaq üçün Almaniyaya göndərmiş və hazırda qızı Almaniyada həyat yoldaşı ilə birlikdə yaşadığını və orada təhsil aldığını, onların bütövlükdə onun himayəsində olduğunu qeyd emişdir. Anasının Bakı şəhərinin mərkəzi küçələrinin birində, Bünyad Sərdarov küçəsində, 17 saylı binada yerləşən 2 mənzilin-21 və 22 saylı mənzillərin mülkiyyətçisi olduğunu bildirmişdir. Onun 5 otaqlı mənzildə yaşadığını, onun maddi və mənzil təminatının çox yaxşı olduğunu, yaşına görə fiziki cəhətdən sağlam olduğunu bildirmişdir. Lakin onun psixoloji problemi oduğu üçün onunla bir mənzildə yaşamağın qeyri-mümkün olduğunu qeyd etmişdir. Onun, hətta 1 saylı psixiatriya xəstəxanasında şəxsiyyətin cüzi paranoyal inkişafının cizgiləri diaqnozu ilə 2010-cu il tarixdə stasionar müalicədə olduğunu bildirmişdir. (Arayış əlavə edilmişdir.) Onun Səbail Rayon Məhkəməsinin qətnaməsi əsasında qeydiyyatda olduğu mənzilə köçürülməsinə baxmayaraq anası ilə bir mənzildə yaşamağın mümkün olmadığından kirayədə yaşamağa məcbur olduğunu bildirmişdir. Ayda 2005 manat əmək haqqı aldığını bildirmişdir. (arayış əlavə edilmişdir). Həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladının onun himayəsində və öhdəsində olduğunu bildirmişdir. Ayda qızının xaricdə təhsil alması üçün bankdan götürdüyü krediti ödədiyini qeyd etmişdir. İddiaçının ayda pensiyadan (400 manata yaxın) əlavə 300 manat sabit pul məbləğində ondan aliment aldığını, aylıq gəlirinin 700 manat təşkil etdiyini bildirmişdir. Beləliklə iddiaçının maddi durumunun onunkundan yüksək olduğunu qeyd etmişdir. Əgər həqiqətən də, onun maddi ehtiyacı varsa, onun ikinci mənzilini satıb ehtiyaclarını ödəyə biləcəyənin, özünün isə kirayədə yaşadığını bildirmişdir. Onun hər ailə üzvünə ayda 600-700 manat düşmədiyini, həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladının himayəsində olduğunu bildirmişdir. 29 noyabr 2017-ci il tarixdə Bank BTB ASC ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı olaraq o, ögəy bacısı X2 məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Hər ay bank qarşısında kredit borcu öhdəliyinin olduğunu bildirmişdir. Hazırda maddi durumunun iddiaçının durumundan zəif və mənzilinin də olmadığını qeyd etmişdir. Anasına daima bir övlad kimi maddi yardım göstərmişdir. Lakin o kifayətlənməyərək ona qarşı aliment tələbi barədə dəfələrlə iddia qaldırmışdır. Hazırda Səbail Rayon Məhkəməsinin 2(009)-554/2021, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə ondan anasının xeyrinə 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bu məbləğin hətta 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumundan yüksək olduğunu bildirmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat müəyyən edilmişdir. O isə anasına 2021-ci ildən 300 manat məbləğində aliment ödədiyini bildirmişdir. Anasının elə bir ağır xəstəliyinin olmadığını, əlavə xərclərə ehtiyacı omadığını bildirmişdir. Hazırda ondan tutulan alimentin miqdarının artırılmasına da heç bir əsas olmadığını, ondan tutulan alimentin miqdarının 2022-ci ildə ölkə üzrə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumundan artıq olduğunu bildirmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərdən onun 17 .09 2020-ci il tarixdə X4 müayinə həkiminə 40 manat, xx.xx.2021-ci il tarixdə EKQ-görə 10 manat, xx.xx.2021-ci il tarixdə fizioterapiyaya görə X13 Centere 47 manat, fizioterapevtin məsləhətinə görə 35 manat, Zəfəran Hospitala xx.xx.2021-ci il tarixdə labarator müayinəyə görə 198 manat ödədiyinin məlum olmuşdur. 198 manat və 40 manat məbləğində olan ödəmələr isə alimentin miqdarı 300 manat məbləğində müəyyən edilən dövrədək olmuşdur. Ayrı-ayrı illərdə olan qəbzlərdən də anasının daima sağlamlığını düşündüyünü və vaxtlı-vaxtında müayinələrdən keçdiyini və özəl klinikalarda müayinədən keçdiyininin məlum olduğunu bildirmişdir. Bununla da onun maddi durumunun yaxşı olduğunu bildirmişdir. Cavabdeh iş üzrə keçirilən və əldə edilən məhkəmə tibbi ekspertiza rəyini mötəbər hesab etməmişdir. Çünki mütəxəssiz iddiaçının sözünə və onun Avrasiya Klinikasından aldığı arayışa əsasən rəy vermişdir. Zatən tələbin söz yığımından ibarət olduğunu və Avrasiya Klinikasının əsassız arayışına istinad edildiyini bildirmişdir. Ekspert rəyinin əsaslandırılmadığı üçün qəbul edilməməli olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin sübutlarla bağlı tələblərinə cavab vermədiyini qeyd etmişdir. İddiaçıda olan xəstəliyin ağır xəstəlik olmadığını, yaşla bağlı olduğunu bildirmişdir. Onun həmin əməliyyatı keçirmədən də yaşadığını, özünün sərbəst hərəkət etdiyini, məhkəmə iclaslarında iştirak etdiyini və sağlamlıq durumunun yaxşı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 83-cü maddəsinə istinad edərək bildirmişdir ki, əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynləri saxlamadıqda və valideynləri ağır xəstə olduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşma çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə görə cəlb edilə bilərlər. Qanunvericinin imperativ hesab etmədiyi normada sadalan halların heç birinin mövcud olmadığını bildirmişdir. Çünki ilk növbədə qanunvericinin əmək qabiliyyəti olmayan valideyni saxlamadıqda yetkinlik yaşına çatan övladı valideynlərinə görə əlavə xərclərdə iştirak edə bilməsini nəzərdə tutduğunu qeyd etmişdir. İddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ona qarşı qaldırdığı iddia tələbi ilə bağlı onun hüquqi yardımın göstərilməsi və onu məhkəmə iclaslarında təmsil etməsi üçün vəkillə müqavilə bağladığını, bununla bağlı xərc çəkdiyini bildirmişdir. Ona qarşı tələb əsassız olduğu üçün hüquqi yardıma görə çəkilən xərcin iddiaçıdan onun xeyrinə 1000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 87 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmiş, daha sonra isə həmin məhkəmənin 27 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 140 manat müəyyən edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan 140 manat alimentin həcmi artırılaraq 189 manat məbləğində müəyyən edilmişdir. Sonra isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 498/2020 saylı qətnaməsinə əsasən cavabdeh X1 tutulan 189 manat alimentin həcmi artırılaraq 250 manat məbləğində müəyyən edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)- 554/2021, xx.xx.2021 -ci il tarixli qətnaməsi əsasında tutulan alimentin həcmi artırılaraq 300 manat məbləğində müəyyən edilmişdir. Lakin 2022-ci ildə kommunal xərclərin artırılması, ərzağın, dərmanların, çörəyin qiymətlərin bahalaşması, Cavabdeh aldığı 300 manat aliment və əmək pensiyası onun xərclərini ödəməyə çatmır. Cavabdeh DGK-də işləyir, aylıq maaşı yetərincədir. Həm də hal-hazırda səhhətində yaranmış problemlərlə əlaqədar hər iki diz qapaqlarının dəyişməsi üçün tibbi əməliyyat olunmalı və müalicə almalıdır. Avrasiya Hospital klinikasının onların verdikləri sorğuya xx.xx.2022-ci il tarixli cavabında xəstəyə hər iki diz oynağının qonartrozu və kontrakturası” diaqnozu qoyulduğunu və bunun üçün bir diz oynağı üçün qoyulan implantın (amerika istehsalı) 4600 (dörd min altı yüz) manat, bir diz oynağı üçün cərrahi məsrəfin 2500 (iki min beş yüz) manat təşkil etməsi qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin KEŞ-338, xx.xx.2022-ci il tarixli ekspert rəyi də mövcuddur. Həmçinin İddiaçı ƏƏSMN-nin , №056604, xx.xx.2016-ci il tarixli vəsiqəsinə əsasən 2-ci qrup əlildir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərdən onun 17 .09 2020-ci il tarixdə X4 müayinə həkiminə 40 manat, xx.xx.2021-ci il tarixdə EKQ-görə 10 manat, xx.xx.2021-ci il tarixdə fizioterapiyaya görə X13 Centere 47 manat, fizioterapevtin məsləhətinə görə 35 manat, Zəfəran Hospitala xx.xx.2021-ci il tarixdə labarator müayinəyə görə 198 manat ödədiyinin məlum olmuşdur. Cavabdehin etiraz ərizəsində bildirdiyi iddiaçıya məxsus evi kirayə verməsi mümkün deyil, belə ki, həmin iki ev birləşdirilib, giriş-çıxışı birdir, hamam, mətbəx ümumidir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində göstərilənləri müdafiə edərək, bildirmişdir ki, İddiaçı “alimentin artırılması, tibbi əməliyyat və müalicə xərclərinin ödənilməsi” barədə tələbi əsassızdır. Beləki, iddiaçı cavabdehin anasıdır. Baxmayaraq ki, onlar bir mənzildə- Bünyad Sərdarov küçəsi ev 17 mənzil 22-də qeydiyyatdadırlar, 2007 -ci il tarixdən onlar ayrı yaşayırlar. Buna səbəb anasının xasiyyətinin cox çətin olması və 06 yanvar 2007-ci il tarixdə ailə qurduğu həyat yoldaşı X5 boşanmağı tələb etməsi olmuşdur. O, anasının tələbini yerinə yetirmədiyi üçün 2007-ci il tarixdə onları qeydiyyatda olduğu mənzildən qovmuşdur. Bir müddət onlar qaynatasının evində yaşadıqdan sonra həyat yoldaşı ilə kirayədə yaşamalı olublar. Lakin anasının ondan və həyat yoldaşından əl çəkmədiyi üçün 2011-ci il təvəllüdlü qızı və həyat yoldaşının təhlükəsizliyini təmin etmək üçün qızını təhsil alması üçün Almaniyaya göndərmiş və hazırda qızı Almaniyada həyat yoldaşı ilə birlikdə yaşadığını və orada təhsil aldığını, onların bütövlükdə onun himayəsində olduğunu qeyd etmişdir. Anası Bakı şəhərinin mərkəzi küçələrinin birində, Bünyad Sərdarov küçəsində, 17 saylı binada yerləşən 2 mənzilin-21 və 22 saylı mənzillərin mülkiyyətçisidir. O 5 otaqlı mənzildə yaşayır, maddi və mənzil təminatı çox yaxşıdır, yaşına görə fiziki cəhətdən sağlamdır. Lakin onun psixoloji problemi oduğu üçün onunla bir mənzildə yaşamaq qeyri-mümkündür. O hətta 1 saylı psixiatriya xəstəxanasında şəxsiyyətin cüzi paranoyal inkişafının cizgiləri diaqnozu ilə 2010-cu il tarixdə stasionar müalicədə olmuşdur. Cavabdeh Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qeydiyyatda olduğu mənzilə köçürülməsinə baxmayaraq anası ilə bir mənzildə yaşamağı mümkün olmadığı üçün kirayədə yaşadığını qeyd etmişdir. Ayda 2005 manat əmək haqqı alır. Həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladı onun himayəsində və öhdəsindədir. Ayda qızının xaricdə təhsil alması üçün bankdan götürdüyü krediti ödəyir. İddiaçı ayda pensiyadan (400 manata yaxın) əlavə 300 manat sabit pul məbləğində ondan aliment alır. Aylıq gəliri 700 manat təşkil edir. Beləliklə iddiaçının maddi durumu cavabdehdən yüksəkdir. Əgər həqiqətən də, onun maddi ehtiyacı varsa, ikinci mənzilini satıb ehtiyaclarını ödəyə bilər, cavabdeh isə kirayədə yaşayır. Onun hər ailə üzvünə ayda 600-700 manat düşmür, həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladı himayəsindədir. 29 noyabr 2017-ci il tarixdə Bank BTB ASC ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı olaraq o, ögey bacısı X2 məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Hər ay bank qarşısında kredit borcu öhdəliyi var. Hazırda maddi durumu iddiaçının durumundan zəifdir və mənzili də yoxdur. Anasına daima bir övlad kimi maddi yardım göstərmişdir. Lakin o kifayətlənməyərək ona qarşı aliment tələbi barədə dəfələrlə iddia qaldırmışdır. Hazırda Səbail Rayon Məhkəməsinin 2(009)-554/2021, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə ondan anasının xeyrinə 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bu məbləğ hətta 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumundan yüksəkdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat müəyyən edilmişdir. O isə anasına 2021-ci ildən 300 manat məbləğində aliment ödəyir. Anasının elə bir ağır xəstəliyi, əlavə xərclərə ehtiyacı yoxdur. Hazırda cavabdehdən tutulan alimentin miqdarının artırılmasına da heç bir əsas yoxdur, ondan tutulan aliment miqdarı 2022-ci ildə ölkə üzrə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumundan artıqdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərdən onun 17.09 2020-ci il tarixdə X4 müayinə həkiminə 40 manat, xx.xx.2021-ci il tarixdə EKQ-görə 10 manat, xx.xx.2021-ci il tarixdə fizioterapiyaya görə X13 Centere 47 manat, fizioterapevtin məsləhətinə görə 35 manat, Zəfəran Hospitala xx.xx.2021-ci il tarixdə labarator müayinəyə görə 198 manat ödədiyi məlum olur. 198 manat və 40 manat məbləğində olan ödəmələr isə alimentin miqdarı 300 manat məbləğində müəyyən edilən dövrədək olmuşdur. Ayrı-ayrı illərdə olan qəbzlərdən də anasının daima sağlamlığını düşündüyü, vaxtlı-vaxtında müayinələrdən keçdiyi və özəl klinikalarda müayinədən keçdiyi məlum olur. Bununla da onun maddi durumunun yaxşı olduğu görünür. İş üzrə keçirilən və əldə edilən məhkəmə tibbi ekspertiza rəyini mötəbər hesab etmirlər. Çünki mütəxəssis iddiaçının sözünə və onun Avrasiya Klinikasından aldığı arayışa əsasən rəy vermişdir. Zatən tələb söz yığımından ibarətdir və Avrasiya Klinikasının əsassız arayışına istinad edilmişdir. Ekspert rəyi əsaslandırılmadığı üçün qəbul edilməməli olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin sübutlarla bağlı tələblərinə cavab vermir. İddiaçıda olan xəstəlik ağır xəstəlik deyil, yaşla bağlıdır. O həmin əməliyyatı keçirmədən də yaşaya bilir, özü sərbəst hərəkət edir, məhkəmə iclaslarında iştirak edir və sağlamlıq durumu yaxşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 83-cü maddəsinə istinad edərək bildirmişdir ki, əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynləri saxlamadıqda və valideynləri ağır xəstə olduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə görə cəlb edilə bilərlər. Qanunvericiliyin imperativ hesab etmədiyi normada sadalan halların heç birinin mövcud deyil. Çünki ilk növbədə qanunverici əmək qabiliyyəti olmayan valideyni saxlamadıqda yetkinlik yaşına çatan övladı valideynlərinə görə əlavə xərclərdə iştirak edə bilməsini nəzərdə tutur. İddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ƏƏSMN tərəfindən verilən, №056604, xx.xx.2016-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-554/2021, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh 300 manat sabit pul məbləğində aliment tutması qət edilmişdir. İş materiallarında olan İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci tarixli, 11/1 №-li sorğusuna Avrasiya Hospital klinikası tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavabından görünür ki, xəstəyə “hər iki diz oynağının qonartrozu və kontrakturası” diaqnozu təyin edilmişdir və “hər iki diz oynağının total endoprotezləşməsi” cərrahi əməliyyatı tövsiyə olunmuşdur. Mövcud preyskuranta əsasən bir diz oynağı üçün qoyulan implant (amerika istehsalı) 4600 (dörd min altı yüz) manat, bir diz oynağı üçün cərrahi məsrəfin 2500 (iki min beş yüz) manat təşkil edəcəyi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin KEŞ-338, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala müraciət etmiş və ona “hər iki diz oynağının qonartrozu və kontrakturası” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda ona “hər iki diz oynağının qonartrozu və kontrakturası”nın olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar xəstənin hər iki diz oynağının endoprotezləşməsi cərrahiyyə əməliyyatına ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 orta aylıq gəliri 5250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 aylıq əmək haqqısı 2005 manat təşkil edir. İş materiallarında olan 19 avqust 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-dən 135.000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İİ qrup əlildir, cavabdeh iddiaçının yeganə övladıdır. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. Məhkəmə qətnamələri ilə bir neçə dəfə alimentin həcmi artırılmışdır. Sonuncu məhkəmə qətnaməsi ilə alimentin həcmi 300 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hər iki diz oynağının endoprotezləşməsi cərrahiyyə əməliyyatına ehtiyacı var, hər bir diz oynağı üçün qoyulan implant 4600 manat, bir diz oynağı üçün cərrahi məsrəf isə 2500 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həm işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinjn 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi ¼ hissədə alimentin artırılması ilə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində tutulur. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən alimentin həcmini sabit pul məbləğində artıra bilər. Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Ailə Məcəlləsinin 83-cü maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3-82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. Məhkəmə qeyd edilənlərə əsasən belə hesab edir ki, İddiaçı əməliyyat xərcləri 14200 manat müəyyən edildiyindən xərclərin yarı hissəsinin çəkilməsinə yeganə övladı X6 cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7100 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 91 (doxsan bir) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar