Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-927/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 2409 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2739 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də, 16.03.2018-ci il tarixində T/17515 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00038 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək), “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 27.03.2018-ci il tarixli 58/0837 saylı akt əsasında 777,60 manat; 2. 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; 3. 26.05.2018-ci il tarixli ******* saylı akt əsasında 112,20 manat; 4. 27.09.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; 5. 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 388,80 manat; 6. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; 7. 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 8. 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 9. 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 10. 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat;11.30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 12. 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 13. 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 21,60 manat; 14. 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 208,80 manat olmaqla, cəmi 2409 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi və izah etdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində özbaşına tikilmiş bir otaqlı evdə yaşayır. Onun evinə dair iddiaçı ilə onun arasında qazın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış və onun evinə qaz sayğacı quraşdırılmamışdır. 2018-ci ildə ona bildirmişlər ki, onunla qazın alış-verişinə dair müqavilə bağlandıqdan sonra evinə qaz sayğacı quraşdıracaqlar, lakin o bildimişdir ki, həmin müqaviləni yalnız sayğac quraşdırılandan sonra imzalayacaqdır. “Azəriqaz” İB-nin əməkdaşları qaz borusuna onun qoşulması üçün vintil quraşdırmış, lakin qaz sayğacı qoşmamışlar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillər onun yaşadığı özbaşına tikiliyə aid deyil. Onun yaşadığı evə qaz sayğacı quraşdırılmamış və ona abonent kodu da verilməmişdir. Onun tərəfindən qazın alqı-satqısına dair hər hansı müqavilə imzalanmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qazın alqı-satqısına dair müqavilədəki imza ona məxsus deyil. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 16.03.2018-ci tarixli, T/17515 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Cavabdeh ünvanına qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan təbii X4nın pozulması haqqında ******* nömrəli, 30.05.2019-cu il tarixli aktdan görünür ki, abonent mənzildə sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir. İş üzrə “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 30.03.2018-ci il tarixli qərara əsasən Cavabdeh 58/0837 saylı 27.03.2018-ci il tarixli akt əsasında 3888 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii X4nın pozulması haqqında 58/0837 nömrəli, 27.03.2018ci il tarixli aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilən zamanı təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edildi. İş üzrə “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 27.04.2018-ci il tarixli qərara əsasən Cavabdeh ******* saylı 27.04.2018ci il tarixli akt əsasında 648 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə tərəfindən mübahisəli üznvana keçirilmiş yerli baxış nəticəsində cavabdehə məxsus özbaşına tikiliyə hər hansı qaz sayğacının quraşdırılması müəyyən edilməmiş, eləcə də, müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki ev cavabdehə məxsus deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 16.03.2018-ci il tarixli T/17515 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Ona görə də, Cavabdeh iddiaçı qarşısında hər hansı vəzifəsi və öhdəliyi mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildən isə görünür ki, şəkillər cavabdehin yaşadığı özbaşına tikiliyə aid deyil.. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il il tarixli, 4/1277 saylı ekspert rəyindən görünür ki, mülki işin 102-103-cü vərəqlərində «Azəriqaz» İB-nin Bakı RQSD-nin rəisi X3 ilə Cavabdeh adlarından olan 16 mart 2018-ci il tarixli, T/175 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi qazın alqı-satqısı barədə müqavilənin sonunda «İstehlakçı» hissəsində «imza» qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində özbaşına tikiliyə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə cavabdeh arasında qazın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış və onun evinə qaz sayğacı quraşdırılmamışdır. Ona görə də, Cavabdeh iddiaçı qarşısında hər hansı vəzifəsi və öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “ maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-927/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-927/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver