Məhkəmə qərarları › İş №2(009)-932/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-932/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-932/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m-dən ibarət 4 otaqlı mənzili üzərində iddiaçı X1 və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı3 təhvil verilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 154.8 kv.m dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı2 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı2 təhvi verilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140.0 kv.m-dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı1 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140.0 kv.m-dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı4 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsində iddiaçılar cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət etmədiklərindən, riayət edildiyi halda isə buna dair sənəd təqdim etmədiklərindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar