Məhkəmə qərarları › İş №2(009)-934/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-934/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-934/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş kompensasiya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2020-ci il tarixdə Qax rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11034-1/01955/2/K saylı xx.xx.2011-ci il tarixli 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin 2(024)-407/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin ünvanının Səbail rayonunda yerləşdiyi üçün iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı teleqram vuraraq işin Qax rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında vəsatət təmin edilməmişdir. (Məhkəmə işi yalnız məhkəmə tərəfindən istənildikdə geri qaytarıla bilər. Qax rayon Məhkəməsindən isə belə müraciət daxil olmamışdır. Tərəflər yalnız məhkəmənin çıxarıldığı qərardaddan narazı qaldıqda baxılan məhkəməyə şikayət verə bilərdi. Qax rayon Məhkəməsi şikayətə baxılması üçün məhkəmədən işi geri qaytarılmasına dair müraciət edə bilərdi.) Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gərir ki, MPM-nini 261.0.1-ci maddəsinə əsasən (iş məhkəməmdə baxılmalı deyildirsə) mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən irəli sürülmüş tələbə inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara xarici valyutada olan kreditlərə dair kompensasiya ödənişlərinin ayrılıb-ayrılmaması, həmin ödənişlərin hesablanması və vətəndaşlara ödənilməsi üçün müvafiq banklardakı hesablara köçürülməsi səlahiyyətləri Azərbaycan Respublikası Maliyyə X2 məxsusdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə X3 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Mərkəzi Bank inzibati orqan olduğundan, məhkəmə hesab edir ki, həmin cavabdehə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyin «tələbləri» qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, inzibati orqanın hərəkətinə qarşı yönəlmişdir. Çünki, məhz həmin inzibati orqan Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanın (bundan sonra, Fərman) icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər. İddia ərizəsində Cavabdeh ASC-nin də cavabdeh qismində göstərilməsi isə vəziyyəti dəyişdirmir. Hər bir halda irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterlidir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci mad). Bu səbəbdən də şəxslər məhkəməyə müraciət etməmişdən əvvəl, müvafiq hərəkəti (öhdəliyi) yerinə yetirməli olan səlahiyyətli inzibati orqana müraciət etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11034-1/01955/2/K saylı xx.xx.2011-ci il tarixli 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun ona ödənilməsi tələbinə dair mülki işə məhkəmədə baxıla bilməz, bu səbəbdən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı onunla Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11034-1/01955/2/K saylı xx.xx.2011-ci il tarixli 034CASA113640002 saylı kredit müqavilələrinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun, kompensasiya ödənişləri üzrə yenidən hesabat aparılmasına və ödənilməmiş məbləğin və 30 manat dövlət rüsumunun ona ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddia tələbi Mərkəzi Banka qarşı qoyulmaqla inzibati məhkəməyə (Bakı İnzibati Məhkəmə) müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar