Məhkəmə qərarları › İş №2(009)-945/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-945/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-945/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi X8 və Cavabdeh iştirakları ilə, İddiaçı İKB ASC-nin (hazırki “xxxx” ASC) – cavabdehlər Cavabdeh, X3, X5 və X9 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC (hazırki “xxxx” ASC) – cavabdehlər Cavabdeh, X3, X5 və X9 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 17 noyabr tarixli kredit müqaviləsi üzrə banka 14244.54 manat əsas, 3478.71 manat faiz, 110.46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 17833.71 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, X1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh, X4 və X6 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2, Cavabdeh, X4 və X6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X11 ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərlə bank arasında razılıq əldə olunaraq mübahisə məhkəmədən kənar qaydada həll olunmuş, borc məbləği razılıq əsasında borclu tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunu ödədiyini, iddiaçının iddiadan imtinasının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı “xxxx” ASC-nin iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bildirən yazılı formada tərtib edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin (hazırki “xxxx” ASC) – cavabdehlər Cavabdeh, X3, X5 və X9 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı “xxxx” ASC-nin iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı “xxxx” ASC-nin nümayəndəsinə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar