Məhkəmə qərarları › İş №2(009)-95/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-95/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-95/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2685 (iki min altı yüz səksən beş) manat pulun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 29 may 2023-cü il tarixdə saat 01:15 radələrində X3 etibarnamə ilə idarə etdiyi “Opel Vita" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində hərəkətdə olan zaman onun idarə etdiyi "Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2025 (iki min iyirmi beş) manat maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı sığortaçı “Bakı Sığortaçı” tərəfindən ödəniş edilməmişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilinə dəymiş maddi ziyanla bağlı cavabdeh tərəfindən süründürməçilik edilərək dəymiş zərər ödənilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsi ilə bağlı bütun sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 2025 (iki min iyirmi beş) manat, qüsur aktının tərtib edilməsi üçün servisə 100 manat xidmət haqqı, taksi xidmətindən istifadə etdiyindən 500 (beş yüz) manat, 60 manat dəbbə pulu təşkil etmişdir. Qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən avtomobilinə dəymiş ziyan 2685 (iki min altı yüz səksən beş) manat pul onun xeyrinə ödənilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2075 (iki min yetmiş beş) manat təmir xərcinin, xx.xx.2023-cü il tarixdən 0.1 faizi həcmində dəbbə pulunun hesablanmasını, iddia tələbinin 3147 (üç min yüz qırx yeddi) manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin dəlilləri: qətnamə çıxarılması xahiş ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin tarixdən bugünə kimi 6 aydan çox vaxt keçmiş, lakin ona məxsus avtomobil hələ də təmir edilməmiş və o, avtomobilindən bugünə kimi istifadə edə bilməmişdir. Bu səbəbdən iddia tələbinin artırılması ilə bağlı müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş hesab-fakturadan görünür ki, "Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üzrə 100 manat məbləğində ödəniş edilmişdir. - Bakı şəhər DYP İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 01:15-də Bakıxanov küçəsində “Opel Vita" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Bakı şəhər DYP İdarəsinin xx.xx.2023-cü il tarixli TP5774702 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 01:15-də Bakıxanov küçəsində “Opel Vita" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. - xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə Aktından görünür ki, "Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ehtiyat hissələri üzrə 1309.32 manat, görülmüş işlər üzrə 449.15 manat, 316.53 manat ƏDV hesablanmaqla, ümumilikdə 2075 manat təşkil edir. - Müstəqil ekspert kimi qeydiyyatdan keçmiş X6 xx.xx.2023 cü il tarixli Avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasını tələb olunan xərclər üzrə qiymətləndirmə Aktından görünür ki, Toyota Corolla minik markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərək baş vermiş sığorta hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərər məbləği dəyişdirilməsi zəruri olan ehtiyyat hissələri üzrə 1285 manat, təmir-xidmət işlərinin dəyəri 240 manat olmaqla, ümumilikdə 1525 manat təşkil edir. - "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Toyota Corolla” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər onun seçimi ilə təyin olunmuş Müstəqil ekspert X6 tərəfindən təqdim olunmuş rəyə əsasən 1525,00 (min beş yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. Bank hesab rekvizitləri təqdim olunduğu və müvafiq sənədlər imzalandığı halda dəymiş zərər məbləğini hesabına köçürməyə hazır olduqlarını bildirirlər. - 15 dekabr 2023-cü il tarixli 9/8959 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 2017-ci il buraxılışlı “Toyota Corolla” markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2074,0 manat müəyyən olunur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 may 2023-cü il tarixdə saat 01:15 radələrində X3 etibarnamə ilə idarə etdiyi “Opel Vita" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində hərəkətdə olan zaman İddiaçı idarə etdiyi "Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, hadisə zamanı “Toyota Corolla" markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi olaraq sığorta ödənişi ödənilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubla bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Toyota Corolla” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər onun seçimi ilə təyin olunmuş Müstəqil ekspert X6 tərəfindən təqdim olunmuş rəyə əsasən 1525,00 (min beş yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. Bank hesab rekvizitləri təqdim olunduğu və müvafiq sənədlər imzalandığı halda dəymiş zərər məbləğini hesabına köçürməyə hazırdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi Toyota Corolla" markalı, **-EK-*** avtomobillə “Opel Vita" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində avtomobilə zərər vurulması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, tərəflər arasında vurulmuş ziyanın məbləği ilə bağlı razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (923.4) - 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi Qiymətləndirmə aktına görə zərər 2075 (iki min yetmiş beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(009)-1790/2023 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli 9/8959 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 2017-ci il buraxılışlı “Toyota Corolla” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 2074,0 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini, dəymiş zərərin 2074 (iki min yetmiş dörd) manat həcmində müəyyən olunmasını mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 2074 (iki min yetmiş dörd) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianı qalan hissələrdə əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəf qüsur aktının tərtib edilməsi üçün servisə könüllü olaraq 100 manat ödəmişdir. Bundan başqa, taksi xidmətinə 500 (beş yüz) manat xərc çəkməsini qeyd etsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulunun ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərci iş üzrə ümumilikdə ödənilmiş 78 (qırx səkkiz) manat dövlət rüsumu və təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 2074 (iki min yetmiş dörd) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 40,74 (qırx manat yetmiş dörd qəpik) manat hissəsi "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 2074 (iki min yetmiş dörd) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 40,74 (qırx manat yetmiş dörd qəpik) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar