Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-957/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı nümayəndəsi-vəkili X7 və cavabdeh X1 nümayəndəsi-vəkili X4 iştirakları ilə, İddiaçı – cavabdehlər X3 və Cavabdeh2 qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər X3 və Cavabdeh2 qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə müştərək qaydada 2589 manat vurulmuş maddi ziyana və 2000 manat əldən çıxmış faydaya görə pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh2 xx.xx.2019-cu il tarixdə idarə etdiyi və digər Cavabdeh1 məxsus “Hyundai Aksent” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əmircan qəsəbəsindən məscid istiqamətinə hərəkət edərkən qarşıda gedən bir avtomobilin qəflətən tormozlama etməsini görüb və həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sol tərəfə istiqamətləndirən zaman avtomobil idarəetməni itrib yolun sol əks zolağında dayanmış vəziyyətdə olan iddiaçıya məxsus “X9” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi ilə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə xeyli miqdarda ziyan vurmuşdur. Suraxanı rayonu DYPŞ-nin Yol patrul xidməti tərəfindən Cavabdeh2 barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonradan müəyyən olunmuşdur ki, cavabdehə məxsus sözügedən avtomobil sığortalanmamışdır. İddiaçı öz hesabına avtomobilini təmir etdirmiş və bunun üçün 2589 manat xərc çəkmişdir. Bundan başqa iddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobildən istifadə edə bilmədiyi dörd ay ərzində təxminən 2400-3200 manat fayda itirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin X2 münasibətdə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada digər Cavabdeh2 məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılması mümkün sayılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından olan: İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, Cavabdeh2 izahatında göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, idarə etdiyi “Hyundai Aksent” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əmircan qəsəbəsindən məscid istiqamətinə hərəkət edərkən qarşısında gedən bir avtomobilin qəflətən tormozlama etməsini görmüş və həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sol tərəfə istiqamətləndirən zaman avtomobil idarəetməni itirib yolun sol əks zolağında dayanmış vəziyyətdə olan bir yük avtomobili ilə toqquşmuşdur. Nəticədə müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi “Hyundai Aksent” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əmircan qəsəbəsindən məscid istiqamətinə hərəkət edərkən qarşısında gedən bir avtomobilin qəflətən tormozlama etməsini görmüş və həmin avtomobil ilə toqquşmamaq üçün sükanı sol tərəfə istiqamətləndirən zaman yolun sol əks zolağında dayanmış vəziyyətdə olan İddiaçı məxsus olan “X9” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş və toqquşma nəticəsində yük avtomobilinə ziyan dəymişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 9/3702 №-li məhkəmə ekspertizası tərəfindən verilmiş rəyin təsviri hissəsindən aydın olur ki, xx.xx.2020-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən 2008-cü il buraxılışlı «X9» markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 791 manat, dəyişilməli hissələrinin qiyməti 1460 manat olmaqla ümumi zərər 2251 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi məhz avtomobilə dəymiş zərər məbləğinin Cavabdeh2 tutulması hissəsində təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, İddiaçı iddia tələbi qismən əsaslıdır, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərərin məbləği 2251 manat müəyyən edilməli və həmin pul vəsaiti nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin 2000 manat əldən çıxmış faydanın cavabdehlərdən tutulması hissəsi əsassız olduğundan və iddia tələbi həmin hissədə təsdiq edilmədiyindən təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 100 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumu və xx.xx.2020-ci il tarixli 9/3702 №-li məhkəmə ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 100 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2251 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi cavabdeh X5 alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərlərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə cavabdeh X5 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-957/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-957/2020
20.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver