Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-957/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 195,21 AZN əsas, 292,84 AZN cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 31,77 borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçını nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə baxılmadan iddia ərizəsinin və əlavə olunmuş materialların geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, cavabdehin məhkəmə iclasına gəlməməsi işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı ASC-nin - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-957/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-957/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver