Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-958/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasının əsası kimi DünyaGöz Xəstəxanasında çalışan türk aftolmoloq Dorukan Akıncı tərəfindən gözündə aparılan əməliyyatın nəticə verməməsini və görmə qabiliyyətini itirməsini göstərmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı X2 analoji iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Səbail rayon məhkəməsinə müraciət etsə də, məhkəmənin həmin tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və qeyd edilmişdir ki, iddiaçı AR MPM-nin 149-cu maddəsinin tələbllərinə riayət etmədən verilməsi göstərilmişdir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən qərardadda göstərilən nöqsanlardan birinə riayət edib pretenziya qaydasında cavabdehə məktub ünvanlasa da, qeyd edilən digər nöqsanı aradan qaldırmamış, cavabdeh qismində yalnız “DüynaGöz” xəstəxanasını göstərsə də, tələbi həm xəstaxanaya həm də həkimə qarşı yönəltmişdir. Hakim qeyd edir ki, iddia ərizəsi yenə də AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı təkrar verdiyi iddia ərizəsində də cavabdeh kimi Cavabdeh MMC-ni göstərsə də, uğursuz əməliyyat üçün ödədiyi vəsaitin həm Cavabdeh MMC, həmdə həmin xəstəxanada çalışan və əməliyyatı icra etmiş türk aftolmoloq Dorukan Akıncıdan müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin əməliyyatı icra etmiş həkimi cavabdeh qismində iddia ərizəsində göstərməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən də imzalanmamışdır. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyindən və iddia ərizəsi imzalanmadığı üçün iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən və imzalanmadığından iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151.1, 152.2.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-958/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-958/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver