Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-978/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının kxxxxibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibxxxxi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün heç bir əsaslı maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş X4 yetkinlik yaşına çxxxxanadək saxlanılması üçün ayda 105 manxxxx aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Aliment məbləğinin övladının saxlanılması üçün kifayət etməməsi səbəbindən o, cari ilin oktyabr ayında aliment məbləğinin artırılmasına dair Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək alimentin 300 manxxxx - sabit pul məbləğində tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən onun iddiası qismən təmin edilmiş və cavabdeh İ.Dadaşov tərəfindən aylıq 170 manxxxx sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmışdır. Bu ərəfədə ona məlum olmuşdur ki, Cavabdeh aktiv olaraq kommersiya fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən də o, Azərbaycan Respublikasının İqtisadiyyxxxx Nazirliyinə ərizə ilə müraciət etmiş və alınmış cavab məktubunda Cavabdeh həqiqətən də geniş kommersiya fəaliyyəti ilə məşğul olması tam təsdiq olunmuşdur. Hal-hazırda X4 7 yaşı vardır. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamələrdə qeyd olunmuş aliment məbləğləri (105 manxxxx və 170 manxxxx) ağır xəstəliyə (qan xərçəngi) düçar olmuş və onun borc-xərc etdiyi pullar hesabına malicə olunan övladının heç 1 həftəsinə belə çxxxxmır. Uşağın bütün qayğısı və ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda xxxxasına qarşı ehtiyac və tələbxxxx artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbxxxxlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, alimentin həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) dörddə bir hissəsi miqdarında tutulması barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin başqa gəlirlərinin olmasını və uşağın ağır xəstəliyə düçar olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən aylıq 250 manxxxx sabit pul məbləği, eyni zamanda da qazancın (gəlirin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çxxxxmayan xx xxxxxx 2014-cü il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çxxxxana qədər Cavabdeh 250 manxxxx sabit pul məbləği, eyni zamanda da qazancın (gəlirin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahxxxxında göstərmişdir ki, cavabdeh alimentdən başqa hər hansı ödəniş həyxxxxa keçirmir. Belə ki, onun uşağı ankoloji leykox xəstəsidir, bununla əlaqədar mütəmadi tibbi müayinələrdən keçir və müalicəsinə pul xərcləyir. Lakin cavabdeh isə həmin xərclərin çəkilməsinə ona köməklik göstərmir. Məhkəmə iclasında izahxxxxı alınmış Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək öz izahxxxxında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri reallığı əks etdirmir. Belə ki, cavabdeh aylıq aliment ödənişlərindən başqa uşağın aylıq bacça xərcini, məktəbəqədər təhsil pulunu ödəyir. Eyni zamanda Talasimiya Mərkəzinə 1000-1500 manxxxx məbləğində ödənişlər etmişdir. Yəni iddiaçının qeyd etdiyi kimi cavabdehin digər xərclərdə iştirak etməməsi barədə dəlilləri əsassızdır. Digər tərəfdən bir neçə ay bundan qabaq, yəni 2020-ci ilin noyabr ayında alimentin artırılması barədə iddiaçı Ü,Həsənbəyovanın ididası qismən təmin edilərək aliment məbləği 170 manxxxx həddində artırılmışdır. Həmin vaxtdan uzun müddət keçməmiş və artım yalnız o halda həyxxxxa keçirilə bilər ki, cavabdehin maddi təminxxxxında dəyişiklik olsun. Belə bir hal hazırki vaxtda mövcud deyildir. Cavabdeh bir neçə şirkətin rəhbəri və “xxxx” MMC-nin direktoru olsa da, pandemiya ilə əlaqədar həmin şirkətlər fəaliyyət göstərmir, hər hansı qazanc mövcud deyil. Əmək haqqı kimi müəyyən edilən məbləği də cavabdeh almır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir . Məhkəmə tərəflərin izahxxxxlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyxxxx şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh və X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 215 No ilə qeyd edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, xxxxası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyxxxx Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, xx.xx.2020-ci il tarixə olan məlumxxxxlarına əsasən Cavabdeh ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır və hal-hazırda fəaliyyəti aktivdir. Eyni zamanda adı qeyd edilən şəxs “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********) və “xxxx” MMCnin (VÖEN **********) rəhbəri kimi qeyd edilmiş, “xxxx” MMC-nin isə uçota olması barədə məlumxxxx aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixə olan uçot məlumxxxxlarında “xxxx” MMC və “xxxx” MMC-nin fəaliyyəti aktiv, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin fəaliyyəti isə dayandırılmış vəziyyətdədir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-2340/2020 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çxxxxanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 105 manxxxx alimentin həcmi artırılaraq, 170 manxxxx sabit pul məbləğində müəyyən edilməsi və həmin 170 manxxxx pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çxxxxanadək) İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin yetkinlik yaşına çxxxxmayan xx.xx.2014-cü il təvəllüdlü İbrahim adlı uşağı var. Tərəflər arasında olan nikah 2013-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuş və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Sonradan həmin aliment məbləği Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artırılaraq 170 manxxxx məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC-nin direktoru (rəhbəri) vəzifəsində işləyir və 800 manxxxx aylıq əmək haqqı alır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi pandemiya ilə əlaqədar şirkətin fəaliyyət göstərməməsini və cavabdehin aylıq əmək haqqı almamasını bildirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində başqa gəlirlərinin olmasını və uşağın ağır xəstəliyə düçar olmasını nəzərə alaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq aylıq 250 manxxxx sabit pul məbləğində, eyni zamanda da qazancın (gəlirin) dörddə bir hissəsi miqdarında müəyyən edilməsni xahiş etmişdir. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çxxxxmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn nxxxxura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, alimentin həm sabit, həm aylıq hissə ilə tutulması o halda yol verilir ki, aliment ödəyən şəxsin gəlirləri qeyrimüntəzəm və dəyişən olsun. İddiaçı iddia ərizəsində cavabdehin sahibkarlıq fəaliyyəti məşğul olub başqa gəlirlərinin olmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla belə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş məlumxxxxdan görünür ki, cavabdeh “xxxx” MMC-nin direktoru (rəhbəri) vəzifəsində işləyir və 800 manxxxx aylıq əmək haqqı alır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan aliment sabit pul məbləği şəklində müəyyən edilsə də, hazırda həmin alimentin miqdarı cavabdehin aylıq qazancının 1/4 hissəsindən azdır. Qanunverici əmək haqqı müntəzəm olduğu halda alimentin aylıq hissə kimi tutulmasını müəyyən edir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında pandemiya ilə əlaqədar şirkətin fəaliyyət göstərməməsini və cavabdehin əmək haqqı kimi göstərilən məbləği almaması barədə izahxxxxını nəzərə alaraq hesab edir ki, hazırki vaxtda alimentin məbləği sabit pul məbləği şəklində müəyyən edilməlidir. Məhkəmə cavabdehin rəsmi əmək münasibətində olduğu iş yerində olan əmək haqqısını (800 manxxxx) 1/4 hissəsinin 200 manxxxx təşkil etməsini, pandemiya ilə bağlı həmin şirkətin fəaliyyətində fasilələrin olmasını nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur və bu məbləğ 200 manxxxx həddində müəyyən edilməlidir. Lakin məhkəmə eyni zamanda cavabdehdən əmək haqqısının 1/4 hissəsi miqdarında da alimentin tutulmalı olması barədə iddiaçının tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə o zaman alimentin miqdarını həm sabit, həm aylıq əmək haqqının bir hissəsi kimi müəyyən edir ki, borclunun həm müntəzəm gəlirləri, həm müntəzəm gəlirdən başqa dəyişən gəlirləri olsun. Lakin iddiaçı tərəfindən cavabdehin belə qazanclara malik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün, ondan alimentin iddia tələbində göstərilən şəkildə tutulması qanuni hesab edilə bilməz. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən cavabdeh ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınsa da və “xxxx” MMC-nin, “xxxx” MMC-nin), “xxxx” MMC-nin, “xxxx” MMC-nin və “xxxx” MMC-nin rəhbəri kimi qeyd edilsə də, onun müntəzəm gəlirdən başqa dəyişən gəlirə və ya qazanca malik olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yarxxxxmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminxxxx almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manxxxx məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminxxxxının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminxxxx almaq hüququ vardır. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 200 manxxxx aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manxxxx məbləğində pul tutulmalıdır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çxxxxana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(009)-2340/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 200 (iki yüz) manxxxx sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 200 (iki yüz) manxxxx məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manxxxx məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev