Məhkəmə qərarları › İş №2(009)-98/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-98/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-98/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 2-ci mərtəbədə yerləşən 34 saylı mənzilə delikt nəticəsində dəymiş zərərin əvəzi kimi 6655 manat və ödənilmiş 86.55 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 34 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh Əliyev X4 Əliyeva küçəsi, ev 21, mənzil 34-ə qonşu blokun 3-cü mərtəbəsində yerləşən 63, 64 və 65 saylı mənzillərin mülkiyyətçisidir. Cavabdeh mülkiyyətində olan mənzillərdən su sızması nəticəsində 34 saylı mənzilə ziyan dəymişdir. Su sızma və bunun nəticəsində 34 saylı mənzilə maddi ziyanın dəyməsi barədə cavabdehə dəfələrlə məlumat verilsə də, cavabdeh maddi ziyanın əvəzinin ödənilməsi üçün heç bir tədbir görməmiş, əksinə əməlinin məsuliyyətini çəkməkdən yayınmışdır. Buna görə də, məsələ ilə bağlı müvafiq tədbir görülməsi üçün “102” Xidməti-zəng mərkəzinə müraciət edilmişdir. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 47-3/2-E-3/52 saylı məktubu ilə işin mülki xarakterli olması bildirilmiş və mülki qaydada rayon məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. Daha sonra isə məsələ ilə bağlı tərəfindən xx.xx.2023-cü il tarixində 5 saylı MKİS-ə ərizə verilmiş, MKİS əməkdaşları tərəfindən mənzilə baxış keçirilərək, xx.xx.2023-cü il tarixli, 61 saylı akt tərtib olunmuşdur. Həmin aktda göstərilmişdir ki, “həqiqətən də 63, 64, 65 saylı mənzildə hamam otağında yerləşən duşun borusu sıradan çıxdığından və mənzildə heç kəs olmadığından axan su alt hissədə olan boşluğa yığılmış və oradan da 34 saylı mənzilə su axıntısı olmuşdur. Görülən tədbirlər nəticəsində mənzilində sıradan çıxan su xətti mənzil sahibi tərəfindən bərpa edilmişdir və hal-hazırda həmin ünvanda su-axıntısı yoxdur.” xx.xx.2023-cü il tarixində AR “X2” su sızmasının baş verməsi, əgər baş verirsə hansı mənzildən baş verməsi və su sızması nəticəsində dəymiş zərərin aradan qaldırılmasına sərf ediləcək vəsaitin miqdarı barədə suallar ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, 87 saylı mütəxəssis rəyi ilə də, 34 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzillərdən su sızması baş verməsi öz təsdiqini tapmışdır. Həmçinin mütəxəssis tərəfindən üst mərtəbədəki mənzilə baxış keçirilməsi zəruri hesab edilsə də, mənzilin qapısı bağlı olduğu üçün bu mümkün olmamışdır. Su sızması nəticəsində mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün zəruri olan vəsait 6655 manat müəyyən edilmişdir. Eyni zamanda su sızma nəticəsində 34 saylı mənzildə yaranmış qüsurların foto görüntüləri mütəxəssis rəyində göstərilmişdir. Göründüyü kimi, Cavabdeh hərəkətsizliyi nəticəsində iddiaçıya 6665 manat məbləğində zərər dəymişdir. Cavabdeh əməllərində normal qonşuluq və sosial məsuliyyətlərə sığmayan etinasızlıq və məsuliyyətsizlik müşahidə olunur, bu da öz növbəsində onun mənzil hüquqlarının pozulmasına səbəb olur. xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh Rafıq oğlu cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı qanuna zidd hərəkətləri üzündən, təxminən son 2 ay ərzində ona dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Rafıq oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il təvəllüdlüdür. ünvan 2 ünvanında pasport qeydiyyatındadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ailə üzvləri kifayət qədər sakit təbiətlidir. Yaşadıqları məhəllədə qonşularla qarşılıqlı hörmət əsasında yaşayırlar. Ailə üzvlərinin hər birinin cəmiyyətdə, o cümlədən qonşular və qohumlar arasında xüsusi hörməti var. Daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriyalı xx.xx.2011-ci il tarixli çıxarışla 63/64/65/67 saylı mənzil onun adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı onun alt qonşusudur, 34 saylı mənzildə yaşayır. Cavabdehlə aralarında onun mənzilinə su sızması ilə bağlı problem yaranmış, bunun onların təqsirindən yaranmadığını sübuta yetirməyə çalışsa da, cavabdeh əks mövqedə dayanmış, hətta onlarla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə şikayət vermişdir. Daha sonra cavabdeh, xx.xx.2023-cü il tarixli, delikt nəticəsində mənzilə dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə onu məhkəməyə verib. İddia tələbini belə əsaslandırmışdır ki, guya onun mənzilindən axan su nəticəsində cavabdehin mənzilinə ziyan dəymişdir və bununla bağlı dəyən ziyan üçün 6655 manat tələb etmişdir. Səbail rayonu 5 saylı Mənzil- Kommunal İstismar Sahəsi mənzilə baxış keçirmədən bununla bağlı qanunsuz akt da tərtib etmişlər. Aktda düzgün olaraq onun eyvanı ilə qonşunun tavanının arasında boşluq olması qeyd olmasına baxmayaraq, bu boşluqda şifer örtüyü olmaması və tavanın düzgün quraşdırılmaması əks olunmayıb. Bundan başqa, bu boşluğa onun mənzilindən su sızması da düz deyil. MİS-dən bildirilir ki, bu akta imza çəkən MİS-in mühəndisi öz işində olan nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bu xəbəri eşitdikdən sonra onun ailə üzvləri o cümlədən, o, xüsusi narahatlıq keçirmişlər. Çünki cavabdeh İddiaçı haqsız yerə bu mübahisəni açmış, ona və ailə üzvlərinə stress yaşatmışdır. Belə ki, cavabdeh qanunsuz olaraq mənzilinin böyüdərək, onun eyvanının alt hissəsinə müdaxilə etmiş, onun eyvanının altında düzgün tavan quraşdırmamış və bu səbəbdən onun texniki kommunikasiyalarına nəzarət imkanı itmişdir. Lakin o, qonşu olduqlarını düşünüb bu barədə cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Qonşunun tavanı ümümilikdə bərbad vəziyyətdədir, bu illər ərzində mütəmadi olaraq yağışlar vaxtı tavanı onun eyvanına heç bir adiyyatı olmayan yerlərdən su buraxıb, onun rəhmətlik atasının və özünü bir neçə dəfə tavanlarında su sızması yerini axtardığını öz eyvanından görmüşdür. Cavabdehin mənzili 20 il ərzində bu yağış suylannm sızmalarından bərbad vəziyyətə düşüb və indi onun hesabına mənzilini təmir etdirmək istəyir. Mənzilinə su axıntısı olmuşsa da belə, bu onun öz təqsiri ucbatından yaranmışdır. Əgər mənzilini qanunsuz olaraq böyütməsəydi və tavanı düzgün quraşdırsaydı, onun eyvanı ilə cavabdehin tavanı arasında 1 metrə yaxın acıq məsafə olardı və su axsaydı belə, şiferin üstündən axıb kanalizasiyaya gedərdi. Cavabedehin ona qarşı belə mövqedə durması, onu və ailə üzvlərini sarsıtmışdır. Cavabdeh tərəfindən haqsız olaraq belə tələbin irəli sürülməsi, o cümlədən qanunsuz olaraq 5 saylı MKİS-in tərtib etdiyi akt onu və həyal yoldaşını çox pis vəziyyətə salmışdır. Yoldaşı və onun həmin gündən mütəmadi olaraq təzyiqləri qalxır, özlərini çox pis hiss edirlər. Əlbəttə ki, yaşları da nəzərə alınarsa, bu onlar üçün həyati təhlükə yaradacaq vəziyyətə gəlib çıxmışdır. Cavabdeh tərəf dəfələrlə yaşadıqları yerdə onlarla mübahisə etmişdir, onları polis və məhkəmə ilə hədələmişdir, qonşular arasında onları onun mənzilini bərbad vəziyyətə salanlar kimi qələmə verir. Yuxarıda göstərdiyi xüsusatlar onun yaşadıqlarının cüzi bir hissəsidir. İddiaçı daima onu və ailə üzvlərini stres altında saxlayır, səbəbsiz olaraq ondan dövlət qurumlarına şikayət edir, nəticədə həyatları əsəb gərginliyi ilə keçir. Hər dəfə aralarında baş verən mübahisələr zamanı o, cvabdehin onun oglunu provokasiya edib, davaya salmağından narahat olur. Bundan başqa, onlarla qonşuluq etmək mümkünsüz olmuşdur. İddiaçı ona və ailəsinə qarşı etdiklərini sözlə ifadə etməkdə çətinlik çətir. Bu gün o özünün və ailə üzvlərinin haqqlarını qorumaqda çətinlik çəkir və o və ailə üzvləri İddiaçı kimi adamların hücumlarına məruz qalır. Cavabdehin ona və ailə üzvlərinə vurduğu maddi və mənəvi zərər, şərəf və ləyaqətlərinin alçaldılması buna əyani subutdur. Bu günə qədər həmin şəxslər bu yolla onu və ailəsini yaşadıqları ünvandan sürgün elətdirmək istəyirlər, halbuki o və ailə üzvləri, cavabdeh də daxil olmaqla, bütün qonşulara qarşı hər zaman xoş mövqedə dayanmış və hörmət bəsləmişlər. Artıq nə mənəvi, nə də fiziki gücləri qalmayıb. Övladlarına görə çox narahatdır. Ona görə də, məhkəməyə müraciət edir. Bütün bu olanlara görə, o, dərindən mənəvi sarsıntı çəkmişdir. Bununla da, fiziki sağlamlığına ciddi zərər dəymişdir. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirmişdir. Bu hadisələr zamanı ürək təzyiqi kəskin artaraq, yoldaşının şəkəri çox yüksək həddədi, onları ölümcül vəziyyətə saldı. Bildirmək istəyir ki, cavabdehin qanunazidd hərəkətlərinin təsiri nəticəsində ciddi əsəb gərginliyi və stress keçirir. Həmçinin cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti alçaldılmışdır. Bundan başqa, hesab edir ki, cavabdehlərin qanuna zidd hərəkətləri üzündən ona dəymis mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 3000 (üç min) manat məbləğindədir. Ona görə də, hesab edir ki, cavabdeh İddiaçı qanuna zidd hərəkətləri üzündən, təxminən son 2 (iki) ay ərzində ona dəymiş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Rafıq oğlunun cavabdeh İddiaçı qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(009)-1829/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Cavabdeh ona qarşı “mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi” tələbinə dair iddiasını qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə İddiaçı iddiasını qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və bildirmişdir ki, onun mənzilindən iddiaçının mənzilinə heç vaxt su axıntısı olmamışdır, çünki onların mənzillərinin heç bir kontaktı da yoxdur. Onun evinin eyvanının cavabdehin mənzilinin damı ilə aralarında bir metrə yaxın məsafə var. 5 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli aktından da görünür ki, 63, 64, 65 saylı mənzildə su xəttində baş vermiş qəza nəticəsində mənzildən axan su 63, 64, 65 saylı mənzilin alt hissəsindəki boşluğa yığılaraq, oradan da 34 saylı mənzilə axmışdır. Onun mənzilinin alt hissəsində olan boşluğun qarşısı iddiaçı tərəfindən bağlandığı üçün onlar həmin boşluqdan öz mənzillərinin su və kanalizasiya xətlərinə nəzarət edə bilmirlər. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh iddiası təmin edilməməlidir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 5 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 34 saylı mənzildə yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə MKİS-nə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilin üst mərtəbəsində yerləşən 63, 64, 65 saylı mənzildən (mənzil sahibi Cavabdeh) su xəttində baş vermiş qəza nəticəsində mənzildə heç kəs olmadığından yığılan su 63, 64, 65 saylı mənzilin alt hissəsindəki boşluğa yığılaraq, oradan da 34 saylı mənzilə axmışdır. Tərəflərindən yerində baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən də, 63, 64, 65 saylı mənzildə hamam otağında yerləşən duşun borusu sıradan çıxdığından və mənzildə heç kəs olmadığından axan su alt hissədə olan boşluğa yığılmış və oradan da 34 saylı mənzilə su axıntısı olmuşdur. Görülən tədbirlər nəticəsində mənzilində sıradan çıxan su xətti mənzil sahibi tərəfindən bərpa edilmişdir və hal-hazırda həmin ünvanda su axıntısı yoxdur. İş materiallarında olan “X3” MMC-nin 87 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı zamanı ünvan 3 ünvanında, 3-cü mərtəbədə yerləşən 34 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən su sızması baş vermişdir. ünvan 3 ünvanında, 3-cü mərtəbədə yerləşən 34 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin 6655,0 manat olduğu müəyyən edildmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 63/64/65/67 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8219 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 34 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 34 saylı mənzilə yuxan mərtəbədə yerləşən 63,64,67 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 63,64,67 saylı mənzilə aid su borularının, kanalizasiya xətlərinin dəyişdirilməsinə zəruriyyətin olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 34 saylı mənzilə su sızması 63,64,67 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 63,64,67 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifade edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 21 saylı evin 34 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1951,0 manat məbləğində müəyyən edilir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməklə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1951 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı Cavabdeh iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh iddia tələbi üzrə iirəli sürdüyü dəlillər yuxarıda sadalanan qanunvericilik normalarına əsasən şərəf və ləyaqətin açaldılması kimi qiymətəndirilməsi üçün hüquqi əsas yaratmır, iddiaçı Cavabdeh onun şərəf və ləyaqətinin ləkələlənməsi və ona mənəvi ziyan dəyməsinə dair hər hansı sübutu, məhkəməyə təqdim etməmiş, öz iddia tələbinin əsası kimi istinad etdiyi halları və etirazları məhkəmə baxışında sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 1951 (bir min doqquz yüz əlli bir) manat və ödənilmiş 86,55 (səksən altı manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar