Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-985/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh X5 qarşı «nikahın pozulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X8 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X9 arasında 30.11.2016-cı il tarixdə 2 saylı ASAN Xidmət Mərkəzində qeydə alınmış (1628 nömrəli qeyd ilə) nikahın pozulması, birgə nikahdan olan 26 iyun 2018-ci il təvəllüdlü X6 cavabdehin himayəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X9 ilə 30 noyabr 2016-cı ildə 2 saylı Bakı ASAN Xidmət Mərkəzində nikah qeydi (qeydiyyat nömrəsi 1628) alınmışdır. Birgə nikahdan bir uşaq - 26 iyun 2018-ci il təvəllüdlü X11 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş, birgə yaşamaqları dözülməz olmuşdur və artıq xeyli vaxtdır ki, ayrı yaşayırlar və nikahları yalnız kağız üzərində qalmışdr. Artıq cavabdehlə birgə yaşamaları və ailənin saxlanması qeyrimümkündür. Ailə münasibətlərinin bərpası ehtimalı yoxdur. Ona görə də, aralarında olan nikahın hüquqi cəhətdən də pozulması qaçılmazdır. Birgə nikahdan olan uşağın ananın yanında saxlanması ilə bağlı cavabdehlə razılaşmışlar. Uşağın saxlanması üçün maddi yardım göstərir və cavabdehin istədiyi halda alimentin minimum məbləğdən az olmayaraq müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və onun rəsmi iş yeri və əmək haqqı olduğu üçün ondan cavabdehin xeyrinə uşağın saxlanılması üçün alimentin qazancının 1/4 hissəsində tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, nikahın pozulmasına razı olduğunu, birgə nikahdan olan 26 iyun 2018-ci il təvəllüdlü X1 üçün iddiaçıdan qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 165384 nömrəli, 30.11.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X10 arasında nikah 30 noyabr 2016-cı il tarixdə bağlanmış, 1628 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əlizadə” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 138756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 iyun 2018-ci il tarixdə anadan olmuşdur, atası X8, anası X7r. İş materiallarında olan AA1324374 5BAQJ10 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 30.08.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA3223701 4P53TWE nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 26.10.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan cavabdeh X9 tərəfindən məhkəməyə ünvanlanmış 10.05.2022-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçı ilə aralarında olan nikahın pozulmasına etiraz etmir. Birgə nikahdan doğulmuş 26.06.2018-ci il təvəllüdlü X1 üçün iddiaçının qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi qədər alimentin tutularaq ona ödənilməsi barədə qərar qəbul etməsini xahiş edir. İş materiallarında olan cavabdeh X4 notariat qaydasında təsdiq olunmuş 16.04.2022-ci il tarixli ərizəsindən görünür ki, o, nikahın pozulmasına razıdır, birgə nikahdan olan 26 iyun 2018-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmasını, iddiaçının birgə nikahdan uşağın saxlanılması üçün maddi yardım etdiyini nəzərə alaraq, onun saxlanılması üçün alimentin qanunla yol verilən minimum həddə müəyyən edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı ilə cavabdehin birgə yaşaması və ailənin qorunub saxlanılması imkanları tükənmişdir. Ailənin bərpası qeyri-mümkündür, iddiaçı nikahın pozulmasında israrlıdır, cavabdeh isə buna etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci və 20.2-ci maddələrinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 26.06.2018-ci il təvəllüdlü X6 anası X4 yanında qalması məsələsini həll edərkən uşağın yaşını, onun halhazırda da anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaq anası X4 yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda nikahın pozulması haqqında qətnamə qəbul edildikdə məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə 26.06.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə iddiaçıdan alimentin hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması ədalətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentlə bağlı hazırkı nəticəyə tərəflərin maddi və sosial statusları, uşağın yaşı və digər hallar nəzərə alınmaqla gəlinmişdir. Odur ki, tərəflərin hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin dəyişməsindən asılı olaraq, eləcə də, uşağın yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tutulacaq alimentin məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, X8 ilə X9 arasında 30 noyabr 2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 1628 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 26.06.2018-ci il təvəllüdlü X11 anası X12 qızının yanında saxlanılmalı, X2, 16.04.2022-ci il tarixdən başlayaraq, 26.06.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. X8 ilə X9 arasında 30 noyabr 2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 1628 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 26.06.2018-ci il təvəllüdlü X11 anası X4 yanında saxlanılsın. X2, 16.04.2022-ci il tarixdən başlayaraq, 26.06.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X5 ödənilsin. X13 oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-985/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-985/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver