Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-99/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 24.10.2017-ci il tarixli 27L000000300S saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 176 (yüz yetmiş altı) ay müddətində, kredit xəttinin məbləği 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.06.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5161.03 manat ödəmiş, onun 7838.97 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3 bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcun« ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27.08.2021-ci il taı 449 gün üçün hesablanmış faiz borcu 1638.97 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığı 0.1 % məbləğində cərimə ödəməlidir. 27.08.2021-ci il tarixə 449 gün üçün hesablanmış cərimə 3908.69 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 Bank arasında bağlanılmış 24.10.2017-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahədə xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.02 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmı Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən 25.10.2017-ci il tarixind qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahədə xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.02 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-ci bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çoı müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayam ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayamı ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq 12.08.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 19.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Səməc oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 7838.97 manat məbləğində kredit borcu, 1638.97 manat məbləğində faiz borcu və 3908.69 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13386 (on üç min üç yüz səksən altı) manat 63 (altmış üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahədə Cavabdeh2 xüsusi mülkiyyətində olan yaşayı məntəqələrinin torpaqları kateqoriyasına aid 0.02 ha torpaq sahəsinin açıq hərracdan satılması, 13386 (on üç min üç yüz səksən altı) manat 63 (altmış üç qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmamı yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlə rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 Səd oğlundan, Cavabdeh3, Cavabdeh4 Səməc oğlundan ümumi qaydada tutulması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2ci Massiv, 13D saylı sahədə; Cavabdeh2 xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.02 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 izahat verərək bildirmişdir ki, bank nəğd ödəniş tələb etdiyinə görə heç bir razılığa gələ bilməmişlər. Ekspert rəyinə münasibətdə isə bildirmişdir ki, evi 15000 manata almışlar, likvid dəyəri 14000 göstərildiyindən etiraz etmir. Borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ödənişlər edərkən, bir gün belə gecikməsi olmamışdır. Sonra pandemiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Valideynlərinin pensiyası da kəsilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 izahat verərək bildirmişdir ki, kredit götürülən zaman pensiya alırdılar, lakin indi pensiya kəsilib. Bu səbəbdən də, ödənişlər etməyə imkanları yoxdur. Heç yerdən gəlir əldə etmirlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 izahat verərək bildirmişdir ki, pensiya almadıqlarına görə, hissə-hissə ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 izahat verərək bildirmişdir ki, hissəhissə ödəməyə şərait yaradılsa borcu ödəyə bilərlər. 14 aydır ki, anası, 11 aydır ki, atası pensiya almırlar. Pensiya ilə bağlı müraciətlər edilsə də, köməklik göstərilməyib. 2012-ci ildən qardaşı kredit götürmüşdür. Ödənişlər etdiyi dövrdə, yəni pandemiyadan öncə bir gün, bir saat belə gecikdirmə olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh4 arasında bağlanmış 027S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 bankla bağladığı 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 24.10.2017-ci il tarixli 27L000000300S saylı sazişlə, «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 176 (yüz yetmiş altı) ay müddətində, kredit xəttinin məbləği 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış 027S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 bankla bağladığı 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında 04.06.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh3 arasında bağlanmış 27S000000602 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 bankla bağladığı 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı QSC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 24.10.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 10500.00 manat (6176 ABŞ dolları) məbləğində qiymətləndirilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 06.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04.06.2019-cu il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixə 7838.97 manat əsas, 1638.97 manat faiz, 3908.69 manat cərimə, cəmi 13386.63 manat borcu var. İş materiallarında olan RX ******* №-li çıxarışından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahə 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsinə əsasən 176 ay müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh2 12.08.2021-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahəyə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış 19.08.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahəyə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin 12.08.2021-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş 24.08.2021-ci il tarixdə qeydə alınmışdır. İş üzrə təyin edilmiş ekspertizanın 17.01.2022-ci il tarixli ƏEM/Y 33-033/22 saylı rəyinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahənin likvid dəyəri 14000 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 08.02.2013-cii il tarixli 27L000000300 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda həmin kredit xətti müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 13D saylı sahə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 04.06.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit razılaşması üzrə yaranmış 7838.97 manat məbləğində əsas, 1638.97 manat məbləğində faiz və 3908.69 manat məbləğində cərimə borcunun birgə qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 3908.69 manat cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hesablanmış cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 391.95 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 Səməd oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduqlarından, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 Səməd oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 Səməd oğlundan tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin likvid dəyərini nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti-14000 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə iddia tələbinin ipoteka predmetinin alıcıya təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, ipoteka predmetinin gələcək mülkiyyətçisi bəlli olmadığından və yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə ipoteka predmeti əmlakı hərracda alan və ona mülkiyyət hüququ əldə edən şəxsə təhvil verilməli olduğundan, həmin hissədə tələb əsaslı hesab edilməməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı da tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci 200 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22) ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə yaranmış borc – 783897 manat (yeddi min səkkiz yüz otuz səkkiz manat doxsan yeddi qəpik əsas, 1638.97 manat (min altı yüz otuz səkkiz manat doxsan yeddi qəpik) faiz, 391.95 manat (üç yüz doxsan bir manat doxsan beş qəpik) cərimə, dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat pul tutulsun. Həmin tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 13 D saylı sahə 0,02 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 14.000 (on dörd min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və Cavabdeh2 həmin əmlakdan çıxarılsın. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 200 manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22) ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-99/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-99/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver