Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-994/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Məhkəmə iclas katibi X6 iddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, cavabdeh Rövşən Fəxrəddin oğlunu və onun anası digər Cavabdeh2 tanıyır. Aramızda həm dostluq, həm də iş münasibətləri olmuşdur. Üç il öncə cavabdehlər biznes fəaliyyətinin aparılması üçün borc istədilər. İstədikləri rəqəm çox böyük olduğu üçün borc verilməsini notariusda rəsmiləşdirdilər. Borc Bakı şəhərində verilmiş və 14 saylı notariat ofisində xx xxxxx 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Müqaviləni onun adından etibarnamə üzrə nümayəndəsi imzalamışdır. Müqavilə üzrə məbləğ 600 000 ABŞ dolları miqdarında olmuşdur. Müqavilə üzrə Cavabdeh2 borcalan, Cavabdeh1 isə zamin olmuşdur. Bu haqda əlavə olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Həmin məbləğin böyük əksəriyyəti yəni, 519943,39 ABŞ dolları Cavabdeh2 bank hesabına köçürmə yolu ilə, yerdə qalan hissəsi isə nağd formada ödənilmişdir. Adı çəkilən müqaviləyə əsasən borcu cavabdeh 1 il sonra, yəni xx xxxxx 2018-ci il tarixdə qaytarmalı idi. Lakin artıq üzərindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh hal-hazıradək hər hansı bir vəsaiti ona geri qaytarmamışdır. Hazırda borcun alınması üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 820000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 xx.xx.2018-ci il tarixədək qaytarılması şərtilə borc verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Bakı şəhəri 14 saylı notariat kontorundə xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilən kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli həmin kredit müqaviləsinə əlavə saziş üzrə borcalan borc verən qarşısında öz öhdəliklərini yerinə yetirənədək borcalan ilə birlikdə borc verən qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Zaminliklə təmin olunan müqavilənin predmeti borcalana verilmiş 600000 ABŞ dolları pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsasən İddiaçı 820000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 xx.xx.2018ci il tarixədək qaytarılması şərtilə borc verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalan ilə birlikdə borc verən qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər tərəfindən götürülən puldan heç bir məbləğ qaytarılmamış. Nəticədə cavabdehin iddiaçıya 600000 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının onlara qarşı ödənilməmiş 600000 ABŞ dolları əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 600 000 (altı yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-994/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-994/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver