Məhkəmə qərarları › İş №2(009)-994/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-994/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-994/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, AR MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb konkret deyil. Ümumiyyətlə, iddia ərizəsində cavabdehə qarşı tələb göstərilməmişdir. Hakim həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut da iddia ərizəsinə əlavə olunmamışdır. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 100 dən çox kitabının oğurlanmasını qeyd etmişdir. Faktiki olaraq iddiaçı ona ziyan vurulmasını göstərmişdir, bu isə iddanın qiymətləndirilən iddialar kateqoriyasına aid olmasını göstərir. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1-ci maddəsi qiymətləndirilən iddianın məbləğlərini nəzərdə tutur. İddiaçı ona vurulmuş ziyanın və təzminatın ödənilməsi ilə bağlı tələb irəli sürsə də, ziyanın hansı məbləğ həddində olmasını iddia ərizəsində göstərməmişdir. «Dövlət rüsumu haqqında» AR Qanunun tələblərinə müvafiq olaraq dövlət rüsumu iddianın qimətinə uyğun ödənilməlidir. Hakim hesab edir ki, iddiaçının irəli sürdüyü tələbi konkret olmadığından, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sübutlar əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar