Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli 2(010)- 965/2013 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh 365,82 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq kreditor İddiaçınə (bundan sonra mətndə İddiaçı MMC) ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh ümumi iddia icraatına keçidlə bağlı etiraz ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli 2(010)- 965/2013 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və ərizəyə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 11 fevral 2013-cü il tarixli 2(010)-965/2013 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair 24.11.2021ci il tarixli, 2(010)-965/2013 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, ********** nömrəsi ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında İddiaçı MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. 05.04.2004-cü il tarixdə addan-ada keçirilmə əməliyyatı aparılaraq (“Engin LTD” şirkətindən alınaraq) Cavabdeh ilə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə “Azercell” tərəfindən ********** nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Bu nömrədə yaranan borc abunəçi tərəfindən istifadə haqqı, aylıq abunə haqqı, digər zənglər, beynəlxalq zənglər və cərimə məbləği daxildir. İşə əlavə edilmiş “İzahlı qaimə” də və fakturalarda bu məbləğin yaranma səbəbi və istifadə edilmiş zənglər öz əksini tapmışdır. Göstərilənləri nəzərə hesab edirik ki, ********* nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, İddiaçı MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir, cavabdehin faktiki olaraq faydalandığı, faydalı xassələrini istismar etdiyi telekommunikasiya xidmətlərini ödəməkdən imtina etməsini və ya maddi zərər kimi qələmə verməsi əsassızdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqaviləsinin müddəalarına, o cümlədən müvafiq məhkəmə aktına əsasən 050 ******* nömrədə mövcud 365,2 manat məbləğində qalıq faktura borcunun ödənilməsinə görə abunəçi kimi məhz Cavabdehlik daşıyır. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 05.04.2004-cü il tarixli abunə müqaviləsindən görünür ki, ********** GSM nömrə ilə rabitə xidmətlərindən istifadə ilə əlaqədar İddiaçı ilə abunəçi Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, İddiaçı MMC abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Müqavilənin 4.3-cü bəndinə əsasən gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər İddiaçı MMC tərəfindən davam etdirilir. Cari hesab arayışından görünür ki, ********** nömrə ilə rabitə xidmətindən istifadə etməsi ilə əlaqədar abunəçi Cavabdeh tərəfindən cəmi ödəniləcək məbləğ 305,01 manat pul məbləğində abunə və xidmət haqqı, 60,81 manat məbləğində gecikmə faizi olmaqla, 365,82 manat məbləğində müəyyən edilmişdir. 18.01.2013-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh 05.04.2004-cü il tarixli Abunə Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini müvafiq qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 305,01 manat pul məbləğində abunə və xidmət haqqı, 60,81 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 365,82 manat məbləğində pulun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 305,01 manat pul məbləğində abunə və xidmət haqqı, 60,81 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 365,82 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 20 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı və Cavabdeh dövlət nəfinə 10 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 305,01 manat pul məbləğində abunə və xidmət haqqı, 60,81 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 365,82 (üç yüz altmış beş manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 10 (on) manat dövlət rüsumu tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver